Məhkəmə qərarları › İş №2(1-8)-879/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-879/2026

14.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-879/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Tanırverdi oğlunun cavabdehlər cavabdeh2 Yunis oğlu və cavabdeh1 (üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Şəmkir, Tovuz və Gədəbəy rayonları üzrə bölməsi və Şəmkir rayon Icra Hakimiyyəti) qarşı ilkin iddia tələbi üzrə; iddiaçı cavabdeh1 cavabdeh İddiaçı Tanırverdi oğluna qarşı (cavabdeh2 Yunis oğlu üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddia tələbi üzrə QƏRARİ (Açar sözlər:mənzil mübahisələri; mənzilə köçürülmə, pulun ödənilməsi,) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Şəfiyev X13 Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Yunis oğluna cavabdeh1 (üçüncü şəxslər AR Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Şəmkir Tovuz və Gədəbəy rayonları üzrə bölməsi və Şəmkir rayon Icra Hakimiyyətinə) qarşı “mənzildən, mənzilin yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılma və mənzilə köçürülmə tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Şəmkir rayonu Icra hakimiyyəti Başçısı tərəfindən verilmiş ** saylı orderdən (əsli) görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, sahəsi 37.1 kv.m. olan iki otaqlı yaşayış sahəsi verilmişdir.

2. Kür qəsəbə IƏD üzrə nümayəndəlik tərəfindən verilmiş ##.##.2023-cü il tarixli *** saylı arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Kür qəsəbəsində qeydiyyatda olmaqla halhazırda Kür qəsəbə küçəsi, Şəhiyar küçəsi, ev 7 ünvanında yaşayır.

3. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Şəmkir, Tovuz və Gədəbəy rayonları bölməsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, *** nömrəli arayışından görünür ki, İddiaçı 1988-ci ildə məlum hadisələrə görə Şəmkir şəhəri, Ipək yolu qəsəbəsi, H.Ərəblinski küç 13 ünvanında ailəsi ilə birgə qeydiyyatdadır.

4. ##.##.2005-ci il tarixli borc müqaviləsindən görünür ki, cavabdeh1 (borcverən) İddiaçı (borcalana) 45.000.000 manat məbləğində ##.##.2009-cu il tarixə qədər pul verir. Borcalan isə göstərilən miqdarda olan pulu müəyyən edilmiş müddətə yəni ##.##.2009-cu il tarixə qədər pulu qaytarmağı öhdəsinə götürmüşdür.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı Tanırverdi oğlu cavabdehlər cavabdeh2 Yunis oğluna və cavabdeh1 qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Şəmkir, Tovuz və Gədəbəy rayonları üzrə bölməsi və Şəmkir rayon Icra Hakimiyyəti) mənzildən, mənzilin yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılma və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir şəhəri, Ipək yolu qəsəbəsi, hazırkı Ərəblinski küçəsi, ** saylı yaşayış massivində qaçqınlar üçün tikilmiş ** saylı mənzilə iddiaçının köçürülməsi, cavabdehlər cavabdeh2 Yunis oğlunun və cavabdeh1 həmin mənzildən, mənzilin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsindən çıxarılmasına, 100+1 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh1 və cavabdeh2 iddiaçının ailə üzvü və ya yaxın qohumları deyillər. Onlar iddiaçıya qaçqın olaraq verilmiş və Şəmkir şəhəri, Ipək yolu qəsəbəsi, qaçqınlar üçün tikilmiş yaşayış massivində Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən ona istifadə üçün verilmiş evin qonşuluğunda yaşayırdılar. Hazırda hər iki cavabdeh heç bir hüquqi əsas olmadan onun istifadəsinə verilmiş mənzildən istifadə etməyinə maneə yaradırlar. Onlar hər ikisi iddaçının mənzilində yaşayır və iddiaçının həmin evə köçməyinə imkan vermirlər. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Istəyir ki, məhkəmə onun Şəmkir şəhəri, Ipək yolu qəsəbəsi, qaçqınlar üçün inşa edilmiş yaşayış massivində (hazırkı Ərəblinski küçəsi) yerləşən və onun qanuni istifadəsinə verilmiş ** saylı mənzilə köçürülməyinə və cavabdehlərin həmin mənzildən və mənzilin yerləşdiyi 0.10 ha həyətyanı torpaq sahəsindən çıxarılmasına dair qərar versin. Köçmək istədiyi və istifadəsində olan mənzil bir mərtəbəli, iki otaqlı olmaqla 37.1 kv.m. yaşayış və qeyri yaşayış sahəsindən, köməkçi sahədən və 0.10 ha həyətyanı torpaq sahəsindən ibarətdir.

7. Cavabdeh cavabdeh1 iddiaçı İddiaçı Tanırverdi oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir şəhəri Ipək yolu qəsəbəsi hazırki Ərəblinski küçəsi ** saylı yaşayış massivində 0.10 ha torpaq sahəsinin üzərində yerləşən ** saylı mənzilin alınması üçün 23.960 manat pulun və aparılan təmir-tikinti işlərin aparılması ilə əlaqədar çəkilmişxərclənmiş 20.125 manat pulun, yəni dəymiş zərər kimi İddiaçı Tanırverdi oğlundan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırki mübahisə predmeti olan torpaq sahəsi və onun üzərində yerləşən ** saylı mülkü iddiaçı şifahi alqı-satqı yolu ilə İddiaçı almışdır. Daha sonra həmin evə əlavə tikinti və təmir işləri aparmaqla xeyli miqdarda vəsait xərcləmişdir. Uzun müddət həmin evdə mərhum dayısı Abdullayev Idris yaşamışdır. Daha sonra dayısı vəfat edəndən sonra orda hal-hazıradək yaxın qohumu Arzu yaşayır. Açığı İddiaçı gəlib ev tələb etməyi onlarda təəcüb doğurur, çünki iddiaçı həmin mülkü razılaşıb pul verib almışdır. Bununla əlaqədar həm borc müqaviləsi, həmdə öz aralarında şifahi alqı-satqı əsasında yazılı imza atılmış pulun verilməsi ilə bağlı sənədləri var. Orada tikinti və təmir işlərin aparılması ilə bağlı şahidləri də vardır. Qonşular hamısı bilir ki, orada kim yaşayıb və əmlak kimə məxsus olmuşdur. Həmçinin, iddiaçının hal-hazırda bu tələb üzrə subyektiv hüququ yoxdur. Belə ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində deyil. Digər tərəfdən həmin daşınmaz əmlakı onlar 2005-ci ildə əldə etmişik. Bəs niyə bu vaxt müddət keçəndən sonra iddiaçı indi məhkəməyə verir bizi. Halbuki MM-nin müvafiq maddəsinə əsasən daşınmaz əmlakla bağlı iddia müddətləri 6 il və ümümi iddia isə 10 il nəzərdə tutulur. Odur ki, hesab edirlər ki, ilkin iddia əsassızdır müəyyən müddətin keçməsi ilə bağlı, şifahi olsa da belə alqı-satqısı mövcüd olmuşdur, bu illər ərzində orada tikinti və təmir işlərinə çəkilmiş xərclər olmuşdur. Təmirtikinti işlərinin aparılması ilə əlaqədar qonşuların hamısı bilir və X1, X5, X6, X3, X2, X4 həmin şəxsləri şahid kimi məhkəmədə dindirilməsini təmin edilməsini xahiş edir. Mənzilin alınması üçün 23.960 manat pul verilmiş, həmin mənzildə əlavə tikili işləri aparılmış və 20.125 manat pul xərclənmiş, cəmi 44.085 manat təşkil etmişdir. Tikilmiş əlavə otaq-5500 manat; tikilmiş əlavə naves-4000 manat; divar və hasar tikintisi-1400 manat; sanitar qovşağı tikintisi 3550; yardımçı tikili-2000 manat; yer beton salmaq-1800 manat: su çəni-375 manat; həyat darvazası-1500 manat Cəmi: 20.125 manat.

9. Şəmkir Rayon Məhkəməsinin (hakim Şəfəq Məmmədova)## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.

10. Məhkəmə cavabdehin evi alması ilə bağlı dəlilinə münasibət olaraq bildirmişdir ki, mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsi alqı-satqının predmenti deyildir. Həmçinin fərdi yaşayış evi ilkin iddia üzrə iddiaçıya istifadə üçün verildiyindən, iddiaçının evi satmaq hüququ olmamışdır.

11. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış borc müqaviləsi 2005-ci ildə bağlanmışdır və bu ilkin iddia üzrə iddiaçı İddiaçı mübahiəsli evin verilməsi ilə eyni dövrə düşdüyündən, ehtimal olunur ki, ilkin iddiaçı həqiqətən də cavabdeh-qarşılıqlı iddiaçı cavabdeh1 evi satmışdır. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia təmin edilə bilməz.

12. Məhkəmə qarşılıqlı iddia tələblərinə münasibətdə hesab etmişdir ki, iddiaçı həmin fərdi yaşayş evinin mülkiyyətçisi hesab edilmədiyindən, habelə gələcəkdə də mülkiyyətçisi olmayacağından qarşılıqlı iddia da təmin edilə bilməz.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17, 91, 91.3, 98, 99.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Ilk iddia üzrə cavabdeh cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və həmin hissədə qarşılıqlı iddianın təmin olunmasını, yəni mübahisəli mənzilin alınması üçün 23.960 manat pulun və aparılan təmir-tikinti işlərin aparılması ilə əlaqədar çəkilmiş-xərclənmiş 20.125 manat pulun, cəmi 44.085 manat pulun İddiaçı Tanırverdi oğlundan alınıb ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, İddiaçı Tanırverdi oğlu tərəfindən ilk iddia üzrə iddia ərizəsi verilərkən mənzilə dair order təqdim edilməmişdir. Həmin mənzilə dair order ona evi satdığı üçün ona verilmişdir. O, sonuncu məhkəmə zalında, yəni ## ##### 2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Bu da bir daha sübut edir ki, həmin mənzil İddiaçı tərəfindən ona satılmışdır. Şəmkir Rayon Məhkəməsi heç aydınlıq gətirmədi ki, həmin ev hansı vaxtdan onların istifadələrindədir, niyə indiyənə kimi İddiaçı bu tələb ilə çıxış etməmişdir, bütün faktlar sübut edir ki, mənzil bizdə olub və ona əvəz olaraq pul ödənilib, əlavə tikinti işləri aparılıb. Həmçinin məhkəmə özü qətnaməsində qeyd edib ki, əsaslı ehtimal var ki, ev onlar tərəfindən pul müqabilində alınıb və əlavə xərclər çəkilib. Şifahi alqı-satqı ilə bağlı müəyyən sənədləri məhkəməyə təqdim etmişlər (borc müqaviləsi və iddiaçının imzası ilə təsdiq olunmuş pul əskinzlarının siyahısı). Məhkəmə iclasında Qaçqınlar və Məcburi Köçkünlər ilə Iş Komitəsinin nümayəndəsi evin iddiaçı tərəfindən satmaq faktını toxunmamağı maraq doğurur, çünki uzun illər sonra evin məhz iddiaçıya verilməsini izahatında qeyd etmişdir. Belə olan halda mülkiyyətçi dövlət olmuş mənzilə niyə vaxt zamanlarında baxış keçirməmişlər niyə nəzarət etməmişlər evin təyinatı üzrə istifadə olunmasına və ya orda tikinti işlərinin aparılmasına nəzarət etməmişdir. Həmin mənzilə o əsaslı tikinti və təmir işləri aparmışdır. Bununla da ora külli miqadarda pul xərcləmişdir. Bunu usta şahid də məhkəmədə öz izahatı ilə təsdiqləmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər- Fikrət Mehtiyev (məruzəçi və sədrlik edən), Günay Cavadova və Tural Məmmədov) ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdeh cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qismən - qarşılıqlı iddia tələbinin təmin edilməməsi - hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamənin çıxarılması, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Ilk iddia üzrə iddiaçı İddiaçı Tanırverdi oğlundan 9000 (doqquz min) manatın alınaraq, ilk iddia üzrə cavabdeh cavabdeh1 verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinə görə ödənilmiş 225 (iki yüz iyirmi beş) manatdan 110 (yüz on) manatı ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Tanırverdi oğlundan tutulub, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 ödənilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 115 (yüz on beş) manat dövlət rüsumu cavabdeh1 aid edilməsi, iş üzrə keçirilmiş qiymətləndirmənin haqqı 500 (beş yüz) manatın - iddiaçı İddiaçı Tanırverdi oğlu və cavabdeh cavabdeh1 (hər birindən 250 manat) tutularaq “xxxx” MMC-nin VÖEN 2001378791, “xxxx” ASC Abşeron filialı, VÖEN 9900001881, M/h: AZ03NABZ01350100000000002944, Kodu: 805539, S.W.İ.F.T. BIC: IBAZAZNX, H/h: AZ 521BAZ40090019446978334201 hesabına ödənilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi və onun üzərində yerləşən ** saylı mülkü ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 şifahi alqı-satqı yolu ilə İddiaçı almasını iddia etmişdir. Daha sonra həmin evə əlavə tikinti və təmir işləri aparmaqla xeyli miqdarda vəsait xərcləməsini bildirmişdir. Uzun müddət həmin evdə mərhum dayısı Abdullayev Idris yaşamışdır. Dayısı vəfat edəndən sonra orda hal-hazıradək yaxın qohumu Arzu yaşayır. cavabdeh1 həmin mülkü razılaşıb pul verib almışdır. Bununla əlaqədar həm borc müqaviləsi, həm də öz aralarında şifahi alqı-satqı əsasında yazılı imza atılmış pulun verilməsi ilə bağlı sənədləri vardır. Orada tikinti və təmir işləri aparmışdır. Baxılan iş üzrə həmin ev qaçqınlar üçün tikilmiş yaşayış massivində dövlət tərəfindən inşa edilmiş və iddiaçıya orderlə yaşamaq üçün verilmişdir. Həmin ev alqı-satqının predmeti ola bilməz.

18. Məhkəmə kollegiyası tərəfindən bu məqsədlə ünvan 1 ünvanında yerləşən bir mərtəbəli, sahəsi 37.1 kv.m. olan iki otaqlı yaşayış sahəsinin təmiri üçün nə qədər vəsait xərclənməsi ilə bağlı iş üzrə məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “xxxx” MMC-yə tapşırılmışdır. Ekspertin ##.##.2025-ci il tarixli, G-**/**-*** nömrəli rəyi ilə, qeyd edilən fərdi yaşayış evinin təmirinə çəkilən xərc 6211 manat müəyyən edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan işdən görünür ki, təmirlə bağlı tərəflər arasında hər hansı müqavilə mövcud olmamış, əksinə evdə aparılmış təmir işlərinə sərf olunan vəsait ilk iddia üzrə cavabdeh cavabdeh1 öz istəyi ilə xərclənmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini qismən - borc hissəsində - əsaslı hesab etmiş və qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qalan hissədə formal xarakter daşıyır və təmin edilə bilməz. Belə ki, iş materiallarında olan ##.##.2005-ci il tarixli borc müqaviləsindən görünür ki, cavabdeh1 tərəfindən İddiaçı Tanırverdi oğluna ##.##.2009-cu il tarixdək qaytarmaq şərtilə 45000000 (qırx beş milyon) manat məbləğində borc pul verilmişdir. Həmin borcun hazırki dəyərini müəyyən etmək məqsədilə kollegiya tərəfindən əldə edilmiş elektron çıxarışdan görünür ki, 45000000 (qırx beş milyon) manat köhnə Azərbaycan manatının hazırki manatla ekvalenti 9000 AZN təşkil edir.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 9000 manat məbləğində pul ilk iddia üzrə iddiaçıdan tutulub, ilk iddia üzrə cavabdehə verilməlidir.

22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, baxılan işdə ##.##.2005-ci il tarixli borc müqaviləsindən görünür ki, cavabdeh1 tərəfindən İddiaçı Tanırverdi oğluna ##.##.2009-cu il tarixdək qaytarmaq şərtilə 45.000.000 (qırx beş milyon) manat məbləğində borc pul verilmişdir. Bu işin mübahisəsiz halıdır. Eyni zamanda, Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, internet resurslarından Azərbaycan manatının konvertasiyasına görə qarşılıqlı iddia üzrə 2005-ci il tarixə pulun konvertasiyası 45000000:5000=9000 manat təşkil edir.

23. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445.2.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (##.##.2023 cü il tarixədək qüvvədə olan 37-ci fəsil) 739.1, 740.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## #### 2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

24. Iddiaçı İddiaçı (vəkil nümayəndə2) kassasiya şikayəti verərək qətnaməsinin qarşılıqlı iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi məhkəməyə təqdim olunmuş borc müqaviləsi üzrə iddia müddəti çoxdan keçib. Bu səbəbdən də məhkəmə iddia tələbini həmin hissədə təmin edə bilməzdi. Əvvala ona görə ki, birincisi iddiaçı pulu qaytarmışdır. Ikinci isə əgər pulu qaytarmamış olsaydı təbii ki, iddiaçı bu qədər uzun müddət keçirməzdi və aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət edərdi. Iddiaçı cavabdehin onun istifadəsində olan evdən çıxarılmasını tələb etdiyi üçün cavabdeh hazırkı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əgər iddiaçı onu məhkəməyə verməsəydi, o, yenə də bu pulu ondan tələb etməyəcəkdir. Çünki iddiaçı həmin pulu cavabdehə ödəmişdir. Məhkəmə isə bu halları nəzərə almamışdır.

26. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, ümumi iddia müddəti isə 10 ildir. Buna baxmayaraq cavabdeh1 iddia müddətini 16 il ötürməklə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından

30. asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

31. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

35. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

38. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

39. Maddə 560.2. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

40. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

41. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

42. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; -1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

43. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

44. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

45. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər

46. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir -1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyrimümkün idisə və verən bunu bilirdisə; -1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.

47. 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

48. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi (##.##.2023 cü il tarixədək qüvvədə olan 37-ci fəsil)

49. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

50. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Maddə 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

58. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə ilkin iddia üzrə iddiaçı İddiaçı tərəfindən qarşılıqlı iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri pozulduğuna görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmaqla qarşılıqlı təmin olunan hissədə təmin edilməməlidir.

63. Qarşılıqlı iddia tələbində iddiaçı göstərir ki, mübahisə predmeti olan torpaq sahəsi və üzərində olan evi şifahi alğı-satqı yolu ilə ilk iddiaçıdan almış, evdə əlavə təmir tikinti işləri aparmaqla xeyli miqdarda vəsait xərcləmişdir. Evi və torpağı pul verib almışdır. Rəsmləşdirmə borc müqaviləsi, həm də öz aralarında şifahi alğı-satqı əsası üzrə yazılaraq imzalanmış pulun verilməsi ilə bağlı sənədlər üzrə aparılmışdır. Mənzilin alınması üçün 23.960 manat verilmiş, təmirə isə 20.125 manat sərf olunmuşdur. Qarşılıqlı iddiaçı həmin məbləğləri tələb etmişdir.

64. Birinci instansiya məhkəməsi hər iki iddia tələbini rədd etmiş, ilk iddiaya münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış borc müqaviləsi 2005-ci ildə bağlanmışdır və bu ilkin iddia üzrə iddiaçı İddiaçı mübahiəsli evin verilməsi ilə eyni dövrə düşdüyündən, ehtimal olunur ki, ilkin iddiaçı həqiqətən də cavabdeh-qarşılıqlı iddiaçı cavabdeh1 evi satmışdır. Qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edilmişdir ki, iddiaçı həmin fərdi yaşayış evinin mülkiyyətçisi hesab edilmədiyindən, habelə gələcəkdə də mülkiyyətçisi olmayacağından qarşılıqlı iddia da təmin edilə bilməz

65. Həmin qətnamə ilə ilkin iddiaçı razılaşmış, yalnız qarşılıqlı iddiaçı apellyasiya şikayəti vermiş və şikayəti qarşılıqlı iddianın məzmununa uyğun əsaslandırmışdır.

66. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə tərəflər arasında hər hansı müqavilə mövcud olmamış, əksinə evdə aparılmış təmir işlərinə sərf olunan vəsait ilk iddia üzrə cavabdeh cavabdeh1 öz istəyi ilə xərclənmişdir. Məhkəmə daha sonra belə dəlilin iolmamasına baxmayaraq borc müqaviləsinin icra edilməməsi üzrə iddianın qismən təmin edilməli olması nəticəsinə gəlmiş, qalan dəlilləri əsassız hesab etmişdir. Nəticədə ##.##.2005-ci ildə tərəflər arasında bağlanmış borc müqaviləsinə əsaslanmaqla 45.000.000 manat məbləğin “convertasiyasına” görə 9000 manat məbləğin tutulmalı olması qət olunmuşdur.

67. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə qarşılıqlı iddiaçı razılaşmış, lakin ilk iddiaçı həmin qərarla razılaşmamış və kassasiya şikayəti vermişdir.

68. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi üzrə ilkin olaraq qeyd edir ki, qarşılıqlı iddiaçının borc müqaviləsi üzrə tələbi olmamışdır. Birinci instansiya məhkəməsi məhz tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinin icrasının borc müqaviləsi və real olaraq pulun verilməsinə dair sadə yazlı formada sənəd əsasında həyata keçirilməsi müəyyən etmişdir. Həmin hissədən apellyasiya şikayəti verilməmiş və qüvvəyə minmişdir. Qarşılıqlı iddiaçı da rəsmləşdirmənin həmin qaydada aparılmasını həm iddiasında, həm də sonrakı mərhələlərdə təkrarlamışdır.

69. Bu əsasla alğı-satqı müqaviləsi əhəmiyyətsiz (borc müqaviləsi və pul alınmasına dair sənəd daşınmaz əmlakın mülkiyyətinə keçməsi üçün kifayət deyil) olmuş olsa da onun əsasında pulun verilməsi, torpaq və evin cavabdehin sahibliyinə keçməsi və cavabdehin sahibliyinin vicdanlı olması müəyyən olunmuşdur.

70. Qarşılıqlı iddiaçı mülkiyyətçi olmasa da, faktiki sahibdir, lakin ilk iddiaçı formal olaraq hüquqi sahib olaraq qalmaqdadır. Çünki tərəflər borc müqaviləsi adlanan sənəd rəsmləşdirsələr də faktiki münasibət ev və torpaq sahəsinin verilməsi, əvəzində pulun ödənilməsi, qarşılıqlı iddiaçının sahib olması ilə bağlıdır. Bu halda sənədin adı deyil, tərəflərin real iradəsinin nəyə yönəlməsi əsas götürülməli idi.

71. Apellyasiya instansiya məhkəməsi əsassız olaraq tərəflər arasında borc münasibətlərinin olmasına dair qənaətə gələrək özü qarşılıqlı iddiaçının tələbinin əsası olmayan faktiki hallar formalaşdırmış və iddianın predmetini dəyişərək qarşılıqlı iddianın qismən təmin olunması nəticəsinə gəlmiş, maddi hüquqi əsas kimi məhz Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 442, 445.2.2, 739.1, 740.1-ci maddələrinə istinad etmişdir.

72. Göstərildiyi kimi məhkəmə tərəfin iradəsindən kənar olaraq işin faktiki hallarını formalaşdıra bilməz, yalnız irəli sürülmüş tələblər və iddia predmeti həddində işə baxmalıdır. Lakin məhkəmə kollegiyası tərəflərin real iradəsinin alqı-satqıya yönəlməsini nəzərə almadan borc müqaviləsi üzrə qarşı tərəfin icra edilməyən öhdəliyinin olması nəticəsinə gəlmişdir. Bununla iddia tələbindən kənara çıxmaqla Mülki Prossesual Məcəllənin 218.3-cü maddəsinin tələbi pozulmuşdur.

73. Belə ki, həmin maddənin məzmununda aydın olaraq ifadə edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

74. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının tələbi evi alınmasına görə verilmiş məbləğin və evə çəkilmiş xərcin ödənilməsi ilə bağlı olmuşdur. Tərəflər arasında etibarsız müqavilə bağlanmış olsa da tərəfin tələbi məhz həmin məbləğlərin ödənilməsi ilə bağlıdır. Göstərildiyi kimi ilkin iddia ona görə rədd olunmuşdur ki, tərəflər arasında alqı-satqı müqaviləsi baş tutub, məhz həmin münasibətə uyğun olaraq qarşılıqlı iddiaçı evi və torpağı əldə edib və buna görə o mənzildən çıxarılmamalıdır.

75. Digər tərəfdən apellyasiya məhkəməsində ev və torpaq sahəsinin qarşılıqlı iddiaçı olan cavabdehin sahibliyindən çıxması da müəyyən edilməmişdir.

76. Belə olan təqdirdə artıq qarşılıqlı iddiaçıda saxlanmış olan ev və torpaq sahəsinə ödənilmiş olan pulun borc müqaviləsi üzrə tutulması əsaslı hesab edilə bilməz. Çünki tərəflər arasında bağlanmış sənəd formal olaraq borc müqaviləsi adlandırılsa da, işin faktiki hallarından pulun daşınmaz əmlakın verilməsi müqabilində ödənildiyi müəyyən olunur. Qarşılıqlı iddiaçının faktiki sahibliyi davam etdiyindən verilmiş məbləğin ayrıca borc kimi geri tələb edilməsi üçün öhdəliyin icra edilməsi, əsassız varlanma, restitusiya ilə bağlı hüquqi əsas yaranmamışdır.

77. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

78. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, MPM-in 417.1.4-cü maddəsinə əsasən məhkəmənin qətnaməsi ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

79. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Kassasiya şikayəti təmin olunsun. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin olunması hissəsində ləğv olunsun, yeni qərar qəbul olunaraq həmin hissədə qarşılıqlı iddia təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar