Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2960/2024 25.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehn qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən ona verməli olduğu 480 (dörd yüz səksən) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə bu ilin taxıl sezonunda tanış olmuşdur. Belə ki, öz aralarında şifahi qaydada bağlanan müqaviləyə əsasən iddiaçı onun torpaq sahəsində əkilib yetişdirilmiş arpanı özünə məxsus olan Kamaz markalı, AZ **-CJ-*** dövlət nömrə nişanlı avtomaşınla dediyi ünvana daşımağı öhdəsinə götürmüşdür, o isə əvəzində ona 680 (altı yüz səksən) manat pul ödəyəcəyini öhdəsinə götürmüşdür. Sonra iddiaçı onun arpa məhsulunu razılaşdığı qaydaya əməl etməklə özünün evinə və fermasına, eləcə də qardaşlarının evlərinə daşımışdır. Ona görə də, məhsulunu daşımağına görə cavabdeh ona verməli olduğu 680 manatdan 200 manatını vermiş və verəcəyi pulun qalan hissəsini, yəni 480 manatını qısa müddətə verməyinə söz verdi, lakin verməmişdir. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq müxtəlif bəhanələrlə ona verəcəyi pulu verməkdən imtina edərək üzərinə götürdüyü öhdəliyə əməl etmir. Ona görə də cavabdehə qarşı məlum iddianı qaldırmalı olmuşdur. Qeyd edilənlərə əsasən cavabdehdən ona verməli olduğu 480 (dörd yüz səksən) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildimişdir ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirir ki, iddiaçını taxıl biçən Elsevər vasitəsilə tanımışdır. İddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən onun biçilən taxılını daşımağına görə iddiaçıya 200 manat borcu yaranmışdı. O da iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi həmin pulu ona ödəmişdir. İddiaçı 10 dəfə, hər dəfəsində onun 1.5 ton taxılını daşımışdır. Taxılı hər dəfə aparmağa görə 20 manat pula razılaşmışdır. O iddiaçıya 10 dəfə taxıl məhsulumu daşıdığına görə yaranmış 200 manat pulu ödəmişdir. Ona heç bir borcu qalmamışdır. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə məxsus olan taxılların daşınmasına razılaşmışlar, lakin iddiaçı daşıdığı taxılara görə cavabdehin 680 manatdan 200 manat məbləğini ödədiyini, 480 manat borcu olduğunu, cavabdeh isə 10 daşıma aparılması üçün 20 manatdan ümumilikdə 200 manat ödədiyini üçün öhdəliyini icra etməsini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Göründüyü kimi, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi öhdəsinə götürən tərəfdir. Podrat müqaviləsi üzrə podratçının əsas vəzifəsi müqavilədə nəzərdə tutulan işi icra etmək və yerinə yetirməkdən ibarətdir. Hazırki iş üzrə tərəflər arasında görülən işin əvəzində hər hansı haqq ödənilməsi barədə razılaşma olmuşdur. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əsasən tərəflər arasında adi muzdun şərtləşdiyi müəyyən olunur ki, adi muzdun həmin dövr üçün dəyəri barədə tərəflər hər hansı sübut məhkəməyə təqdim etməmişlər. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından görülmüş işin dəyərinin 680 manat məbləğində olması halını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə baxışında müəyyən edildi ki, iddiaçı cavabdehə məxsus taxılların daşınması öz təsdiqini tapsa da, görülmüş işlərin dəyərinin 680 manat məbləğində olmasını sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2960/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2960/2024
25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver