Məhkəmə qərarları › İş №2(076)-2829/2023

Şəmkir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(076)-2829/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2829/2023 04.12.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, qiyabi icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.000.000 (bir milyon) manat alınaraq İddiaçı2, 350.000 (üç yüz əlli min) manat İddiaçı1 və dövlət rüsumu kimi ödənilmiş 1465 manat pulun alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 1(101)-84/2021 saylı hökmü il Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin iş üzrə onlar zərərçəkmiş şəxs kimi tanınmışlar və məhkəmənin hazırlıq iclasında mülki iddia verərək təqsirləndirilən şəxs Cavabdeh tərəfindən vurulmuş 1.000.000 (bir miliyon) maddi ziyan və 350.000 (üç yaz əlli min) manat maddi ziyanın təqsirləndirilən şəxsdən tutularaq onlara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Lakin, onlar və digər mülki iddiaçılar tərəfindən verilən mülki iddialar baxılmamış saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(103)-827/2021 saylı qərarı ilə birinci inistansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-575/2023 saylı Qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin cinayət işi üzrə sübuta yetirilmişdir ki, Cavabdeh ona görə ittiham edilir ki o, öz qulluq mövqeyindən istifadə edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə ayrı-ayrı şəxslərin əmlakını vahid niyyətlə xeyli, küllü və xüsusilə küllü miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, Cavabdeh Azfen Birgə Müəssisənin baş direktorunun xx.xx.2017-ci il tarixli, 392/K saylı əmri ilə X5 Azf-099 lahiyəsində texniki ofis mühəndisi vəzifəsində təyin edilməklə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyində istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə ayrı-ayrı şəxslərin əmlaklarını dələduzluq yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X3 bilə-bilə yalan məlumat verib öz qohumunun səhmdarı olduğu “Scanex Enterprises Limited” xarici şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı vasitəsilə X7 üçün işlər gördüyünü və xidmətlər göstərdiyini, həmin işlərə yatırılmış vəsaitdən 45 gündən sonra 20 faiz gəlir əldə edildiyini, sərmayə yatırdığı halda işin yekununda bütün məcburi dövlət ödənişləri və vergilər ödənildikdən sonra 7 faiz gəlir əldə edəcəyini yalandan vəd edib aldadaraq əmlak ələ keçirmək məqsədi ilə ilk əvvəl Sərxan Musayevdən özünə etibar qazanmaq üçün 2017-ci ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Baku Mall” ticarət mərkəzində sonuncudan 30.000 manat pul vəsaitini alıb söz verdiyi kimi 45 gündən sonra qazancı faizi ilə birlikdə 32.100 manat olmaqla qaytararaq Sərxan Musayevdə özünə qəti inam yaratdıqdan sonra, öz cinayətkar niyətini həyata keçirərək, yəni özgənin əmlakını əvəzvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün 2019-cu ilin aprel ayının 22-dən həmin ilin may ayının 27-dək olan müddət ərzində müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə hər həftə olmaqla cinayətdən xəbərsiz olan Sərxan Musayev vasitəsilə sonuncunun tanışları İddiaçı2 məxsus 1.000.000 manat, İddiaçı1 məxsus 350.000 manat və Sərxan Musayevin özünə məxsus 579.500 manat, cəmi 1.929.500 manat pul vəsaitini vahid niyyətlə Sərxan Musayevdən sonuncuya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən ofisində alıb şəxsi ehtiyaclarına sərf edərək, təkrarən öz qulluq mövqeyindən istifadə edib etibardan suiistifadə etmə və aldatma yolu ilə xüsusilə külli miqdarda ziyan vurmaqla İddiaçı1 350.000 manat, İddiaçı2 1.000.000 manat və Sərxan Musayevin 579.000 manat pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. Ona görə də, Cavabdeh 1.000.000 (bir milyon) manat alınaraq İddiaçı2, 350.000 (üç yüz əlli min) manat alınaraq İddiaçı1 və dövlət rüsumu kimi ödənilmiş 1465 manat pulun alınaraq onlara ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında Cavabdeh həm yaşadığı ünvana həm də olduğu cəza çəkmə müəsissəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizə təqdim edərək iddia tələbinin təmin olunması barədə qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabı adlanan qətnamə çıxarır. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh CM-nin 178.4-cü maddəsilə təqsirləndirilib ona görə ki, hazırda müdafiə etdiyi İddiaçı1 küllü miqdarda (350.000), İddiaçı2 isə xüsusilə küllü miqdarda (1.000.000) maddi zərər vurmuşdur. Məhz ona görə də cavabdehə həmin ittiham (CM-nin 178.4) verilib və məhkəmədə cəza alıb. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 84/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-nin 46.2-ci maddəsinə əsasən, 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarından maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və zərərçəkmiş şəxs İddiaçı1 vurulmuş maddi ziyana görə 350.000 (üç yüz əlli min)manat, zərərçəkmiş şəxs İddiaçı2 vurulmuş maddi ziyana görə 1.000.000 (bir milyon) manat mülki iddialar baxılmamış saxlanılmış və onlara mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İşdə oaln Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)- 575/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi X4 və zərərçəkmiş şəxs X1 nümayəndəsi X6 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş və Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində nəzərdə tutulmuş müddəalar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbləri, habelə həmin maddənin qeydində göstərilənlər nəzərə alınaraq məhkəmələrə izah edilsin ki, dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri beş yüz manatdan artıq olsun. Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CMnin 178.2.4-cü maddəsi), əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayaq məbləğdə olduqda - külli miqdarda ziyan vurmaqla (CM-nin 178.3.2-ci maddəsi), beş yüz min manatdan yuxarı olan məbləğdə olduqda isə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirilir. Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsinə əsasən bu Məcəllənin 178.1—178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin QEYD hissəsinin 2-ci bəndinə uyğun əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçılara maddi zərər dəymişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə həm cavabdeh özü, həm də onun nümayəndəsi və vəkili məlumatlı olsa da, hətta məhkəmənin hazırlıq iclasında cavabdehin nümayəndəsi və vəkili iştirak etsə də cavabdehin müdafiəsi üçün heç bir dəlil gətirməmiş, çəkişmə prinsipinə uyğun olaraq iddianı təqzib edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdehin barəsində olan hökmlə də verilən ifadələrdən müəyyən edilir ki, Cavabdeh İddiaçı2 və İddiaçı1 maddi zərər vurmuşdur, əmlakını ələ keçirmişdir. Həmçinin Cavabdeh cinayət işi üzrə zərərçəkmiçlər sırasından ən çox məbləğdə İddiaçı2 və İddiaçı1 maddi zərər dəydiyindən məhz ona görə də Cavabdeh CM-nin 178.4-cü maddəsilə ittiham verilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına əsasən də müəyyən edilir ki, Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir. Yəni Cavabdeh məhz CM-nin 178.4-cü maddəsilə ittiham verilmişdir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia təmin edilməli, Cavabdeh 1.000.000 (bir miliyon) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı2 və Cavabdeh 350.000 (üç yüz əlli min) manat pul vəsaiti alınaraq İddiaçı1 verilməlidir. Həmçinin ödənilmiş 1465 manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220 və 233, 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.000.000 (bir miliyon) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı2, Cavabdeh 350.000 (üç yüz əlli min) manat pul vəsaiti alınaraq İddiaçı1 və ödənilmiş 1465 (bir min dörd yüz altmış beş) manat dövlət rüsumu alınaraq İddiaçı2 (rüsumu ödəyən şəxsə) verilsin. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar