Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-295/2023 15.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X7 iştirakı ilə, İddiaçı Cavabdeh, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətlərində olan Şəmkir şəhəri M.ünvan 1 ünvanda yerləşən miras evin və həyətyanı torpaq sahəsinin ölçülməsinə cavabdeh tərəfindən göstərilən maneənin aradan qaldırılaraq yeni ölçmə işlərinin aparılmasının təmin edilməsi, hazırkı iddianın qaldırılması və məhkəmədə təmsil olunması üçün vəkil xidmətinə görə ödəmiş olduğu 550 (beş yüz əlli) manat məbləğində xidmət haqqının və 101 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, mərhum əri X12 qardaşı, mərhum X5 arvadıdır. Şəmkir rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(076)-955\2009 saylı qətnaməsi əsasında mərhumlar X2-qaynatası, X6-qaynanası, miras qalmış, Şəmkir şəhəri M.ünvan 2 ünvanda yerləşən miras evin 1\2 hissəsinin X14, 1\2 hissəsinin X5 mülkiyyətinə verilməsi, ümumi mülkiyyətdə olan həmin ünvanda yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin X3 payına düşən 1\10 hissəsinə və X8 payına düşən 1\10 hissəsinə X14 və X5 vərəsə tanınmaları, həmin torpaq sahəsinin 2\10 hissəsinə X14, 2\10 hissəsinə X5 mülkiyyət hüquqlarının tanınması, İddiaçı, Cavabdeh, X4, X10, X15, X11 hər birinin ümumi mülkiyətdə olan 0,25 ha həyətyanı torpaq sahəsinin 1\10 hissəsinə mülkiyyət hüquqlarının tanınması və həmin mülkə və həyətyanı torpaq sahəsinə görə onların mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsinin AR ƏMDKY DƏDRX-nən 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Məhkəmənin məlum qətnaməsi qanuni qüvvəsini alaraq icra olunmuş və qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli HDQH DƏDR-dən çıxarış verilmişdir ki, həmin çıxarışda mərhum əri Amil Mansırovun payı da vərəsəlik qaydasında onun payına əlavə edilməklə həmin miras evin 3\24 hissəsinə və həyətyanı torpaq sahəsinin 18\120 hissəsinə onun, evin 3\24 hissəsinə və həyətyanı torpaq sahəsinin 18\120 hissəsinə qızı Hamaya Amil qızının, evin 3\24 hissəsinə və həyətyanı torpaq sahəsinin 18\120 hissəsinə oğlu Murad Amil oğlunun, evin 3\24 hissəsinə və həyətyanı torpaq sahəsinin 18\120 hissəsinə qızı Kəmalə Amil qızının, evin 4\24 hissəsinə və həyətyanı torpaq sahəsinin 20\120 hissəsinə Cavabdeh, evin 4\24 hissəsinə və həyətyanı torpaq sahəsinin 8\120 hissəsinə X9, evin 4\24 hissəsinə və həyətyanı torpaq sahəsinin 8\120 hissəsinə X1, həyətyanı torpaq sahəsinin 12\120 hissəsinə X9 mülkiyyət payları qeydə alınmışdır. Sənəd üzrə hər iki ailənin üzvülərinin mülkiyyətinə verilmiş paylarına münasib ev və həyətyanı torpaq sahəsi də ərlərinin sağlığında faktiki olaraq natura halında bölünmüşdür. Ancaq, ərinin vəfatı ilə əlaqədar bir müddət Bakı şəhərində yaşamaqlarından sui-istifadə edən cavabdeh evin sənəd üzrə və faktiki olaraq paylarına düşən hissənin mənzilə girişin qarşısında özbaşına tikinti işləri aparmaqla ailə üzvülərinin paylarına düşən evin hissəsindən faktiki istifadələrini məhdudlaşdırmışdır. Buna görə tərəfindən 3-cü şəxsə müraciət edərək paylarına düşən evin hissəsinə dair texnik pasportun tərtib edilməsini xahiş etdi ki, sonunda cavabdehə qarşı paylarının naturada bölünməsini tələb edə bilsin. Ancaq, cavabdeh tərəfindən 3-cü şəxsin əməkdaşlarına ölçmə işlərinin aparılmasına maneəçilik edilməklə mübahisə yaradıldığına görə ölçmə işlərinin aparılması mümkün olmamışdır. Bu səbəbdən 3-cü şəxsin ona ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdə «ölçü işlərinin aparılması zamanı fərdi yaşayış evində mühasəli halın aşkar edilməsi, qeyd olunan fərdi yaşayış evi ilə bağlı yaranmış har hansı əmlaka dair mübahisənin həll olunmasının 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti xaricində olmasına görə həmin mübahisənin həlli üçün aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyləri tövsiyyə edilmişdir». Qeyd olunanlara əsasən paylı mülkiyyətdə olan fərdi yaşayış evinin və torpaq sahəsinin paylarına düşən hissəsindəki ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldınması üçün məhkəmədə məlum iddianı qaldırmalı olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X16 iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, hesab edirlər ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları evlə bağlı mübahisə olduğunu bildirmiş və iddiaçının evində ölçü işlərinin aparılmasından imtina etmişdir. Onlar hesab edirlər ki, Cavabdeh mübahisə yaradır və ölçü işlərinin aparılmasına imkan vermir. Əlavə olaraq bildirdi ki, iddia tələbinin əsaslılığı ilə bağlı məhkəməyə təqdim edəcəkləri əlavə sübutları yoxdur, iddia ərizəsinə əlavə etdikləri mövcud sübutlar əsasında baxılmasını və yekun məhkəmə aktının qəbul edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər (Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri). Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Eyni zamanda, Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsində müəyyən edilmişdir ki, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Mülki Məcəllənin 6-cı maddəsi mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların məhkəmə müdafiəsi və s. prinsiplərini təsbit etmişdir. Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, mülki işə məhkəmədə baxılarkən iddiaçının paylı mülkiyyətində olan Şəmkir şəhəri M.ünvan 1 evinə Cavabdeh tərəfindən maneənin yaradılması, maneənin nədən ibarət olması, qərəzli hərəkətlərin nədə ifadə olunması və hansı sübutlarla təsdiq olunması müəyyən edilmir. İddiaçı tərəfindən məhkəməyə iddia tələbini təsdiq edən heç bir mötəbər sübutu təqdim edilməmişdir. Həmçinin qeyd edilməlidir, iddiaçı tərəf tələbin əsas sübutu kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin 17 may 2022-ci il tarixli, **********52 saylı Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişinə isnad etmişdir. Lakin həmin bildirişin özündə iddiaçının mülkiyyətində olan evlə bağlı Cavabdeh tərəfindən hər hansı bir maneənin yaradılması və qərəzli hərəkətlər etməsi qeyd edilməmiş, ümumi olaraq evlə bağlı mübahisə olması göstərilmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin, məhkəmə baxışı zamanı iddiaçı cavabdehin qərəzli hərəkətləri ilə maneə yaratmasına dair tələbini sübut etmə öhdəliyini yerinə yetirə bilməmiş və hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessuаl Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bаğlı məsələni müzаkirə edərək, məhkəmə hesаb edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 101 manat dövlət rüsumu və vəkil xidmətinə görə ödədiyi 550 manat iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edənRəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-295/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-295/2023
15.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver