Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2841/2024 16.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçılar: İddiaçı1, İddiaçı2 və İddiaçı4 Cavabdeh: Manafov Şükür Ədil oğlunun iştirakı ilə İddiaçılar: İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Manafov Şükür Ədil oğluna qarşı, üçüncü şəxs qismində DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi cəlb edilməklə “Ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Manafov Şükür Ədil oğluna qarşı, üçüncü şəxs qismində DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi cəlb edilməklə “Ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbi”nə dair ünvan 1 ünvanda yerləşən, mərhum qardaşları X5 miras qalmış həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində üçüncü şəxs DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Şəmkir rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(076)-1419/2021 saylı qətnaməsi ilə mərhum qardaşı X6 qalan miras əmlaka iddiaçılar və cavabdeh qardaş Manafov Şükür Ədil oğlu qanun üzrə vərəsə tanınmışlar. Həmin qətnamədən narazı qalmış cavabdeh apellyasiya qaydasında şikayət vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3695/2021 saylı qətnaməsi ilə şikayət təmin olunmamış, Şəmkir Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra isə cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya qaydasında şikayət vermişdir. Bu kassasiya şikayət isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5463/2022 saylı qərarı ilə təmin təmin olunmamışdır. Qətnamə icra olunmuşdur. Miras mülklə bağlı mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq və paylarının naturada bölünüb, onlara təhvil verilməsi məqsədi ilə DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişlər. Müraciətləri ilə bağlı olaraq 11 saylı Şəmkir Ərazi İdarəsi fərdi yaşayış evinin yerində müayinə olunaraq ölçülməsi zərurəti ilə bağlı miras mülk olan yerə getmişlər, lakin, cavabdeh evin və həyətin qapılarını bağlamış, ölçmə işlərinin aparılmasına maneə yaratmışdır. Buna görə də, hazırkı iddia ilə məhkəməyə müraciət edirlər. İddiaçı1 məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir şəhəri A.Hüseyn küçəsi ev 34-də yaşayır, cavabdeh onu nalayiq ifadələrlə söyüb təhqir edir, lazımi işlərin aparılmasına imkan vermir, evin qapısını qaynaq üsulu ilə bağlayır və s. maneələr yaradır. Odur ki məhkəmədən, ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar İddiaçı2 və İddiaçı4 məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa və İddiaçı1 göstərdiyi xüsusatlara uyğun izahat verib məhkəmədən, ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh Manafov Şükür Ədil oğlu məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, göstərilən sahələrdə ölçmə işlərinin aparılmasına heç bir maneə yaratmır, aidiyyəti şəxslər istənilən vaxt lazımi işləri apara bilərlər. Odur ki iddia əsassızdır və rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Üçüncü şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq üzürlü səbəb göstərməklə məhkəmə iclasında nümayəndəsinin iştirakı olmadan prosesin keçirilməsini və qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iclasa gəlməyən İddiaçı2 və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan “Daşınmaz əmlak üzərində hüququların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, mübahisəli fərdi yaşayış evində qapının bağlı olması və ərazidə mübahisəli halı olması səbəbindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5463/2022 saylı qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(076)-1419 2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı4, X7, İddiaçı3 cavabdeh Manafov Şükür Ədil oğlu X8 qanun üzrə vərəsələri tanınmış, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən İddiaçı1, İddiaçı4, X2, Manafov Şükür Ədil oğlunun payı1/10 hissədə, İddiaçı3 payı 6/10 hissədə, "xxxx" ASC-nin Şəmkir rayon filialında saxlanılan əmanət puldan İddiaçı1, İddiaçı4, X3, İddiaçı3 Manafov Şükür Ədil oğlunun payı 1/5 hissədə müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(104)-3695/2021 nömrəli qətnaməsi ilə cavabdeh Manafov Şükür Ədil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, daha sonra cavabdeh Manafov Şükür Ədil oğlunun kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(104)-3695/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, X10 öldükdən sonra onun əmlakı üzrə İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və Manafov Şükür Ədil oğlu qanun üzrə vərəsə kimi tanınmışlar. Həmçinin, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(076)-1419 2021 saylı qətnaməsi ilə miras əmlak olan, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən İddiaçı1, İddiaçı4, X2, Manafov Şükür Ədil oğlunun payı1/10 hissədə, İddiaçı3 payı 6/10 hissədə, "xxxx" ASC-nin Şəmkir rayon filialında saxlanılan əmanət puldan İddiaçı1, İddiaçı4, X3, İddiaçı3 Manafov Şükür Ədil oğlunun payı 1/5 hissədə müəyyən edilmişdir. Lakin, Manafov Şükür Ədil oğlu qətnamə ilə razı olmamış, apellyasiya və kassasiya instansiya məhkəmələrinə şikayət etmiş, yekun olaraq Şəmkir Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(076)-1419 2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçıların mülkiyyət hüquqlarının qeydiyyata alınmasına və paylarının naturada bölünməsinə görə DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən müəyyən ölçmə işlərinin aparılması zərurəti yaranmış, lakin, cavabdeh Manafov Şükür Ədil oğlu heç bir əsas olmadan tərəflərin hüquqlarını pozmaqla lazımi hərəkətlərin həyata keçirilməsinə maniəçilik törətmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdeh iddiaçılarn mülkiyyət hüququnu pozur, onların mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçıların qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdeh iddiaçıların bu hüququnu həyata keçirməyə mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onların hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh isə onların bu hüququnu həyata keçirmələrinə maneçilik yaradır. İnsan Hüquqları və X4 X1 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, cavabdeh tərəfindən iddiaçıların mübahisəli əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maniə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Şəmkir şəhəri, Qarabağ küçəsi, 28 saylı ünvanda yerləşən torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə cavabdeh Manafov Şükür Ədil oğlu tərəfindən yaradılan maneə aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh Manafov Şükür Ədil oğlundan 100 (bir yüz) manat məbləğində dövlət rüsumu alınıb iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-2841/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2841/2024
16.09.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver