Məhkəmə qərarları › İş №2(076)-3069/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3069/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3069/2024 18.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2300 manat məbləğində pulun, ödənilmiş 43 manat dövlət rüsumunun və 57 manat vəkil xərcinin barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, verdiyi izahatında göstərdi ki, ailə üzvləri ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Özünə məxsus xırdabuynuzlu heyvanlar saxlayır. Tovuz rayonu Ceyrançöl qışlağında ferması vardır. Təxminən 1 il əvvəl onunla qonşu yataqda çoban işləyən Cavabdeh2 ona zəng edərək, bir nəfər tanışının olmasını, həmin adamın onun fermasında çoban işləmək istədiyini və onu yaxşı tanıdığı üçün cavabdeh olduğunu demişdir. O, Vüqara həmin şəxsi tanımadığını demişdir. Vüqar 2023-cü ilin sentyabr ayında ona zəng edərək, tanışının Şəmkir rayonunda yanında olmasını demişdir. O, Vüqar ilə danışdıqdan sonra Şəmkir rayonu Şiştəpə kəndinə gedib orada Vüqar və adını sonradan bildiyi Cavabdeh1 ilə görüşmüşdür. Həmin vaxt Vüqar ona tanışı Səttarın Tolik adlı təsərrüfat sahibinin yanında işlədiyini və oradan çıxmaq istədiyini demişdir. O,X4 yanından nə üçün çıxmasını soruşmuş, Vüqar isə Səttarın Toliklə yola getməməsini bildirmişdir. Bundan sonra o, Vüqar və Səttarla söhbət edib, ondan nə qədər pul alacağını soruşmuşdur. Söhbət əsnasında Səttar ona Tolikə 1700 manat pul borcunun olmasını demişdir. O, Səttarı tanımadığı üçün qədər pulu verə bilməyəcəyimi demişdir. Vüqar isə onu tanıdığını və ortada onun olmasını, nə vaxtsa Səttarın onu aldadarsa, pulu özü qaytaracağını bildirmişdir. O, Vüqarı şifahi də olsa, tanıdığı üçün ona inanıb razılaşmış və Şəmkir rayonunda Cavabdeh1 1700 manat pul vermişdir. 2023-cü ilin sentyabr ayında Səttar onun fermasında ona köməklik etmək üçün çoban gəlmişdir. Səttar 2023-cü ilin dekabr ayının 20-də ona yaxınlaşaraq 600 manat pul lazım olduğunu və əvəzində ona köməklik edəcəyini bildirmişdir. O isə Tovuz rayonu Çeyrançöl qış otlaq sahəsində Səttara 600 manat pul vermişdir. Səttar ondan pulu aldıqdan sonra borclu olduğu adama pulu verib qayıdacağını deyib getmişdir. Lakin həmin vaxtdan sonra Səttar geri qayıtmamışdır. O, bir neçə dəfə Səttara zəng edərək pulunu istəsə də, o, müxtəlif bəhanələr gətirərək 2300 manat pulu verməkdən boyun qaçırmışdır. Həmçinin, hesab edir ki, Cavabdeh1 onunla Cavabdeh2 tanış etmiş və Səttara çobanlıq etmək üçün əvvəlcədən pul verməsini, pulu qaytarmayacağı təqdirdə həmin pulu özü qaytaracağına söz verdiyi üçün o da Səttarla birlikdə 2300 manat pulun qaytarılmasına görə məsuliyyət daşıyır. O, 2024-cü ilin aprel ayında Cavabdeh1 və Cavabdeh2 Tovuz rayon Polis şöbəsinə şikayət etmiş, şikayəti ilə əlaqədar onların izahatı alınmış və həqiqətən ondan pul aldıqlarını etiraf etmişlər. Belə olan halda hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 onlara çobanlıq etmək məqsədilə verdiyi 2300 manat məbləğində pulla əsassız olaraq varlanmışlar. Ona görə də o həmin pulu cavabdehlərdən tələb etməkdə haqlıdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan 23 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı şikayəti əsasında Tovuz RPŞ-də aparılmış araşdırma zamanı Cavabdeh1 Qənbər oğlu İddiaçı məxsus xırdabuynuzlu heyvanları aylıq 400 manata və günlük yeməyini də verəcəyinə razılaşdıqlarını, İddiaçı 1500 manat pul alaraq Tolik adlı şəxsə olan borcunu verdiyini, təxminən 5 ay müddətində Müzəffərə məxsus Tovuz rayonu Ceyrançöl qışlaq sahəsində yerləşən fermada çobanlıq etdiyini, həmin müddət ərzində ailəsi üçün az-az olmaqla ümumilikdə 2800 manat borc pul aldığını, 5 ay çoban işlədikdən sonra xəstələndiyi üçün çıxıb getdiyini, Müzəffərdən ümumilikdə 4300 manat pul aldığını, həmin pulun 2200 manatının Müzəffərin yanında 5 ay işlədiyi üçün aylıq əmək haqqı olduğunu, qalan 2100 manat borcunu may ayının sonunda qaytaracağını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin iddiaçıya 2300 manat məbləğində borcunun olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatı və eləcə də iş materiallarının tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh1 iddiaçıya məxsus fermada çoban işləməyə dair şifahi razılığa gəlmişlər. İddiaçı Cavabdeh1 əvvəlcə 1700 manat, daha sonra 600 manat məbləğində pul verdiyini, sonradan Cavabdeh1 onun pulunu qaytarmaqdan boyun qaçırdığını, hazırda ona 2300 manat borcunun olduğunu, onları Cavabdeh2 tanış etdiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2300 manat pulun alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir və mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla (23 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar) müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 iddiaçıya məxsus fermada çoban işləməyə dair aralarında razılığa gəldikləri və bu məqsədlə İddiaçı əvvəlcədən hissə-hissə olmaqla pula ehtiyacı olduğu üçün Cavabdeh1 2300 manat pul verdiyini, hazırda Cavabdeh1 və onları tanış edən Cavabdeh2 ona-iddiaçıya 2300 manat borclarının olduğunu qeyd etsə də, məhkəmə iclasında Cavabdeh1 iddiaçıya məxsus fermada çoban işlədikdən sonra işlədiyi müddətdə ona iddia tərəfindən verilmiş puldan sonuncuya 2100 manat borcunun qaldığı təsdiqini tapmışdır. İddiaçı məhkəmə iclası zamanı cavabdehin ona 2300 manat borcunun olmasına dair mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyindən iddiaçının tələbi qalan hissədə əsaslı deyildir. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında şifahi şəkildə tapşırıq müqaviləsi bağlanmış, həmin cavabdeh iddiaçıdan aldığı pulun müqabilində iddiaçıya məxsus fermada bir neçə ay çoban işləsə də, tapşırığı tam yerinə yetirməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının Cavabdeh1 qarşı tələb hüququ yaranmışdır. Məhkəmə, həmçinin iddia tələbinin Cavabdeh2 münasibətdə əsaslı hesab etmir. Belə ki, işin müəyyən edilmiş hallarından da görünür ki, Cavabdeh2 iddiaçı ilə Cavabdeh1 tanış olmasında faktiki iştirak etsə də, onun iddiaçının cavabdehə verdiyin pulda heç bir marağı olmamış və iddiaçı tərəfindən Cavabdeh2 heç bir məbləğdə pul verilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçı qarşısında heç bir öhdəliyi yaranmamış və o, iddia tələbinə cavab verməli olan şəxs deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 İddiaçı aldığı puldan ona 2100 manat borcunun qalması məhkəmə iclasında araşdırılmış sübutlarla sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli və Cavabdeh1 2100 (iki min bir yüz) manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə, iddianın “57 manat vəkil xərcinin əvəzi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, iş materiallarına İddiaçı tərəfindən X1 hesabına 57 manat pul ödənilməsi barədə xx.xx.2024-cü il tarixli qəbz əlavə edilmiş olsa da, İddiaçı ilə X3 arasında mülki iş üzrə hüquqi yardım göstərilməsinə dair hər hansı müqavilənin bağlanması iş materialları ilə müəyyən edilməmiş, həmçinin həmin pulun iddiaçı tərəfindən məhz hazırki mülki iş üzrə hüquqi yardım göstərilməsi ilə bağlı ödənilməsi öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “57 manat vəkil xərcinin əvəzi” hissəsində təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2.100 (iki min bir yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh1 43 (qırx üç) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar