Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2945/2024 17.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyana görə 466 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir şəhərində yerləşən “Günəş” Ticarət Mərkəzinin qarşısında lotoreya satışı ilə məşğul olur. 2024–cü ilin yanvar ayında cavabdeh onun lotoreya satdığı köşkdən 466 manat dəyərində lotoreyaları oğurlayıb qaçmışdır. Bundan sonra cavabdeh törətdiyi əmələ görə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli qərarı ilə 01 ay müddətinə inzibati qaydada həbs edilmişdir. Buna baxmayaraq, cavabdeh ona dəymiş ziyanı ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, Cavabdeh vurulmuş maddi ziyana görə 466 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Günəş” Ticarət Mərkəzinin qarşısında lotoreya satışı ilə məşğul olmaqla, qazanc əldə edir. 27 yanvar 2024–cü il tarixdə də lotoreya satışı ilə məşğul olarkən Cavabdeh masanın üzərindən ona məxsus 466 manat dəyərində lotoreyaları oğurlayıb qaçmışdır. Bundan sonra DİN–in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Araşdırma zamanı cavabdeh lotoreyaların oğurlanmasında təqsirli bilinmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli qərarı ilə Cavabdeh təqsirli olması sübut olunmuş və o, 01 ay müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq, o, müxtəlif bəhanlərlə pulu qaytarmaqdan imtina etmiş, bununla da ona maddi ziyan vurmuşdur. Cavabdeh ona vurduğu maddi ziyanı könüllü şəkildə ödəmədiyi üçün məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh vurulmuş maddi ziyana görə 466 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM–in 147–ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İş materialları ilə müəyyən edilir ki, cavabdehin məlum olan axırıncı yaşayış yeri ünvan 1 ünvanı olmuş, məhkəmə bildirişləri cavabdehə çatdırılması üçün Şəmkir şəhər İƏD üzrə nümayəndəliyə xəbərnaməli poçt vasitəsilə göndərilmiş, nümayəndəliyin əməkdaşı xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə xəbərnamələrə imza etməklə bildirişləri qəbul etmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM–in 147–ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli, 3(076)–165/2024 saylı qərarından görünür ki, Cavabdeh 27 yanvar 2024–cü il tarixdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində, “Günəş” Ticarət Mərkəzinin qarşısında İddiaçı məxsus masanın üzərindən cəmi dəyəri 466 manat olan lotoreyaları talamış, bununla o, Azərbaycan Respublikası İXM–nin 227–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilmişdir. Beləliklə, məhkəmə iddiaçının izahatının və iş materiallarının tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, Cavabdeh 27 yanvar 2024–cü il tarixdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində, “Günəş” Ticarət Mərkəzinin qarşısında İddiaçı məxsus masanın üzərindən cəmi dəyəri 466 manat olan lotoreyaları talamaqla sonuncuya maddi ziyan vurmuşdur. Cavabdeh həmin əməlinə görə inzibati məsuliyyətə cəlb olunmuş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024–cü il tarixli, 3(076)–165/2024 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM–nin 227–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır. Ona görə də hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, məhkəmə işin yuxarıda araşdırılmış hallarına əsasən qeyd edir ki, iddiaçıya məxsus cəmi dəyəri 466 manat olan lotoreyalar cavabdeh tərəfindən oğurlanmışdır. Cavabdehin təqsiri üzündən baş vermiş həmin hal nəticəsində iddiaçıya dəymiş maddi zərərin məbləği 466 manat olmuşdur. Azərbaycan Respublikası MPM–in 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə 466 manat maddi ziyan alınıb iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 466 (dörd yüz altmış altı) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(076)-2945/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2945/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver