Məhkəmə qərarları › İş №2(076)-2852/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2852/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2852/2023 07.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində borc pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki, Şəmkir rayon, Qədimqala kəndində özünə məxsus əkin sahəsində yerləşən istilikxanda sezonluq kənd təsərüffatı məhsullarının əkilib-becərilməsi ilə məşğul olur. Cavabdeh işlə əlaqədar tanıyıb. Belə ki, cavabdeh kənd təsərrüfatı məhsullarının ticarəti ilə məğul olur. O, kənd təsərüffatı məhsullarını alır və xaricə, Rusiya Respublikası ərazisində yerləşən bazarlara satış məqsədi ilə göndərir. Cavabdehlə onun arasıda 2 ilə yaxın ticarət əlaqələri olmuşdur. Cavabdeh ondan 2022-ci ilin yay aylarında pomidor məhsulunu Rusiya bazarlarına göndərmək üçün almış, onların arasında təxminən 20000-25000 manatlıq dövriyyə olmuşdur. Onlar cavabdehlə əvvəl malın nəğd alışı ilə razılaşalar da, cavabdeh ondan aldığı pomidor məhsulunu nisyə, yəni şifahi razılaşma əsasında almış və pulunu ödəyəcəyinə söz vermişdir. O ona olan borcunun bir hissəsini ödəmiş, lakin borcun 1500 manat olan hissəsini ödəməmişdir. Dəfələrlə aralarında danışıqlar olmuş, cavabdeh hər dəfəsində borcunu ödəməsi üçün vaxt istəmiş və onu dəfələrlə aldatmışdır. Cavabdeh qısa zamanda qaytarmağı öhdəsinə götürsə də, bu günə kimi borcu qaytarmamışdır. Dəfələrlə cavabdehdən borcunu ödəməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində borc pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəmkir RİH Qədimqala kəndi İƏD-nin arayışda görünür ki, İddiaçı Şəmkir rayonu Qədimqala kəndində qeydiyyatdır və orda daimi yaşayır. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh İddiaçı 1500 manat borcunun olması və onu hissə-hissə ödəyəcəyi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. İddiaçının izahatından və cavabdehin məhkəməyə ünvanladığı ərizədən müəyyən edilir ki, tərəflər arasında şifahi qaydada bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə malı nisyə qaydada satmışdır. Daha sonra cavabdeh iddiaçıya cəmi 1500 manat borcu qalmışdır. Öhdəliyin mövcud olması öz təsdiqini tapmış, cavabdeh də məhkəməyə eyni məzmunda ərizə təqdim etmişdir. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən nisyə satılmış malın ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də qətnamə qəbul edilərək cavabdehdən 1500 manat pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumundan ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 (otuz beş) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar