Məhkəmə qərarları › İş №2(076)-285/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-285/2024

07.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-285/2024 07.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2 və X4 və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X10 qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən ona məxsus olan iddia ərizəsində qeyd olunan 8490 manat dəyərində cehiz əşyalarının, 4000 manat dəyəirndə qızıl-zinyət əşyalarının, 720 manat dəyərində iddiaçıya aid geyim şeylərinin, 1540 manat dəyərində uşaqlarına aid geyim əşyalarının naturada, bu mümkün olmadıqda onların dəyərinin 55 manat məbləğində mediasiya xərcinin və 82 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 iddiaçının əri, Cavabdeh2 isə qayınanasıdır. İddiaçı Cavabdeh1 ilə 2016-cı ildə el adəti ilə fakitiki ailə qurmuşdur. Nikahları 12 dekabr 2017-ci ildə Gəncə Asan Xidmət X3 rəsmi qeydə alınıb. Birgə nikahlarından iki uşaqları doğulmuşdur: 1. X14 - xx.xx.2017-ci il; 2.X15 - xx.xx.2019-cu il. İddiaçı Vüqarla öz istəyi ilə ailə qurmuşdur. Toyları olan vaxt ona toy və nişan hədiyyəsi olaraq bir neçə qızıl-ziynət əşyaları cavabdehlər tərəfindən hədiyyə verilmişdir. Eyni zamanda öz valideynləri də iddiaçıya toy hədiyyəsi olaraq çoxlu sayda cehiz əşyaları vermişdir. İddiaçı cavabdehlərlə 25 fevral 2023-cü ilə kimi bir ailədə mübahisəsiz yaşamışdır Axırıncı dəfə cavabdehlər onu döyüb, gəlin köçdüyü evdən uşaqları ilə birlikdə gecə saat 12-də qovdular. Həmin vaxtdan o, ata evində yaşayır. Uşaqlar iddiaçının himayəsindədirlər. Cavabdehlər ona məxsus olan cehiz əşyalarını, qızıl-ziynət əşyalarını və uşaqlarına aid geyim şeylərini vermirlər. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Cavabdehlərdə qalan qızıl-ziynət əşyaları aşağıdakılardır: bir ədəd qızıl sep, reket formalı, 30 qramlıq, 585 əyarlı qızıldan toyda alınmışdır - 2400 manat; bir ədəd qızıl qolbağı, reket formalı, 585 əyarlı qızıldan, 17 qramlıq - 1600 manat; Cəmi: 4000 (dörd min) manat dəyərində qızıl-ziynət əşyası. Cehiz əşyaları: Plazma televizor, Lenk firmadan, smart - 1320 manat; paltaryuyan maşın, ağ rəngdə, Samsunq firmadan, 6 kq-lıq - 660 manat; sokçəkən, qara rəngli - 100 manat; buxarlı ütü, boz rəngli - 100 manat; ütü stolu, böyük, çəhrayı rəngli - 60 manat; mikser dəsti, nayser-dayser, ağ rəngli - 60 manat; bir ədəd ağ rəngli, elektrikli blender- 20 manat; bir ədəd ütü- fen, “Braun” firmadan-- 50 manat; bir ədəd dolma bükən aparat, ağ rəngli - 10 manat; bir ədəd kofe-molka, ağ rəngli - 30 manat; paltar qurutmaq üçün asqı, dəmirdən, bir mərtəbəli-60 manat; “Asel” firmadan elektrikli soba, dərəcəli, ağ rəngli - 250 manat; bir ədəd tozsoran, göy rəngli, Qalaksi firmadan, su ilə işləyən - 300 manat; bir ədəd qoz çəkən maşın, sadə, qırmızı rəngli - 20 manat; ət çəkən maşın, elektrikli, ağ rəngli, Gepas firmadan - 250 manat; bir ədəd gəvə, boz rəngli, 2X3 ölçülü - 200 manat; bir ədəd dəmir sandıq, qırmızı rəngli - 100 manat; Qalaksi firmadan, üç mərtəbəli, tumbuçka formalı qabda, qaşıq, çəngəl, bıçaq dəsti, 24 nəfərlik - 300 manat; boşqab naboru, 12 nəfərlik, müxtəlif ölçülü, kasa formalı, düz formalı, bulud formalı, orta boşqabı, yaşıl rəngli güllü - 48 ədəd - 100 manat; yemək dəsti - 12 nəfərlik, 96 personlu - 300 manat; çay dəsti, 6 nəfərlik, boz rəngli, fincanlı, çaynikli- 50 manat; çay dəsti , 6 nəfərlik, tək fincanlı, ağ rəngli - 30 manat; şirəli qazan dəsti, beş müxtəlif ölçülü, ağ rəngli, qırmızı güllü-60 manat; “Tefal” qazan dəsti, müxtəlif ölçülü, jarovnikli, qırmızı güllü, 2 çaynikli - 300 manat; bir ədəd şirəli, çay çayniki, ağ rəngli - 40 manat; iki ədəd şirəli vedrə, sarı rəngli, qapaqlı, üstü güllü - 60 manat;bir ədəd şirəli ləyən, sarı rəngli, böyük - 30 manat; bakal marojna üçün, 6 ədəd.xurustal - 80 manat;bakal, uzun, xrustal, hündür, qara rəngli güllü, 6 ədəd -100 manat; bakal, yumru, hündür, 6 ədəd, xurustal -100 manat; su üçün qrafin, 6 ədəd bakal ilə, qızılı sarı rəngli, xrustal – 100 manat; bakal, yasəmən rəngli, üstü qaşlı, xrustal, 6 ədəd -100 manat; bir ədəd sadə şüşə su qrafini, qapaqlı-10 manat; konfet qabı, xrustal, iri, iki ədəd - 100 manat; Konfet qabı, Bagema firmadan, balaca, üstündə qadın şəkilləri olan, göy rəngli, 4 ədəd - cəmi dəyəri 200 manat; Bagema firmadan meyvə qabı, 3 ədəd, iri, yaşıl rəngli, xrustal -300 manat; Xrustal meyvə qabı, iki ədəd, iri - 200 manat; sok üçün stəkan, altı ədəd, sarı rəngli, adi şüşədən, böyük, yazılı-20 manat; bir dəst padnos, dör nikkeldən - cəmi dəyəri 30 manat; paltar yığmaq üçün plasmas setka qab, mavi rəngli-10 manat; paltar şpilkasıplasmas vedrədə, çəhrayı rəngli – 50 ədəd- 10 manat; bir ədəd pol ağacı, üç ədəd oxlov və bir ədədə yayqı, bir ədəd sarımsaq əzən- cəmi dəyəri 30 manat; bir ədəd qoz qıran – 5 manat; bir ədəd qənd qıran- 5 manat; bir ədəd bıçaq dəsti, müxtılif plçülü, güllü – 20 manat; bir dəst bıçaq dəsti, meyvə üçün mavi rəngli- 10 manat; plasmas qablar, müxtəlif ölçülü, 4ədəd-20 manat;çay stəkanı dörd ədəd xrustal – 20 manat; nəlbəki, 4 ədəd, üzəridə qadın şəkili var-10 manat; tort üçün boşqab dəsti, bir ədəd iri, altı ədəd balaca, sadə şüşədən yaşıl güllü-20 manat; bir ədəd xrustal, tək, iri , vaz formalı, tort qabı – 50 manat; bir ədəd xrustal ləpə qabı, üçgpzlü hündür- 30 manat; bir ədəd ləpə qabı kobalt firmadan üçmərtəbəli, üzərində qadın şəkilləri olan - 20 manat; bir ədəd ləpə qabı, göy rəngli, iri, bir mərtəbəli- 10 manat; altı ədəd göy rəngli limon qabı- 10 manat; iki ədəd kül qabı, adi şüşədən – 5 manat; iki ədəd kül qabı,xrustal, iri yumru formalı- 30 manat; bir ədə zibil vedrəsi, sarə rəngli -10 manat; bir ədəd üzərlik qabı, dəmirdən – 10 manat; bir dəst taxta qaşıqlar, müxtılif formalı – 20 manat; duz-istiot qabı, göy rəngdə, top formasında - 10 manat; düz-istiot qabı, ağ rəngli, ördək formalı - 10 manat; iki ədəd xrustal güldan, hündür - cəmi dəyəri 100 manat; bir ədəd divar saatı, yaşıl rəngli, içərisində ərəb yazıları var – 30 manat; bir dəst mətbəx naboru- qaşıq, çömçə, katlet çevirən, çəngəl- 30 manat altı ədəd salat qabı, üzərində qadın şəkili var, ağ rəngli, qaşıqlı - 30 manat;bir ədəd mikser qaşıq, iri - 5 manat; altı ədəd keks qabı, dəmirdən, fiqurlu-10 manat; bir ədəd ürək formalı keks qabı, böyük , qırmızı rəngli - 10 manat; bir ədəd keks qabı, ortası deşikli, qırmızı rəngli - 10 manat; bir dəst mətbəxt dəsti, dəmirdən, asılqanlı, nejaveyka - 30 manat; bir ədəd ət döyən dəmir - 5 manat; bir ədəd su üçün kruşka, orta böyüklükdə - 5 manat; bir ədəd suvenir boşqab, göy rəngli, - 5 manat; bir ədəd suvenir qız fiquru - 5 manat; bir ədəd suvenir, bəy-gəlin formasında - 10 manat; beş ədəd karniz, plasmasdan - 50 manat; bir dəst pərdə, yataq otağı üçün, göy rəngli ipək və tül parçadan- 300 manat; ağ rəngli, ipək pərdə altı , üç ədəd - cəmi dəyəri - 50 manat; bir ədəd tül pərdə, ağ rəngli - üstü qara güllü, aynəbənd üçün - 100 manat; bir ədəd iki nəfərlik yun döşək - 20 kiloqramlıq - 300 manat; bir ədəd tək nəfərlik yun döşək - 15 kiloqramlıq - 200 manat; bir ədəd iki nəfərlik yun yorğan, 5 kiloqramlıq - 150 manat; bir ədəd tək nəfərlik yun yorğan, 3 kiloqramlıq - 100 manat; balınc 2 ədəd, qaz tükündən, iri, dörd künc formalı - cəmi dəyəri - 100 manat; iki ədəd balınc, sintifon, dörd künc formalı - 60 manat; pastel dəsti - iki nəfərlik , yaşıl rəngli, güllü - 20 manat; pastel dəsti, qırmızı rəngli, güllü - 20 manat; pastel dəsti, ağ rəngli, saya, hörməli - 50 manat; pastel dəsti, çəhrayı rəngli, üstü güllü - 50 manat; bir ədəd pakrıval, Gəlincik, Qalaksi firmadan, yasəmən rəngli - 300 manat; xovlu adyal, iki nəfərlik, qırmızı rəngli və güllü - 100 manat; tək nəfərlik, xovlu adyal, qırmızı rəngli, güllü - 60 manat; tək pakrıval, yaşıl rəngli, iki nəfərlik, iki balında birlikdə -100 manat; bir ədəd tək nəfərlik çarpayı üçün pakrıval, çəhrayı rəngli, nazik parçadan - 50 manat; iki ədəd uzunsov formalı balınc, qaz tükündən - cəmi dəyəri 60 manat; balınc dörd ədəd, uzunsov formalı, sintifon – 40 manat; divan üçün döşəkçə, yun – 6 ədəd- 60 manat; divan üçün döşəkçə, sintifon, 6 ədəd, çəhrayı rəngli, ipək üzlü - 40 manat; divan üçün mütəkkə, iki ədəd,, çəhrayı rəngli, sintifon- cəmi dəyəri 20 manat; divan kreslo üstü, bir dəst, krem rəngli- 60 manat; əl-üz dəsmalı, 10 ədəd müxtıəlif rəngli, müxtəlif ölçülü – cəmi dəyəri 40 manat; hamam dəsmalı, iki ədəd- müxtəılif rəngli, müxtəlif ölçülü cəmi dəyəri 40 manat; çay dəsmalı 20 ədəd müxtəılif rəngli və müxtəlif ölçülü cəmi dəyəri – 60 manat; Cəmi 8490 manat dəyərində cehiz əşyası. İddiaçıya aid geyim şeyləri: bir ədəd iri çətir, qırmızı rəngli, böyük- 20 manat; dörd cüt yay ayaqqabısı, müxtəlif formalı, müxtəlif rəngli – 60 manat; yubka, müxtəlif rəngli, müxtəlif formalı, 7 ədəd- 70 manat; yay üçün kofta, müxtılif rəngli və müxtəlif formalı – 100 manat; üç dəst müxtəlif formalı, müxtəlif rəngli ev geyimləri – 60 manat; iki cüt ev üçün atyaqqabı- biri yaşıl, biri qaran rəngli – 20 manat; dörd ədəd qalın kalqotka – 20 manat; dörd ədəd kapron kalqotka – 15 manat; üç ədəd panbıq mayka – 15 manat; beş ədəd jilet, müxtəlif rəngli, müxtəlif ölçülü və müxtəlif formalı – 80 manat; bir ədəd qolsuz, pələng dərili gecə paltarı- 20 manat; bir ədəd jaket, krem rəngli – 40 manat; yay üçün don 5 ədəd müxtəlif rəngli və formalı, qolu gödək – 100 manat; bir ədəd ağ rəngli, qalın papaq, ipli, tüklü – 20 manat; bir dəst yay üçün gecə paltarı, çəhrayı rəngli, aylas parçadan, qolu uzun - 30 manat; bir ədəd qırmızı rəngli xalat, papaqlı, qolu gödək – 20 manat; iki ədəd qalın don, qollu, göy və qara rəngli – 40 manat; bir ədəd papaq, qara rəngli, qalın – 10 manat.Cəmi 720 manat dəyərində geyim əşyası. Uşaqlara aid əşyalar: bir uşaq üçün çarpayı, avtomaşın formasında, göy rəngli-300 manat; bir ədəd beşik formalı, uşaq üçün çarpayı - 300 manat; iki ədəd uşaq üçün yun döşək - 60 manat; iki ədəd uşaq üçün yun yorğan - 40 manat; iki ədəd balınc, uşaq üçün - 20 manat; bir ədəd yun adyal, uşaq üçün, ağ rəngli-10 manat; bir ədəd adyal, uşaq üçün xovlu, narıncı rəngli, şəkilli - 10 manat; iki dəst yataq dəsti, üzərində Maşa və ayı şəkili var - 20 manat; iki dəst pastel, qırmızı rəngli, üstü maşın şəkilli - 20 manat; bir ədəd məktəb çantası - 20 manat; bir ədəd qara rəngli məktəb çantası- 20 manat; üç ədəd müxtəlif rəngli çətir - 15 manat; yolka ağacı, sünii, üzərində 15 ədəd oyuncaqla-20 manat; uşaq oyuncaqları, müxtəlif formalı , plasmas— cəmi 30 manat; yumşaq oyuncaqlar, müxtəlif fiqurlar - cəmi 30 manat; uşaqların məktəb dəftəri, kitabları, qələmləri və ruçkaları - 100 manat; uşaq üçün məktəb lövhəsi-10 manat; uşaq üçün velosiped, iki ədəd - 200 manat; uşaq üçün ayaqqabı, 10 cüt - 50 manat; uşaq üçün şalvar, dörd ədəd - 40 manat; iki ədəd cins şortik, oğlan üçün - 10 manat; yay üçün köynək, 5 ədəd, oğlan üçün - 25 manat; uşaq üçün yay corabı, 10 cüt, qış corabı - 10 cüt- 40 manat; yeddi ədəd poliver, oğlan uşağı üçün, müxtəlif rəngli, müxtəlif formalı – 70 manat; uşaq üçün şortik-kofta, 8 dəst, müxtəlif rəngli, müxtəlif formalı- 80 manat. Cəmi 1540 manat dəyərində uşaq geyimləri və əşyları. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə izahat verərək iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdilər ki, cehiz və qızıl-zinət əşyaları cavabdehlərin yaşadığı ünvanda qalmış, uşaqların ışyaları kimi qeyd edilmiş əşyalardan bir uşaq üçün çarpayı, avtomaşın formasında, göy rəngli-300 manat; bir ədəd beşik formalı, uşaq üçün çarpayı - 300 manat; iki ədəd uşaq üçün yun döşək - 60 manat; iki ədəd uşaq üçün yun yorğan - 40 manat; iki ədəd balınc, uşaq üçün - 20 manat; bir ədəd yun adyal, uşaq üçün, ağ rəngli-10 manat; bir ədəd adyal, uşaq üçün xovlu, narıncı rəngli, şəkilli - 10 manat; iki dəst yataq dəsti, üzərində Maşa və ayı şəkili var - 20 manat; iki dəst pastel, qırmızı rəngli, üstü maşın şəkilli - 20 manat; bir ədəd qara rəngli məktəb çantası- 20 manat; yolka ağacı, sünii, üzərində 15 ədəd oyuncaqla-20 manat; uşaq üçün məktəb lövhəsi-10 manat; uşaq üçün velosiped, iki ədəd - 200 manat olan uşaqlara aid əşyalar cavabdehlərin yaşadığı ünvan 1 ünvanında yerləşən evdə qalmış, qalan uşaqlara aid əşyalar yəni bir ədəd məktəb çantası - 20 manat; üç ədəd müxtəlif rəngli çətir - 15 manat; uşaq oyuncaqları, müxtəlif formalı , plasmas— cəmi 30 manat; yumşaq oyuncaqlar, müxtəlif fiqurlar - cəmi 30 manat; uşaqların məktəb dəftəri, kitabları, qələmləri və ruçkaları - 100 manat; uşaq üçün ayaqqabı, 10 cüt - 50 manat; uşaq üçün şalvar, dörd ədəd - 40 manat; iki ədəd cins şortik, oğlan üçün - 10 manat; yay üçün köynək, 5 ədəd, oğlan üçün - 25 manat; uşaq üçün yay corabı, 10 cüt, qış corabı - 10 cüt- 40 manat; yeddi ədəd poliver, oğlan uşağı üçün, müxtəlif rəngli, müxtəlif formalı – 70 manat; uşaq üçün şortik-kofta, 8 dəst, müxtəlif rəngli, müxtəlif formalı- 80 manat olan əşyalar iddiaçıya uşaqların ehtiyacı üçün lazım olduğundan cavabdehlərlə qarşılıqlı razılıq əsasında götürmüşlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 və X13 və nümayəndəsi (vəkili) X11 etirazını məhkəməyə təqdim edərək bildirdilər ki, İddiaçı onlara qarşı Şəmkir rayon məhkəməsində "Əmlak və maddi ziyan tələbinə dair" iddia qaldırmışdır. İddia ərizəsinin surətini alıb tanış olmuşlar. İddia tələbini qismən qəbul edirlər. Cavabdeh1 iddiaçı ilə 2017ci ildə rəsmi ailə qurmuş, birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü Sabir, xx.xx.2019cu il təvəllüdlü Əkbər adlı uşaqları doğulmuşdur. Əvvəllər ailə münasibətləri normal olmuş, 2023-cü ildən münasibləri pozulmuş, 19 fevral 2023-cü ildə aralarında yaranmış mübahisə zamanı iddiaçının valideynləri və bacısı gəlib onu öz evlərinə aparmışlar. Hazırda iddiaçı ilə nikahı məhkəmə qaydasında pozulmuşdur. İddia tələbinin qızıl-zinət əşyalarına aid hissəsini qəbul etmirlər. Belə ki, nişan mərasimində o, Cavabdeh2, iddiaçıya bir ədəd fianit qaşlı nişan üzüyü hədiyyə etmişdir. Toy mərsinində isə ona bir dəst fianit qaşlı sirqa-üzük dəsti almışdır. İddia ərizəsində İ və İİ sırada qeyd edilmiş bir ədəd reket formalı qızıl sep və bir ədəd reket formalı qolbağ tərəfindən iddiaçıya alınmamış və toy mərasimində də taxılmamışdır. İddiaçı oğlu tərəfindən qaçırılmış, evlərinə gələrkən boynunda və qolunda ailəsi tərəfindən ona alınmış bir ədəd sadə qızıl boyunbağı və bir ədəd sadə qızıl qolbaq olmuş, onun maddi imkanı olmadığına görə də toy mərasimində həmin qızılları taxmışdır. Digər oğlu uzun illər yataq xəstəsi olmuş, onun müalicəsindən artırıb iddiaçıya başqa qızıllar ala bilməmişlər. Qeyd edir ki, onun və onun ailəsi tərəfindən ona hədiyyə edilmiş qızıllar ailə qurduqdan sonra daim iddiaçının özündə olmuş, onları özü istifadə etmişdir. İddiaçı öz qızılları ilə yanaşı, onun aldığı qızılları da aparmışdır, əgər aparmamışdırsa, nə üçün iddia ərizəsində üzükləri və sırğanı tələb etməmişdir? O məhkəmə hazırlıq iclasında etiraf etmiş, onun aldığı qızıllar onun özündədir. İddiaçı evdən getdikdən sonra oğlu Vüqara zəng edərək nalayiq sözlərlə onu təhqir edib cehiz əşyalarına əl vurulmamasını, əşyalarının heç kimə verilməməsini istəmişdir. Məhkəmə yolu ilə onları aparacağını bildirmiş, lakin, heç bir qızıl-zinət əşyası tələb etməmişdir. Əgər, onun iddia ərizəsində qeyd etdiyi bir ədəd reket formalı qızıl sep və bir ədəd reket formalı qızıl qolbağı həqiqətən onlarda qalmış olsa idi, iddiaçı ilk növbədə onu tələb edərdi. Onun qızılları daim özündə olmuş, gedərkən onları da aparmışdır, hal-hazırda evində iddiaçıya aid qızıl-zinət əşyası qalmamışdır. Hesab edir ki, iddiaçı apardığı qızıl-zinət əşyalarını yenidən tələb etməklə və qərəzli olaraq onlara qarşı iddia qaldırmaqla, əsassız varlanmaq niyyətinə düşmüşdür. İddia tələbinin cehiz əşyalarına aid hissəsinə münasibətdə bildirirlər ki, ailə qurarkən iddiaçı iddia ərizəsində qeyd olunmuş cehiz əşyalarının əksəriyyətini evlərinə gətirmiş, onun əşyaları evində bir otağına yığılmışdır. Həmin əşyalar evdədir, istədiyi vaxt iddiaçı gəlib onları apara bilər. İddia ərizəsində qeyd edilmiş cehiz əşyalarından 1-ci sırada qeyd edilmiş plazma televizor sonradan, nəvəsi Əkbərin 2 yaşı münasibəti ilə o, Cavabdeh2 və iddiaçının anası tərəfindən 1320 manata Kür qəsəbəsindən alınmışdır. Onun pulunun 660 manatını mən, 660 manatını isə iddiaçının anası ödəmişdir. Hazırda iddiaçı televizoru da aparmaq istəyirsə, ödədiyi 660 manatı onlara verib onu apara bilər. İddia ərizəsində 70 və 71-ci sırada qeyd edilmiş bir ədəd ürək formalı və bir ədəd ortası deşikli qırmızı rəngli keks qabları mövcud deyildir. İddiaçıya məxsus geyim əşyalarından yalnız 8-ci sırada qeyd edilmiş 4 ədəd kapron kalqotka mövcud deyildir, digər bütün əşyalar evindədir. Uşaqların əşyalarına aid hissə ilə əlaqədar bildirir ki, 10-cu sırada qeyd edilmiş bir ədəd məktəb çantası, 12-ci sırada qeyd edilmiş 3 ədəd müxtəlif rəngli çətir, 14, 15, 16-cı sırada qeyd edilmiş uşaq oyuncaqları, yumşaq oyuncaqlar, müxtəlif fiqurlar, uşaqların məktəb dəftərkitabları, 19-25-ci sırada qeyd edilmiş 10 cüt uşaq ayaqqabısı, 4 ədəd uşaq şalvarı, 2 ədəd cins şortik, 5 ədəd yay köynəyi, 10 cüt yay, 10 cüt qış corabı, müxtəlif rəngli 7 ədəd oğlan uşağı üçün poliver, uşaq üçün 8 dəst müxtəlif rəngli, formalı şortik-kofta iddiaçının özündədir. 1, 2-ci sırada qeyd edilmiş avtomaşın və beşik formalı 2 ədəd uşaq çarpayısı, 6,7,8, 9-cu sırada qeyd edilmiş 2 ədəd yun və xovlu ǝdyal, üzərində Maşa-ayı şəkli və maşın şəkli olan 2 ədəd uşaq yataq dəsti, 11-ci sırada qeyd edilmiş qara rəngli məktəb çantası, 13-cü sırada qeyd edilmiş oyuncaqlarla birlikdə yolka ağacı, 17-ci sırada qeyd edilmiş məktəb lövhəsi, 18-ci sırada qeyd edilmiş 2 ədəd uşaq üçün velosiped evdədir. 3, 4, 5-ci sırada qeyd edilmiş uşaq üçün döşək, uşaq üçün yorğan, uşaq üçün balışın hər birindən 2 ədəd deyil, 1 ədəd vardır, evilərindədir. İddiaçı evdən çıxıb getdikdən bir neçə ay sonra uşaqların əşyalarını, məktəb ləvazimatını istəmiş, Cavabdeh1 da buna etiraz etməmiş, 2024-cü ilin yanvar ayında taksi ilə uşaqların bütün geyim əşyalarını, oyuncaqlarını, çantalarını, dərsliklərini gətirib məhkəmənin qarşısında iddiaçıya və anasına təhvil vermişdir. İddia tələbində qeyd edilmiş əşyalardan əlavə, iddiaçıya məxsus saç rəngləri, kremlər, körpə uşağı gəzdirmək üçün sumka evlərində qalmışdır ki, iddiaçı onları da apara bilər. İddiaçı evdən çıxıb gedərkən o Cavabdeh2 məxsus, üstü qaşlarla bəzədilmiş qədimi çantanı özü ilə aparmışdır. O həmin çantanı ona bağışlamamış, çanta ona qayınanasından yadigardır, yüksək mənəvi dəyəri var, ona görə də iddiaçının həmin əşyanı ona geri qaytarmasını istəyir. Qeyd edək ki, iddiaçı qızıl-zinət əşyaları, cehiz və geyim əşyaları ilə yanaşı, həm də, maddi ziyan tələb edir. Bildiririk ki, iddia tələbi ilə məhkəməyə müraciət etmək, vəkilin yardımından istifadə etmək hər bir vətəndaşın hüququdur, iddiaçı da bu hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. Onu məhkəməyə müraciət etməyə və vəkil tutmağa heç kim məcbur etməmişdir. O mülki işdə tərəfdir, zərərçəkmiş deyildir və maddi ziyan tələb etmək hüququ yoxdur. Tərəflərindən iddiaçının nə özünə, nə də ki, əmlakına heç bir ziyan vurulmamışdır. Əksinə, onlar dəfələrlə ona müraciət etmiş, gəlib əşyalarını aparsın, o isə əşyalarını məhkəmə yolu ilə aparacağını bildirmişdir. Hazırda onun onlardan maddi ziyan tələb etməsi əsassız varlanmaq niyyətində olduğunu göstərir və tələbi həmin hissədə də təmin olunmamalıdır. Odur ki, qeyd etdikləri nəzərə alaraq iddia tələbinin cehiz əşyalarına, geyim və uşaq əşyalarına münasibətdə qismən təmin edilməsi, qızıl-zinət əşyalarına və maddi ziyan tələbinə münasibətdə isə əsassız olduğuna görə təmin edilməməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Baxış iclasında iştirak edən şahid X6 öz izahatında bildirmişdir ki, İddiaçı onun qızıdır. Qızıl barədə bildirir ki, o özü toyda iştirak etməsə də iddia ərizəsində qeyd olunan qızılların cavabdehlər tərəfindən hədiyyə olunmasını qızından eşitmiş, qızı İddiaçı evdən çıxarkən həmin qızıllar cavabdehlərdə qalmışdır. Televizoa münasibətdə qeyd edir ki, televizor onun tərəfindən nəvəsinə hədiyyə kimi toydan sonra alınmışdır. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak etmiş, cavabdehlər isə mediasiya sessiyasında iştirak etməmiş, 50 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh1 və X12 arasındakı nikah xx.xx.2017-ci il tarixdə 2530 nörəli akt qeydi ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə Veyisov, arvada isə Veyisova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, X1 Yasin Məmməd oğluna məxsus mağazadan 660 manat dəyərində avadanlıq almışdır. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, tərəflər 25 dekabr 2016-cı il tarixdə faktiki olaraq evlənməklə, xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 03 sentyabr 2017-ci il tarixdə Sabir və 08 fevral 2019-cu il tarixdə Əkbər adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar və onlar arasındakı ailə münasibətləri faktiki olaraq kəsilmişdir. Məhkəmə tərəfindən işin faktiki halları ilə müəyyən edilmişdir ki, 25 dekabr 2016-cı il tarixdə faktiki olaraq evlənməklə, xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 03 sentyabr 2017-ci il tarixdə Sabir və 08 fevral 2019-cu il tarixdə Əkbər adlı uşaqları doğulmuşdur. Sonra isə məhkəmə qərarı ilə aralarında olan nikah pozulmuşdur. Belə ki, toy zamanı iddiaçıya bir sıra qızıl-zinət hədiyyə olunmuş, həmin faktı fotoşəkildə və tərəflərinin izahatlarında öz əksini tapır. Lakin tərəflərin arasında narazılıq baş verdiyindən, onlar ayrılmışlar. Hazırda İddiaçı həm keçmiş əri – Cavabdeh1, həmçinin onun valideyni – digər Cavabdeh2 qarşı cehiz, geyim, qızıl-zinət əşyaları həmçinin çəkdiyi xərclərinin əvəzi tələbləri barədə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iddia tələbinin cehiz əşyalarına dair hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır. Belə ki, cavabdeh tərəfin məhkəmə iclasında verdiyi izahatlarında cehiz əşyalarının onların yaşadığı ünvan 1 ünvanında yerləşən evdə qaldığını etiraf etmişlər. Bundan başqa iddiaçının geyim əşyaları tələbi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflərin izahatından müəyyən olunur ki, iddiaçıya aid geyim əşyaları bir ədəd iri çətir, qırmızı rəngli, böyük- 20 manat; dörd cüt yay ayaqqabısı, müxtəlif formalı, müxtəlif rəngli – 60 manat; yubka, müxtəlif rəngli, müxtəlif formalı, 7 ədəd- 70 manat; yay üçün kofta, müxtılif rəngli və müxtəlif formalı – 100 manat; üç dəst müxtəlif formalı, müxtəlif rəngli ev geyimləri – 60 manat; iki cüt ev üçün ayaqqabı- biri yaşıl, biri qara rəngli – 20 manat; dörd ədəd qalın kalqotka – 20 manat; dörd ədəd kapron kalqotka – 15 manat; üç ədəd pambıq mayka – 15 manat; beş ədəd jilet, müxtəlif rəngli, müxtəlif ölçülü və müxtəlif formalı – 80 manat; bir ədəd qolsuz, pələng dərili gecə paltarı- 20 manat; bir ədəd jaket, krem rəngli – 40 manat; yay üçün don 5 ədəd müxtəlif rəngli və formalı, qolu gödək – 100 manat; bir ədəd ağ rəngli, qalın papaq, ipli, tüklü – 20 manat; bir dəst yay üçün gecə paltarı, çəhrayı rəngli, aylas parçadan, qolu uzun - 30 manat; bir ədəd qırmızı rəngli xalat, papaqlı, qolu gödək – 20 manat; iki ədəd qalın don, qollu, göy və qara rəngli – 40 manat; bir ədəd papaq, qara rəngli, qalın – 10 manat cəmi 720 manat dəyərində geyim əşyası cavabdehlərin yaşadığı ünvan 1 ünvanında yerləşən evdə qalmışdır. Məhkəmə iddia tələbinin uşalara aid geyim və digər əşyaları tələbinə aid hissədə qeyd edir ki, tərəflərin izahatından müəyyən olunur ki, bir uşaq üçün çarpayı, avtomaşın formasında, göy rəngli-300 manat; bir ədəd beşik formalı, uşaq üçün çarpayı - 300 manat; iki ədəd uşaq üçün yun döşək - 60 manat; iki ədəd uşaq üçün yun yorğan - 40 manat; iki ədəd balınc, uşaq üçün - 20 manat; bir ədəd yun adyal, uşaq üçün, ağ rəngli-10 manat; bir ədəd adyal, uşaq üçün xovlu, narıncı rəngli, şəkilli - 10 manat; iki dəst yataq dəsti, üzərində Maşa və ayı şəkili var - 20 manat; iki dəst pastel, qırmızı rəngli, üstü maşın şəkilli - 20 manat; bir ədəd qara rəngli məktəb çantası- 20 manat; yolka ağacı, sünii, üzərində 15 ədəd oyuncaqla-20 manat; uşaq üçün məktəb lövhəsi-10 manat; uşaq üçün velosiped, iki ədəd - 200 manat olan uşaqlara aid əşyalar cavabdehlərin yaşadığı ünvan 1 ünvanında yerləşən evdə qalmış, digər əşyalar yəni bir ədəd məktəb çantası - 20 manat; üç ədəd müxtəlif rəngli çətir - 15 manat; uşaq oyuncaqları, müxtəlif formalı , plasmas—cəmi 30 manat; yumşaq oyuncaqlar, müxtəlif fiqurlar - cəmi 30 manat; uşaqların məktəb dəftəri, kitabları, qələmləri və ruçkaları - 100 manat; uşaq üçün ayaqqabı, 10 cüt - 50 manat; uşaq üçün şalvar, dörd ədəd - 40 manat; iki ədəd cins şortik, oğlan üçün - 10 manat; yay üçün köynək, 5 ədəd, oğlan üçün - 25 manat; uşaq üçün yay corabı, 10 cüt, qış corabı - 10 cüt- 40 manat; yeddi ədəd poliver, oğlan uşağı üçün, müxtəlif rəngli, müxtəlif formalı – 70 manat; uşaq üçün şortik-kofta, 8 dəst, müxtəlif rəngli, müxtəlif formalı- 80 manat olan uşaqlara aid əşyalar isə hazırda İddiaçıdır. Belə ki, iddiaçı Gülnar Veysiovanın iddiasının əsası kimi istinad etdiyi göstərilən cehiz əmlaklarının və geyim əşyalarının, eyni zamanda uşaqlara aid əşyaların ona məxsus olması, lakin həmin əşyaların yalnız bir qisminin cavabdeh tərəfdə olması məhkəmə iclasında iddiaçının izahatı, cavabdeh etirafedici ifadəsi və məhkəməyə sübut kimi təqdim edilmiş digər sənədlərlə sübut olunduğundan, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Buna görə də iddianın cehiz və geyim əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya verilməsinə dair hissəsi qismən təmin edilərək, cavabdeh tərəfin etiraf etdiyi hissədə göstərilən cehiz əşyaları cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə, iddianın qızıl-zinət aid olan hissəsini işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, işdə olan sənədlərlə, tərəflərin izahatları və fotoşəkillərlə müəyyən olunur ki, İddiaçı (iddiaçı) ilə X13 ilə ailə quran zaman iddiaçıya qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. İddiaçının iddia tələbində qeyd etdiyi əşyaların məhz cavabdehlər tərəfindən hədiyyə olunması və həmin qızıl-zinət əşyalarının Gülnar Veysiova evdən çxıarkən özü ilə aparmaması halını təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçıya məxsus qızıl-zinət əşyalarının mövcud olmasını və həmin əşyaların həqiqətən cavabdehlərdə olmasının həqiqiliyini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki iş üzrə cavabdeh tərəfin təqdim etdiyi etiraz ərizəsində, eləcə də məhkəmə iclasında verdiyi izahatlarında qızıl-zinət əşyalarının mövcudluğunu və onlarda qalmasını mübahisələndirmişdir. İddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının həqiqətən də iş üzrə cavabdehlərdə olmasına dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı qeyd olunan hissədə təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, 82 manat ödənilmiş dövlət rüsumu cavabdehlər cavabdehlər X13 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən mediasiya prosesində çəkilən 50 manat xərc cavabdehlərdən müştərək alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cehiz əşyaları- Plazma televizor, Lenk firmadan, smart - 1320 manat; paltaryuyan maşın, ağ rəngdə, Samsunq firmadan, 6 kq-lıq - 660 manat; sokçəkən, qara rəngli - 100 manat; buxarlı ütü, boz rəngli - 100 manat; ütü stolu, böyük, çəhrayı rəngli - 60 manat; mikser dəsti, nayser-dayser, ağ rəngli - 60 manat; bir ədəd ağ rəngli, elektrikli blender- 20 manat; bir ədəd ütü- fen, “Braun” firmadan-- 50 manat; bir ədəd dolma bükən aparat, ağ rəngli - 10 manat; bir ədəd kofe-molka, ağ rəngli - 30 manat; paltar qurutmaq üçün asqı, dəmirdən, bir mərtəbəli-60 manat; “Asel” firmadan elektrikli soba, dərəcəli, ağ rəngli - 250 manat; bir ədəd tozsoran, göy rəngli, Qalaksi firmadan, su ilə işləyən - 300 manat; bir ədəd qoz çəkən maşın, sadə, qırmızı rəngli - 20 manat; ət çəkən maşın, elektrikli, ağ rəngli, Gepas firmadan - 250 manat; bir ədəd gəvə, boz rəngli, 2X3 ölçülü - 200 manat; bir ədəd dəmir sandıq, qırmızı rəngli - 100 manat; Qalaksi firmadan, üç mərtəbəli, tumbuçka formalı qabda, qaşıq, çəngəl, bıçaq dəsti, 24 nəfərlik - 300 manat; boşqab naboru, 12 nəfərlik, müxtəlif ölçülü, kasa formalı, düz formalı, bulud formalı, orta boşqabı, yaşıl rəngli güllü - 48 ədəd - 100 manat; yemək dəsti - 12 nəfərlik, 96 personlu - 300 manat; çay dəsti, 6 nəfərlik, boz rəngli, fincanlı, çaynikli- 50 manat; çay dəsti , 6 nəfərlik, tək fincanlı, ağ rəngli - 30 manat; şirəli qazan dəsti, beş müxtəlif ölçülü, ağ rəngli, qırmızı güllü-60 manat; “Tefal” qazan dəsti, müxtəlif ölçülü, jarovnikli, qırmızı güllü, 2 çaynikli - 300 manat; bir ədəd şirəli, çay çayniki, ağ rəngli - 40 manat; iki ədəd şirəli vedrə, sarı rəngli, qapaqlı, üstü güllü - 60 manat;bir ədəd şirəli ləyən, sarı rəngli, böyük - 30 manat; bakal marojna üçün, 6 ədəd.xurustal - 80 manat;bakal, uzun, xrustal, hündür, qara rəngli güllü, 6 ədəd -100 manat; bakal, yumru, hündür, 6 ədəd, xurustal -100 manat; su üçün qrafin, 6 ədəd bakal ilə, qızılı sarı rəngli, xrustal – 100 manat; bakal, yasəmən rəngli, üstü qaşlı, xrustal, 6 ədəd -100 manat; bir ədəd sadə şüşə su qrafini, qapaqlı-10 manat; konfet qabı, xrustal, iri, iki ədəd - 100 manat; Konfet qabı, Bagema firmadan, balaca, üstündə qadın şəkilləri olan, göy rəngli, 4 ədəd - cəmi dəyəri 200 manat; Bagema firmadan meyvə qabı, 3 ədəd, iri, yaşıl rəngli, xrustal -300 manat; Xrustal meyvə qabı, iki ədəd, iri - 200 manat; sok üçün stəkan, altı ədəd, sarı rəngli, adi şüşədən, böyük, yazılı-20 manat; bir dəst padnos, dör nikkeldən - cəmi dəyəri 30 manat; paltar yığmaq üçün plasmas setka qab, mavi rəngli-10 manat; paltar şpilkasıplasmas vedrədə, çəhrayı rəngli – 50 ədəd- 10 manat; bir ədəd pol ağacı, üç ədəd oxlov və bir ədədə yayqı, bir ədəd sarımsaq əzən- cəmi dəyəri 30 manat; bir ədəd qoz qıran – 5 manat; bir ədəd qənd qıran- 5 manat; bir ədəd bıçaq dəsti, müxtılif plçülü, güllü – 20 manat; bir dəst bıçaq dəsti, meyvə üçün mavi rəngli- 10 manat; plasmas qablar, müxtəlif ölçülü, 4ədəd-20 manat;çay stəkanı dörd ədəd xrustal – 20 manat; nəlbəki, 4 ədəd, üzəridə qadın şəkili var-10 manat; tort üçün boşqab dəsti, bir ədəd iri, altı ədəd balaca, sadə şüşədən yaşıl güllü-20 manat; bir ədəd xrustal, tək, iri , vaz formalı, tort qabı – 50 manat; bir ədəd xrustal ləpə qabı, üçgpzlü hündür- 30 manat; bir ədəd ləpə qabı kobalt firmadan üçmərtəbəli, üzərində qadın şəkilləri olan - 20 manat; bir ədəd ləpə qabı, göy rəngli, iri, bir mərtəbəli- 10 manat; altı ədəd göy rəngli limon qabı- 10 manat; iki ədəd kül qabı, adi şüşədən – 5 manat; iki ədəd kül qabı,xrustal, iri yumru formalı- 30 manat; bir ədə zibil vedrəsi, sarə rəngli -10 manat; bir ədəd üzərlik qabı, dəmirdən – 10 manat; bir dəst taxta qaşıqlar, müxtılif formalı – 20 manat; duz-istiot qabı, göy rəngdə, top formasında - 10 manat; düz-istiot qabı, ağ rəngli, ördək formalı - 10 manat; iki ədəd xrustal güldan, hündür - cəmi dəyəri 100 manat; bir ədəd divar saatı, yaşıl rəngli, içərisində ərəb yazıları var – 30 manat; bir dəst mətbəx naboru- qaşıq, çömçə, katlet çevirən, çəngəl- 30 manat altı ədəd salat qabı, üzərində qadın şəkili var, ağ rəngli, qaşıqlı - 30 manat;bir ədəd mikser qaşıq, iri - 5 manat; altı ədəd keks qabı, dəmirdən, fiqurlu-10 manat; bir ədəd ürək formalı keks qabı, böyük , qırmızı rəngli - 10 manat; bir ədəd keks qabı, ortası deşikli, qırmızı rəngli - 10 manat; bir dəst mətbəxt dəsti, dəmirdən, asılqanlı, nejaveyka - 30 manat; bir ədəd ət döyən dəmir - 5 manat; bir ədəd su üçün kruşka, orta böyüklükdə - 5 manat; bir ədəd suvenir boşqab, göy rəngli, - 5 manat; bir ədəd suvenir qız fiquru - 5 manat; bir ədəd suvenir, bəy-gəlin formasında - 10 manat; beş ədəd karniz, plasmasdan - 50 manat; bir dəst pərdə, yataq otağı üçün, göy rəngli ipək və tül parçadan- 300 manat; ağ rəngli, ipək pərdə altı , üç ədəd - cəmi dəyəri - 50 manat; bir ədəd tül pərdə, ağ rəngli - üstü qara güllü, aynəbənd üçün - 100 manat; bir ədəd iki nəfərlik yun döşək - 20 kiloqramlıq - 300 manat; bir ədəd tək nəfərlik yun döşək - 15 kiloqramlıq - 200 manat; bir ədəd iki nəfərlik yun yorğan, 5 kiloqramlıq - 150 manat; bir ədəd tək nəfərlik yun yorğan, 3 kiloqramlıq - 100 manat; balınc 2 ədəd, qaz tükündən, iri, dörd künc formalı - cəmi dəyəri - 100 manat; iki ədəd balınc, sintifon, dörd künc formalı - 60 manat; pastel dəsti - iki nəfərlik , yaşıl rəngli, güllü - 20 manat; pastel dəsti, qırmızı rəngli, güllü - 20 manat; pastel dəsti, ağ rəngli, saya, hörməli - 50 manat; pastel dəsti, çəhrayı rəngli, üstü güllü - 50 manat; bir ədəd pakrıval, Gəlincik, Qalaksi firmadan, yasəmən rəngli - 300 manat; xovlu adyal, iki nəfərlik, qırmızı rəngli və güllü - 100 manat; tək nəfərlik, xovlu adyal, qırmızı rəngli, güllü - 60 manat; tək pakrıval, yaşıl rəngli, iki nəfərlik, iki balında birlikdə -100 manat; bir ədəd tək nəfərlik çarpayı üçün pakrıval, çəhrayı rəngli, nazik parçadan - 50 manat; iki ədəd uzunsov formalı balınc, qaz tükündən - cəmi dəyəri 60 manat; balınc dörd ədəd, uzunsov formalı, sintifon – 40 manat; divan üçün döşəkçə, yun – 6 ədəd- 60 manat; divan üçün döşəkçə, sintifon, 6 ədəd, çəhrayı rəngli, ipək üzlü - 40 manat; divan üçün mütəkkə, iki ədəd,, çəhrayı rəngli, sintifon- cəmi dəyəri 20 manat; divan kreslo üstü, bir dəst, krem rəngli- 60 manat; əl-üz dəsmalı, 10 ədəd müxtıəlif rəngli, müxtəlif ölçülü – cəmi dəyəri 40 manat; hamam dəsmalı, iki ədəd- müxtəılif rəngli, müxtəlif ölçülü cəmi dəyəri 40 manat; çay dəsmalı 20 ədəd müxtəılif rəngli və müxtəlif ölçülü cəmi dəyəri – 60 manat, Geyim əşyaları- bir ədəd iri çətir, qırmızı rəngli, böyük- 20 manat; dörd cüt yay ayaqqabısı, müxtəlif formalı, müxtəlif rəngli – 60 manat; yubka, müxtəlif rəngli, müxtəlif formalı, 7 ədəd- 70 manat; yay üçün kofta, müxtılif rəngli və müxtəlif formalı – 100 manat; üç dəst müxtəlif formalı, müxtəlif rəngli ev geyimləri – 60 manat; iki cüt ev üçün atyaqqabı- biri yaşıl, biri qaran rəngli – 20 manat; dörd ədəd qalın kalqotka – 20 manat; dörd ədəd kapron kalqotka – 15 manat; üç ədəd panbıq mayka – 15 manat; beş ədəd jilet, müxtəlif rəngli, müxtəlif ölçülü və müxtəlif formalı – 80 manat; bir ədəd qolsuz, pələng dərili gecə paltarı- 20 manat; bir ədəd jaket, krem rəngli – 40 manat; yay üçün don 5 ədəd müxtəlif rəngli və formalı, qolu gödək – 100 manat; bir ədəd ağ rəngli, qalın papaq, ipli, tüklü – 20 manat; bir dəst yay üçün gecə paltarı, çəhrayı rəngli, aylas parçadan, qolu uzun - 30 manat; bir ədəd qırmızı rəngli xalat, papaqlı, qolu gödək – 20 manat; iki ədəd qalın don, qollu, göy və qara rəngli – 40 manat; bir ədəd papaq, qara rəngli, qalın – 10 manat, uşaqlara aid əşyalar- bir uşaq üçün çarpayı, avtomaşın formasında, göy rəngli-300 manat; bir ədəd beşik formalı, uşaq üçün çarpayı - 300 manat; iki ədəd uşaq üçün yun döşək - 60 manat; iki ədəd uşaq üçün yun yorğan - 40 manat; iki ədəd balınc, uşaq üçün - 20 manat; bir ədəd yun adyal, uşaq üçün, ağ rəngli-10 manat; bir ədəd adyal, uşaq üçün xovlu, narıncı rəngli, şəkilli - 10 manat; iki dəst yataq dəsti, üzərində Maşa və ayı şəkili var - 20 manat; iki dəst pastel, qırmızı rəngli, üstü maşın şəkilli - 20 manat; bir ədəd qara rəngli məktəb çantası- 20 manat; yolka ağacı, sünii, üzərində 15 ədəd oyuncaqla-20 manat; uşaq üçün məktəb lövhəsi-10 manat; uşaq üçün velosiped, iki ədəd - 200 manat dəyərində əşyaların natura şəklində, naturada mövcud olmazsa əşyaların dəyəri cavabdehlər X13 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Cavabdehlər X13 və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 82 (səksən iki) manat və mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin.Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar