Məhkəmə qərarları › İş №2(076)-3047/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3047/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3047/2025 27.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi, Məmmədova Alsu Dəyanət qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı “Pul tələbin”ə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı, Cavabdeh qarşı “Pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat miqdarında pulun və iddia ərizəsinə görə ödədiyi 70 manat dövlət rüsumunun alınaraq ona veilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, övladları ilə birlikdə Şəmkir rayonu Qaracəmirli kəndində qeydiyyatda olmaqla orada yaşayır. Cavabdeh əri X4 dostudur. Onun X16 2 ildən çoxdur ki, həbsdədir. Belə ki, o, narkotik vasitələrin dövriyyəsində təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, hazırda azyaşlı övladları ilə tək yaşayır. Əri həbs olunduqdan sonra övladları azyşalı olduğundan heç yerdə işləyə bilmir, yalnız həyətdə olan bağdan meyvə satmaqla övladlarını dolandırır. X15 və şəriki olan İlqar adlı şəxsə məxsus meyvə bağı var idi. X16 həbs olunduqdan sonra şəriki İlqar bağı satmaq fikrinə düşdü. Onlara da pul lazım olduğundan onlar bağın satılmağına razılıq vermişlər. 2024-cü ilin yay aylarında X15 və şəriki olan İlqar adlı şəxsə məxsus bağı satmışlar. Həmin bağın ərinin payına düşən dəyəri 5000 manat olub. O, bağın pulu ilə lazım olduqda övladlarının xərcini ödəmək, onların ehtiyaclarını qarşılamaq istəyirmiş. Lakin, cavabdeh bağı satdıqlarını bilən kimi, ondan ona borc verməyi, həmin pulla alver edəcəyini və onun pulunu 1 ay müddətinə qaytaracağını bildirmişdir. Lakin, o sonradan pulu qaytarmamışdır. O, ərinə pul lazım olanda ondan pulunu tələb etdikdə borc götürüb verməyini, tezliklə onun pulunu qaytaracığını bildirmişdir. Lakin, 2025-ci ilin mart ayında ona pul lazım olduqda o pulunu verməmişdir, borc götürməyini tezliklə qaytaracağını bildirmişdir. O da məcbur olub borc alaraq X16un xərclərini ödəmişdir. Cavabdeh hazırki günə kimi onun borcunu qaytarmamışdır. Hər dəfə pulunu tələb etdikdə müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan imtina etmişdir. Ona görə də iddi ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, satılan torpaq sahəsi ərinin dosdunun arvadı Tahirə adlı qadının adına rəsmiləşmişdir, lakin faktiki olaraq onun əri və ərinin dosdunun şərikli əmlakıdır, odur ki iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı şahid X6 izahatında bildirdi ki, İddiaçı qardaşıdır, Cavabdeh ilə aralarında normal münasibət var, düşmənçilikləri yoxdur, bir-biri ilə aralarında alver münsibətləri qurublar, Aytacın əri Vüqar həbsxanadadır o Aytaca zəng vurub 5000 manat pulun Elməddinə veriləcəyini demişdir, daha sonra Aytac da razı olduqdan sonra Vüqarın evində Aytacın və bibisi oğlu Abuzərin iştirakı ilə 5000 manat pul Elməddinə verilmişdir, pulu sayıb veriblər, Elməddin həmin pulu 1 ay ərzində qaytaracağını demişdir. Məhkəmə iclası zamanı şahid X9, şahid X2 izahatı ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında bildirdi ki, Qoşqar onun dayısı oğludur, Cavabdeh də tanıyır, aralarında düşmənçilik yoxdur, Qoşqar onu dəvət etmişdir ki, Elməddinə 5000 manat pul verildiyini görsün və fikir bildirsin, o isə bu hadisəyə şahidlik etmişdir, belə ki, İddiaçı əri Vüqar 5000 manat pulun Cavabdeh veriləcəyini demişdir, İddiaçı da buna razı olmuşdur, ona görə də həmin pul onun da iştirakı ilə Cavabdeh verilmişdir. Məhkəmə iclasında məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş 1 ədəd icərisində səs yazısı olan diskdi tədqiq edərkən müəyyən edilmişdir ki İddiaçı ilə Cavabdeh arasında telefon əlaqəsi saxlanılmış və danışıqlar zamanı Aytaç Qurbanova ondan pulu nə vaxt qaytaracağını soruşmuş Cavabdeh isə pulu hazırda maddi vaziyyəti ilə bağlı qaytara bilməyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş hökmdən çıxarışın surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X7 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş AN-İ ******* saylı, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X8, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən 1.9793 ha torpaq sahəsini alıcı X1. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən 1.9793 ha torpaq sahəsi X5 mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında şifahi qaydada olan razılığa əsasən, iddiaçı tərəfindən cavabdehə 5000 manat pul borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamış və pulun verilməsi yazılı qaydada rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi qaydada olan razılığa əsasən, iddiaçı tərəfindən cavabdehə 5000 manat pulun borc kimi verilməsi halı qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada müqavilə bağlanmadan həyata keçirildiyi üçün mövcud münasibətə müqavilə münasibətlərini tənzimləyən normaların tətbiq edilməsi mümkünsüzdür. Bununla belə iş materiallarında olan sübutlarla, həmçinin, şahid ifadələri ilə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh qanuni əsas və müqavilə əsası olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İstinad olunan məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 5000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan və iddianın qiyməti 5000 manat olduğundan,iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5000 ( beş min) manat məbləğində pul və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar