Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3055/2025 13.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eminbəyli Firuzə Ramiz qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8044,13 (səkkiz min qırx dörd manat on üç qəpik) manat məbləğində pulun alınıb və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğində pulun alınıb ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə Şəmkir rayonu Zəyəm qəsəbəsində qonşu olaraq uzun illərdir ki, yaşayırlar, əvvəllər sözünə düz və etibarlı şəxs olmuşdur. Özü isə Şəmkir rayonu Zəyəm qəsəbəsi Saləddin Məmmədov adına tam orta məktəbində fizika müəllimi və Şəmkir rayonu Sabirkənd kənd S.Rüstəmov adına tam orta məktəbində fizika müəllimi vəzifəsində çalışır. İki məktəbdən ümumilikdə 960 manat məbləğində məvacib alır. Cavabdeh uzun illər Rusiya Federasiyasında yaşamış və imkanı geniş olmuşdur. Lakin 2021-ci ilin avqust ayında ona yaxınlaşaraq 2 aylıq ona zamin olmağını xahiş etdi və normal şəxs olmasını güman edərək, ona zamin olmağı qəbul etmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-i ilə bağlanılan kerdit limiti müqaviləsi əsasında illik 22 % dərəcəsi ilə ödəmək və xx.xx.2022-ci ilədək qaytarmaq şərtilə 10.000 manat, xx.xx.2021-ci ilədək qaytarmaq şərtilə 5.000 manat kredit verilmişdir. Hər iki kredit xx.xx.2022-ci ildə restruktizasiya olunaraq kreditin qaytarılmasının son müddəti xx.xx.2022-ci il il müəyyən olununmuşdur. Lakin cavabdeh borcundan ödəniş etməmiş və Gəncə Komersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər X1, Cavabdeh və ondan müştərək qaydada 15.000 (on beş min) əsas borc, 200,74 (iki yüz manat yetmiş dörd qəpik) manat faiz borcu, 263,29 (iki yüz altmış üç manat iyirimi doqquz qəpik) manat cərimə olmaqla, cəmi 15464, 03 (on beş min dörd yüz altmış dörd manat üç qəpik) manat borc və 200 (iki yüz) manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməsi və cavabdehlərdən 136,39 (bir yüz otuz altı manat otuz doqquz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi göstərilmişdir. Lakin cavahdeh Cavabdeh ödəniş etmədi və onun əmək haqqından Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd kənd tam orta ümumitəhsil məktəbindən 6302.58 (altı min üç yüz iki manat əlli səkkiz qəpik) manat və Şəmkir rayon S.Məmmədov adma Zəyəm qəsəbə tam orta ümumitəhsil məktəbindən isə 1741,55 (bir min yeddi yüz qırx bir manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "Bank Respublika” ASC-nə ödənilmişdir. Onun himayəsində iki azyaşlı uşağı və qoca anası vardır. Ailənin dolanışığını ancaq ki, müəllimlik fəaliyyəti əsasında ödəyir, yaşayış minimumu nəzərə alınsa, yenə aldığı məvacib ailənin təminatını ödəmir. 2024-cü ilin aprel ayından hazırki vaxtadək o 8.000 manatadək borc etmiş, halbuki Cavabdeh kreditini vaxtında ödəsəydi o əlverişsiz şəraitə düşməyəcəkdi, əslində çox mənəvi iztirab və sarsıntı keçirmişdir. Cavabdeh məlumat verməyinə baxmayaraq ona olan borcunu ödəməkdən yayınır. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh uzun illər Rusiya Federasiyasında yaşamış və imkanı geniş olmuşdur. Lakin 2021-ci ilin avqust ayında ona yaxınlaşaraq 2 aylıq ona zamin olmağını xahiş etdi və normal şəxs olmasını güman edərək, ona zamin olmağı qəbul etmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-i ilə bağlanılan kerdit limiti müqaviləsi əsasında illik 22 % dərəcəsi ilə ödəmək və xx.xx.2022-ci ilədək qaytarmaq şərtilə 10.000 manat, xx.xx.2021-ci ilədək qaytarmaq şərtilə 5.000 manat kredit verilmişdir. Hər iki kredit xx.xx.2022-ci ildə restruktizasiya olunaraq kreditin qaytarılmasının son müddəti xx.xx.2022-ci il il müəyyən olununmuşdur. Lakin cavabdeh borcundan ödəniş etməmiş və Gəncə Komersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər X1, Cavabdeh və ondan müştərək qaydada 15.000 (on beş min) əsas borc, 200,74 (iki yüz manat yetmiş dörd qəpik) manat faiz borcu, 263,29 (iki yüz altmış üç manat iyirimi doqquz qəpik) manat cərimə olmaqla, cəmi 15464, 03 (on beş min dörd yüz altmış dörd manat üç qəpik) manat borc və 200 (iki yüz) manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməsi və cavabdehlərdən 136,39 (bir yüz otuz altı manat otuz doqquz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəməyə teleqram göndərərək Bakı şəhəri Milli Onkologiya Mərkəzində səhhətilə əlaqədar müalicə aldığını bildirmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM–in 185.4-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan icra vərəqələrindən görünür ki, İddiaçı tərifindən 2024-cü ilin aprel ayından 2025-ci ilin iyul ayına kimi icra sənədi üzrə cəmi 6302.58 manat ödəmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-873/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarında olan məktubdan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəmkir rayon S.Mənmmədov adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəbinin müəllimi İddiaçı əmək haqqından xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cü il tarixədək 1741.55 manat borc tutularaq "xxxx" MMC-nin təqdim olunmuş hesabına köçürülmüşdür. İş materiallarında olan məktubdan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəmkir rayon S.Mənmmədov adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəbinin müəllimi İddiaçı əmək haqqından xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cü il tarixədək 6302.58 manat borc tutularaq "xxxx" MMC-nin təqdim olunmuş hesabına köçürülmüşdür. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 873/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X1, İddiaçı və Cavabdeh müştərək qaydada 15.000 (on beş) manat əsas borc, 200.74 (iki yüz manat yetmiş dörd qəpik) manat faiz borcu, 263.29 (iki yüz altmış üç manat iyirmi doqquz qəpik) manat cərimə olmaqla, cəmi 15464.03 (on beş min dörd yüz altmış dörd manat üç qəpik) manat borc və 200 (iki yüz) manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər X1, İddiaçı və Cavabdeh müştərək qaydada 136,39 (bir yüz otuz altı manat otuz doqquz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iddiaçının izahatının və işdə olan sənədlərin müqayisəli təhlili nəticəsi ilə müəyyən etdi ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən bank cavabdehə illik 22 % dərəcəsi ilə ödəmək və xx.xx.2022-ci ilədək qaytarmaq şərtilə 10.000 manat, xx.xx.2021-ci ilədək qaytarmaq şərtilə 5.000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin icrasının təminatı kimi İddiaçı ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və o, zamin durmuşdur. Lakin borclu Cavabdeh öhdəliyinə lazımınca əməl etməmiş və banka olan borcunu tam şəkildə ödəməmiş, nəticədə cavabdehin banka borcu yaranmışdır. Cavabdeh banka olan borcunu ödəmədiyindən iddiaçı zamin kimi banka olan borca görə 8044,13 manat pul ödəmişdir. Nəticədə iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1–ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2–ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə, yəni 8044,13 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin yaranmış 8044,13 manat borcunu zamin qismində banka ödəməsi sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası əsaslı hesab edilərək təmin edilməli və Cavabdeh 8044,13 manat məbləğində pul və ödənilmiş 95 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 8044,13 (səkkiz min qırx dörd manat on üç qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 95 (doxsan beş) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-3055/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3055/2025
13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver