Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-300/2023 07.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı Elburus qızının iştirakı ilə, İddiaçı Elburus qızının Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Elburus qızı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş 3000 (üç min) manat məbləğində pulun və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən o ona 3000 (üç min) manat pul vermişdir. Cavabdeh isə bunun müqabilində ona təsərrüfatda işlətmək üçün işlənmiş motor yağı verməyi öhdəsinə götürmüşdür. Lakin hazırki vaxtadək cavabdeh öhdəliyə əməl etməmişdir. O cavabdehdən öhdələyini icra etmədiyi üçün öna verdiyi pulun geri ödənilməsini tələb etsə də Cavabdeh könüllü olaraq onun pulunu verməkdən imtina edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Elburus qızı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o pulu Cavabdeh adına olan kart hesabına 3000 manatı şəxsən yükləmişdir, o həmin pulu anası İddiaçı almışdır. 3000 manatın müqabilində Cavabdeh İddiaçı Elburus qızına istilikxanada yandırmaq üçün istifadə olunmuş motor yağı verməli idi. O əvvəllərdə cavabdehin qardaşı oğluna pul vermişdir, lakin problem olmuşdur. Elçin ona pulu göndərməsini və narahat olmamasını o özü cavabdeh olduğunu bildirmişdir. O pulu göndərdikdən sonra, Cavabdeh ona yağı yola saldığını, yolda olduğunu bildirmişdir. Lakin keçən bu müddət ərzində yağı onlara təhvil verilməmiş və ya verdikləri pul geri qaytarılmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, məhkəmə xəbərdar edilmiş hesab edilərək, cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinin tələblərinə əsasən iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzin surətindən görünür ki, Cavabdeh **********926630 saylı kartına 3000 manat pul yüklənmişdir. İşdə olan Şəmkir RİHB Qədimqala İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olmaqla yaşayır. Beləliklə, məhkəmə baxışında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən, iddiaçı cavabdehdə 3000 (üç min) manat pul vermiş və bu pulun müqabilində cavabdeh iddiaçıya təsərrüfatda işlətmək üçün işlənmiş motor yağı verməyi öhdəsinə götürmüşdür. Lakin hazırki vaxtadək cavabdeh öhdəliyə əməl etməmişdir. İddiaçı cavabdehdən öhdələyini icra etmədiyi üçün öna verdiyi pulun geri ödənilməsini tələb etsə də, Cavabdeh könüllü olaraq iddiaçıdan aldığı pulu geri qaytarmaqdan imtina edir. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər arasında işlənmiş motor yağın alqısatqısına dair şifahi razılığa gəlinmiş, cavabdeh iddiaçı ilə olan şifahi razılaşmanın şərtlərinə əməl etməyək motor yağını verməmiş, lakin iddiaçıdan aldığı 3000 manat pulu qaytarmamışdır. Bununla da cavabdeh iddiaçıdan hər hansı qanuni və ya müqavilə əsası olmadan 3000 (üç min) manat məbləğində pul alaraq onun hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Elburus qızının Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 3000 (üç min) manat və ödənilmiş 50 manat dövlət rüsumu alınaraq İddiaçı Elburus qızına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357-360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) manat pul və məhkəmə xərci olaraq 50 (əlli) manat dövlət rüsumu alınaraq, İddiaçı Elburus qızına ödənilsin. Cаvаbdeh qiyabi qətnаmənin оna rəsmi qаydаdа verilməsindən sоnrа 10 (on) gün müddətində həmin qətnаmənin ləğvi üçün Şəmkir Rayon Məhkəməsinə ərizə verə bilərlər. Qiyаbi qətnаmədən bu qətnаmənin ləğvi üçün ərizə verilməsi və оnа bаxılmаsı müddəti bitdikdən sоnrа, qətnamənin verildiyi vaxtdan 1(bir) аy müddətində Şəmkir Rayon Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən. Rəşad Mustafayev Əsli ilə düzdür: Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-300/2023
Şəmkir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(076)-300/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver