Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-287/2024 17.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçı Tanırverdi oğlunun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2 iştirakları ilə İddiaçı Tanırverdi oğlunun cavabdehlər Cavabdeh1 Yunis oğluna və Cavabdeh2 qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Şəmkir, Tovuz və Gədəbəy rayonları üzrə bölməsi və Şəmkir rayon İcra Hakimiyyəti) “mənzildən, mənzilin yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılma və mənzilə köçürülmə” tələbi barədə ilkin, İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Tanırverdi oğluna qarşı Cavabdeh1 Yunis oğlunun üçüncü şəxs qismində cəlb etdiyi “pul” tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İlkin iddia tələbi: İddiaçı Tanırverdi oğlu cavabdehlər Cavabdeh1 Yunis oğluna və Cavabdeh2 qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Şəmkir, Tovuz və Gədəbəy rayonları üzrə bölməsi və Şəmkir rayon İcra Hakimiyyəti) iddia ərizəsi ilə müraciət edərək, Şəmkir şəhəri, İpək yolu qəsəbəsi, hazırkı Ərəblinski küçəsi, 13 saylı yaşayış massivində qaçqınlar üçün tikilmiş 48 saylı mənzilə iddiaçının köçürülməsi, cavabdehlər Cavabdeh1 Yunis oğlunun və Cavabdeh2 həmin mənzildən, mənzilin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsindən çıxarılmasına, 100+1 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 və Cavabdeh1 iddiaçının ailə üzvü və ya yaxın qohumları deyillər. Onlar iddiaçıya qaçqın olaraq verilmiş və Şəmkir şəhəri, İpək yolu qəsəbəsi, qaçqınlar üçün tikilmiş yaşayış massivində Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən ona istifadə üçün verilmiş evin qonşuluğunda yaşayırdılar. Hazırda hər iki cavabdeh heç bir hüquqi əsas olmadan onun istifadəsinə verilmiş mənzildən istifadə etməyinə maneə yaradırlar. Onlar hər ikisi iddaçının mənzilində yaşayır və iddiaçının həmin evə köçməyinə imkan vermirlər. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. İstəyir ki, məhkəmə onun Şəmkir şəhəri, İpək yolu qəsəbəsi, qaçqınlar üçün inşa edilmiş yaşayış massivində (hazırkı Ərəblinski küçəsi) yerləşən və onun qanuni istifadəsinə verilmiş 48 saylı mənzilə köçürülməyinə və cavabdehlərin həmin mənzildən və mənzilin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsindən çıxarılmasına dair qərar versin. Köçmək istədiyi və istifadəsində olan mənzil bir mərtəbəli, iki otaqlı olmaqla 37.1 kv.m. yaşayış və qeyri yaşayış sahəsindən, köməkçi sahədən və 0.10 ha həyətyanı torpaq sahəsindən ibarətdir. Qarşılıqlı iddia tələbi: İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Tanırverdi oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Şəmkir şəhəri İpək yolu qəsəbəsi hazırki Ərəblinski küçəsi 13 saylı yaşayış massivində 0.10 ha torpaq sahəsinin üzərində yerləşən 48 saylı mənzilin alınması üçün 23.960 manat pulun və aparılan təmir-tikinti işlərin aparılması ilə əlaqədar çəkilmişxərclənmiş 20.125 manat pulun yəni dəymiş zərər kimi İddiaçı Tanırverdi oğlundan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbləri: Qarşılıqlı iddia tələbləri onunla əsaslandırılmışdır ki, hal-hazırki mübahisə predmeti olan torpaq sahəsi və onun üzərində yerləşən 48 saylı mülkü iddiaçı şifahi alqı-satqı yolu ilə İddiaçı almışdır. Daha sonra həmin evə əlavə tikinti və təmir işləri aparmaqla xeyli miqdarda vəsait xərcləmişdir. Uzun müddət həmin evdə mərhum dayısı Abdullayev İdris yaşamışdır. Daha sonra dayısı vəfat edəndən sonra orda hal-hazıradək yaxın qohumu Arzu yaşayır. Açığı İddiaçı gəlib ev tələb etməyi onlarda təəcüb doğurur, çünki iddiaçı həmin mülkü razılaşıb pul verib almışdır. Bununla da əlaqədar həm borc müqaviləsi, həmdə öz aralarında şifahi alqı-satqı əsasında yazılı imza atılmış pulun verilməsi ilə bağlı sənədləri var. Şahidləri də çoxdur orada tikinti və təmir işlərin aparılması ilə bağlı. Qonşular hamısı bilir ki, orada kim yaşayıb və kimə məxsus olub əmlak. Həmçinin iddiaçının hal-hazırda bu tələb üzrə subyektiv hüququ yoxdur. Belə ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində deyil. Digər tərəfdən həmin daşınmaz əmlakı onlar 2005-ci ildə əldə etmişik. Bəs niyə bu vaxt müddət keçəndən sonra iddiaçı indi məhkəməyə verir bizi. Halbuki MM-nin müvafiq maddəsinə əsasən daşınmaz əmlakla bağlı iddia müddətləri 6 il və ümümi iddia isə 10 il nəzərdə tutulur. Odur ki, hesab edirlər ki, ilkin iddia əsassızdır müəyyən müddətin keçməsi ilə bağlı, şifahi olsada belə alqı-satqısı mövcüd olmuşdur, bu illər ərzində orada tikinti və təmir işlərinə çəkilmiş xərclər olmuşdur. Təmir -tikinti işlərinin aparılması ilə əlaqədar qonşuların hamısı bilir və X7, X3, X2, X6, X8, X5 həmin şəxsləri şahid kimi məhkəmədə dindirilməsini təmin edilməsini xahiş edir. Mənzilin alınması üçün 23.960 manat pul verilmiş, həmin mənzildə əlavə tikili işləri aparılmış və 20.125 manat pul xərclənmiş, cəmi 44.085 manat təşkil etmişdir. Tikilmiş əlavə otaq -5500 manat; tikilmiş əlavə naves-4000 manat; divar və hasar tikintisi- 1400 manat; sanitar qovşağı tikintisi-3550; yardımçı tikili-2000 manat; yer beton salamq- 1800 manat: su çəni- 375 manat; həyat darvazası- 1500 manat Cəmi: 20.125 manat Tərəflərin izahatları: İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Tanırverdi oğlunun nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında ilkin iddia ərizəsində yazılanlara uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında göstərdi ki, 18 ildir, o evin işıq, qaz və su pulu da onun adına gəlir. Hazırda mübahisəli evin orderinin əsli ondadı və onu məhkəməyə təqdim etmişdir. Bununla sübut edir ki, İddiaçı verilən evi İddiaçı orderi ona verməklə evi ona satmışdır, lakin o evi satmaq hüququ olmadığına görə alqı-satqını rəsmiləşdirmək mümkün olmamışdır, onun əvəzində qırx beş milyon manata aralarında borc müqaviləsi bağlanmışdır. Ona görə də hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: -Şəmkir rayonu İcra hakimiyyəti Başçısı tərəfindən verilmiş 29 saylı orderdən (əsli) görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən bir mətəbəli, sahəsi 37.1 kv.m olan iki otaqlı yaşayış sahəsi verilmişdir. -Kür qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 674 saylı arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Kür qəsəbəsində qeydiyyatda olmaqla halhazırda Kür qəsəbə küçəsi, Şəhiyar küçəsi, ev 7 ünvanında yaşayır. -Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Şəmkir, Tovuz və Gədəbəy rayonları bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 232 nömrəli arayışından görünür ki, İddiaçı 1988-ci ildə məlum hadisələrə görə Şəmkir şəhəri, İpək yolu qəsəbəsi, H.Ərəblinski küç 13 ünvanında ailəsi ilə birgə qeydiyyatdadır. -xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumunu ödəmişdir. -xx.xx.2005-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh2 (borcverən) İddiaçı (borcalana) 45 000 000 manat məbləğində xx.xx.2009-cu il tarixə qədər pul verir. Borcalan isə göstərilən miqdarda olan pulu müəyyən edilmiş müddətə yəni xx.xx.2009-cu il tarixə qədər pulu qaytarmağı öhdəsinə götürmüşdür. -Cavabdehlər məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, evin-alqı-satqısının 2005-ci ildə olduğunu əsas gətirərək, məhkəmədən iddia müddətinin tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17-ci maddəsinə əsasən mənzil fondu Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur və mülkiyyət formasına görə mənzil fondu özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fonduna bölünür. Öz növbəsində istifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu sosial və xüsusi təyinatlı mənzil fondlarına bölünür. Sosial təyinatlı mənzil fondu dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrini, xüsusi təyinatlı mənzil fondu isə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrini ehtiva edir. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə xidməti yaşayış sahələri, yataqxanalarda yaşayış sahələri, manevr fondu yaşayış sahələri, əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri, qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri və ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri aiddir. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 98-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Xüsusi təyinatlı yaşayış sahələri Mənzil Məcəlləsində müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin .99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən həm ilkin iddia tələbi və həm də qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı qaçqın statusuna malik olduğundan Şəmkir rayon İcra Hakimiyyəti Başçısının 29 nömrəli orderi ilə İddiaçı Şəmkir şəhərinin giriş hissəsində qaçqınlar üçün yaşayış massivində tikilmiş 48 nömrəli ev verilmişdir. O, hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mübahisəsi olunan fərdi yaşayış evindən çıxarılmasını xahiş etmiş, qarşı tərəf isə buna dəlil olaraq evi pul müqabilində aldığını, lakin aralarında münasibətlərin xx.xx.2005-ci ildə borc müqaviləsi ilə rəsmiləşdirildiyini bildirmişdir. Məhkəmə cavabdehin evi alması ilə bağlı dəlilinə münasibət olaraq bildirir ki, Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsi alqı-satqının predmenti deyildir. Həmçinin fərdi yaşayış evi ilkin iddia üzrə iddiaçıya istifadə üçün verildiyindən, iddiaçının evi satmaq hüququ olmamışdır. Məhkəmə ilkin iddia tələblərinə münasibət olaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarından görünür ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsi 2005-ci ildə bağlanmışdır və bu ilkin iddia üzrə İddiaçı mübahiəsli evin verilməsi ilə eyni dövrə düşdüyündən, ehtimal olunur ki, ilkin iddiaçı həqiqətən də cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh2 evi satmışdır. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələblərinə münasibət olaraq bildirir ki, iddiaçı həmin fərdi yaşayş evinin mülkiyyətçisi hesab edilmədiyindən, habelə gələcəkdə də mülkiyətçisi olmayacağından qarşılıqlı iddia da təmin edilə bilməz. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbləri təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Tanırverdi oğlunun cavabdehlər Cavabdeh1 Yunis oğluna və Cavabdeh2 qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Şəmkir, Tovuz və Gədəbəy rayonları üzrə bölməsi və Şəmkir rayon İcra Hakimiyyəti) “mənzildən, mənzilin yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılma və mənzilə köçürülmə” barədə iddia ərizəsi təmin edilməsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Tanırverdi oğluna qarşı Cavabdeh1 Yunis oğlunun üçüncü şəxs qismində cəlb etdiyi “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-287/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-287/2024
17.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver