Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-289/2023 21.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs Şəmkir Rayonu Abbaslı Bələdiyyəsinə qarşı “ümumi istifadədə olan yolun açılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxs Şəmkir Rayonu Abbaslı Bələdiyyəsinə qarşı “ümumi istifadədə olan yolun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu Abbaslı kəndində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətində olan 0.2750 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətində olan 0.8069 ha torpaq sahəsinə gedən ümumi istifadədə olan kənd yolunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbtindən azad edilməsinə və həmin yolda Cavabdeh1 tərəfindən çəkilmiş çəpərin onun vəsaiti hesabına sökülməsinə və Cavabdeh2 tərəfindən əkilmiş ağacların onun vəsaiti hesabına çıxarılmasına və ödədiyi 100 (bir yüz) manat manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Şəmkir rayonu Yuxarı Seyfəli kəndində yaşayır. Buna baxmayaraq, Şəmkir rayonu Abbaslı kəndində yerləşən 0.2750 ha və 0.8069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini satın almışdır. 0.2750 ha torpaq sahəsi üzərində hüquqları xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında qeydiyyata alınmışdır. 0.8069 ha torpaq sahəsi üzərində hüquqları xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında qeydiyyata alınmışdır. O həmin torpaq sahələrini başqa şəxslərdən satın almışdır. Satın aldığı vaxtdan da daim istifadə edərək, ona məxsus torpaq sahələrində meyvə bağı salmışdır. Lakin, o hazırda mülkiyyətində olan torpaq sahələrinə gedən ümumi istifadədə olan kənd yolundan istifadə edə bilmir. Belə ki, həmin yol qonşuları tərəfindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Onun mülkiyyətində olan torpaq sahələrinə gedən ümumi istifadədə olan yolun eni 14 metrdir. Onun torpaq sahələri isə ayrı-ayrı olmaqla yolun sağ və sol tərəfində yerləşir. Torpaq sahələrinə gedən yolun hər iki tərəfi bağlanmışdır. Belə ki, Cavabdeh1 onun mülkiyyətində olan torpaq sahəsinin aşağı hissəsi başqa şəxs tərəfindən zəbt edildiyindən o da onun əvəzində ümumi istifadədə olan yolu zəbt edərək, çəpər çəkmişdir. Cavabdeh2 isə yolun digər giriş hissəsində ümumi istifadədə olan yola ağac əkməklə yolu zəbt etmişdir. O dəfələrlə cavabdehlərə ümumi istifadədə olan yolu açmaları üçün müraciət etmiş olsa da, onlar hər dələ müxtəlif bəhanələr gətirərək, yolu açmaqdan imtina etmişlər. O Şəmkir rayonu Abbaslı Bələdiyyəsinə müraciət etmiş olsa da, Bələdiyyə tərəfindən ona müdaxilə edə bilməyəcəklərini bildirmişlər. O cavabdehlərin qanunsuz hərəkətlərinə son qoymaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, ekspertiza rəyi ilə tam razıdır. Onun hər iki torpaq sahəsinin ortasından kənd yolu keçir və həmin yol cavabdehlər tərəfindən baş və ayaq hissədə kəpər çəkilərək zəbt edilmiş və ağaclar əkilmişdir. Cavabdehlərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlərdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və xx.xx.2022-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu Abbaslı kəndində yerləşən 0.2750 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və xx.xx.2017-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu Abbaslı kəndində yerləşən 0.8069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İşdə olan Şəmkir rayonu Yuxarı Seyfəli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və xx.xx.2021-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu Abbaslı kəndində yerləşən 0.2750 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. İşdə olan ƏMDX yanında DƏDK və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən və məhkəmə tikinti texniki ekspertizasının 15 sentyabr 2023-cü il tarixli, 10/5102 saylı rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı mülkiyyətində olan, Şəmkir rayonu Abbaslı kəndində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətdə olan 0,2750 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətdə olan 0,8069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən ümumi istifadədə olan kənd yolu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. Həmçinin həmin ərazidə ümumi istifadədə olan yolun 597,75 kv.m hissəsi Cavabdeh1 tərəfindən və 696,36 kv.m hissəsi isə Cavabdeh2 tərəfindən istifadə olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, Şəmkir rayonu Abbaslı kəndində yerləşən 0.8069 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.2750 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətində və qanuni sahibliyində olmaqla dövlət qeydiyyatındaa alınmışdır. Həmin torpaq sahəsinə gedən ümumi istifadədə olan kənd yolunun 597,75 kv.m hissəsi Cavabdeh1 tərəfindən və 696,36 kv.m hissəsi isə Cavabdeh2 tərəfindən zəbt edilərək çəpər çəkilmiş və ağaclar basdırılmışdır. Bununla da İddiaçı mülkiyyətində olan torpaq sahələrindən istifadə etməsinə maneələr yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Belə ki, Azərbаycаn Respublikаsı Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi də qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8.-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ ilə yanaşı göstərilənlər də əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin mülkiyyətçiləri qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Eyni zamanda Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 20-ci maddəsinin 1-ci bəndinə əsasən yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Həmin Məcəllənin 47-ci mаddəsinin 2-ci və 3-cü hissələrinə görə bələdiyyə mülkiyyətinin torpaqları ümumi istifadədə olan torpaqlar, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara bir qayda olaraq şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altında olan torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrufatı obyektlərinin hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 111-ci mаddəsinin 1-ci və 2-ci hissələrinə əsаsən Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyəti üzrə geri qаytаrılmаlıdır. Torpаqlаrın əvvəlki vəziyyətinə gətirilməsi (orаdа olаn binаlаrın, tikililər və qurğulаrın sökülməsi də dаxil olmаqlа) torpаqlаrı zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və yа onlаrın hesаbınа həyаtа keçirilir. Göstərilənlərə əsasən məhkəmə mütəxəssis və ekspertizanın verdiyi rəyləri sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, rəylərdən göründüyü kimi cavabdehlər tərəfindən zəbt edilər çəkilmiş çəpər və əkilmiş ağaclar ümumi istifadədə olan yolda yerləşməklə, iddiaçının mülkiyyətinə verilmiş daşınmaz əmlakdan istifadəyə maneçilik törətməklə ümumi istifadədə olan yolun ərazisində quraşdırılmışdır, həmin torpaq sahəsində cavabdehlər tərəfindən çəkilmiş çəpər və əkilmiş ağaclar iddiaçının hüquqlarını pozur, cavabdehlər iddiaçının qanuni mülkiyyətində və sahibliyində olan daşınmaz əmlaka hüquqlarının həyata keçirilməsinə heç bir qanuni əsas olmadan maneəçilik törədir. Məhkəmə iş matriallarına əlavə edilmiş sənədləri, iş üzrə rəyləri tədqiq edərək, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı Şəmkir rayonu Abbaslı kəndində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətində olan 0.2750 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətində olan 0.8069 ha torpaq sahəsinə gedən mütəxəssis rəyində və yerquruluşu planında qeyd edilən ümumi istifadədə olan kənd yolunun 597.75 kv.m hissəsindən Cavabdeh1; 696.36 kv.m hissəsindən isə Cavabdeh2 çıxarılmalı, həmin zəbt etdilmiş torpaq sahəsinə onlar tərəfindən çəkilmiş çəpər və əkilmiş ağaclar cavabdehlərin vəsaiti hesabına götürülməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla yanaşı iddia təmin edildiyindən məhkəmə hesab edir ki, məhkəmə xərci qismində iş üzrə aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Şəmkir rayonu Abbaslı kəndində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətində olan 0.2750 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında mülkiyyətində olan 0.8069 ha torpaq sahəsinə gedən mütəxəssis rəyində və yerquruluşu planında qeyd edilən ümumi istifadədə olan kənd yolunun 597.75 kv.m hissəsindən Cavabdeh1; 696.36 kv.m hissəsindən isə Cavabdeh2 çıxarılsınlar, həmin zəbt etdilmiş torpaq sahəsinə onlar tərəfindən çəkilmiş çəpər və əkilmiş ağaclar cavabdehlərin vəsaiti hesabına götürülsün. Məhkəmə xərci qismində iş üzrə aparılmış tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-289/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-289/2023
21.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver