Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3090/2025 15.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 8000 manat məbləğində pulun və 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun həmkəndlisi olmuşdur. Cavabdeh 1999-cu ildən 2019-cu ilədək onun yaşadığı Şəmkir rayon, Dəllər Cəyir kənd bələdiyyəsinin 4 dəfə sədri seçilmişdir. O dəfələrlə torpaq sahəsi almaq üçün Cavabdeh müraciət etmiş, 2011-ci il tarixdə Cavabdeh ona Dəllər-Cəyir kənd ərazisində 18 sot torpaq sahəsi vermişdir. Lakin həmin torpaq sahəsi sənədləşdirilmədiyi üçün rüsum ödəməmişdir. Təxminən 3-4 il sonra həmin torpaq sahəsi pay torpağı olduğu müəyyən edildiyi üçün ona başqa yerdən torpaq verilməsi nəzərdə tutulmuşdur. Belə olan halda o Dəllər Cəyir bələdiyyəsinə müraciət edərək kənd ərazisində, uşaq bağçasının arxa hissəsində 0.08 ha və məscidlə bağçanın arasında yerləşən 0.12 hektarlıq torpaq sahələrinin adına özəlləşdirilməsi üçün ona köməklik etməsini Cavabdeh xahiş etmişdir. Bunun üçün Cavabdeh ondan 4000 manat məbləğində pul almışdır. O Cavabdeh dilindən qəbz alaraq pulu Cavabdeh vermiş, daha sonra Cavabdeh torpağın sənədi təsdiq edilmədiyi üçün 14 avqust 2019-cu il tarixdə o Cavabdeh dilindən qəbz alaraq 8000 manat məbləğində pul vermişdir. 21 avqust 2019-cu il tarixdə Cavabdeh yenə ona müraciət edərək həmin torpaq sahəsinin təyinatının müəyyənləşdirilməsi üçün komissiya gəldiyini və yenə 8000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O yenə Cavabdeh dilindən qəbz alaraq Şabana 8000 manat məbləğində pul vermişdir. Onun tərəfindən həmin torpaq sahələrinin torpaq şöbəsindən koordinatlar alınmış və rüsumlar ödənilmişdir. Lakin bir müddət sonra Cavabdeh həmin torpaq sahəsinin dövlət torpağı təyinatlı olduğu üçün onun adına sənədləşdirə bilməyəcəyini demişdir. O Cavabdeh pulunu geri istədikdə pulu geri qaytaracağını deyərək vaxtı uzatmağa başlamışdır. Belə olan halda isə 2021-ci ilin aprel ayında Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət etmişdi. O, Cavabdeh şikayət etdiyi üçün Cavabdeh ona olan borcundan 6000 manat məbləğində olan hissəsini qaytarmışdır. Bundan əlavə isə Cavabdeh 05 yanvar 2022-ci il tarixdə Şəmkir rayon Dəllər Çayır bələdiyyəsinin 17 aprel 2007-ci il tarixli iclasının 20 gündəliyində göstərdiyi kimi yerini bələdiyyə sədri X1 təqdim edərək bildirmişdir ki, həmin torpaq sahəsi verəcəyini demişdir. Lakin, Cavabdeh ona təqdim etdiyi sənədin düzgün hazırlanmadığını görüb, həmçinin hazırda təqdim etdiyi sənədin qüvvəsinin olmadığını görüb kənd bələdiyyə sədri Seymur Əliyevə təqdim etməmişdir. Sonradan Cavabdeh ona borcundan 6000 manatını ödəmiş, qalan 8000 manat pulu isə ödəyəcəyini bildirsə də sonradan müxtəlif bəhanələr gətirərək guya ona heç bir məbləğ vermədiyimi göstərərək pul verməkdən imtina etmişdir. Şəmkir rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı ilə Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd edir ki, Şəmkir rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarında Cavabdeh onu aldadaraq etibarından sui-istifadə etməklə torpaq sahəsinin sənədləşdirilməsi üçün 20000 (iyirmi min) manat pul verməyi təsdiq olunur. Cavabdeh isə həmin pulları alması barədə verdiyi qəbzlərdə xx.xx.2019-cu il tarixli qəbzdə 4000 (dörd min) manat, xx.xx.2019-cu il tarixli qəbzdə 8000 (səkkiz min) manat və xx.xx.2019-cu il tarixli qəbzdə isə 8000 (səkkiz min) manat pulu məscidin və bağçasının arasında olan torpaq sahəsinin sənədləşdirilməsi üçün aldığını etiraf etmişdir. Cavabdeh verdiyi pulların verilməsini təsdiq edən qəbzlər (xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli) Şəmkir rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı üzrə 36-C-22 nömrəli materialında saxlanılmaqdadır. Cavabdeh onu aldadaraq etibarından sui-istifadə edərək torpaq sahəsinin sənədləşdirilməsi üçün ondan ümumilikdə 20000 (iyirmi min) manat pul almışdır. Həmin puldan 12000 (on iki min) manatını bu günki, tarixə qaytarmışdır. Lakin Cavabdeh 8000 (səkkiz min) manat pulu qaytarmır. Cavabdeh könüllü qaydada ona qalan məbləği qaytarmadığı üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyi zəruri hesab edir. Qeyd edilənlərə əsasən Cavabdeh 8000 manat məbləğində pulun və 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iş prokurorluqda olan zaman cavabdeh pulun bir hissəsini qaytarmış, qalan hissəsini isə söz verdiyindən o şikayətini müvəqqəti olaraq geri götürmüşdür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini qəbul etməyərək bildirdi ki, həqiqətən də borc mövcud olmuş, lakin o, həmin borcu ödəmişdir. Belə ki, torpaq sahəsinin sənədləşdirilməsi üçün iddiaçıdan cəmi bir dəfə pul almış, həmin pula dair 2 dəfə qəbz yazılmışdır. Birinci qəbz yazıldıqdan bir neçə gün sonra qəbzin yanlış yazıldığını qeyd edərək ikinci dəfə qəbzi tərtib etmiş, o da həmin qəbzə təkrar imza etmişdir. Daha sonra torpaq sahəsinin sənədi alınmadıqda onun barəsində İddiaçı prokurorluğa şikayət etmiş, Prokurorluqda iş araşdırılan zaman İddiaçı ona borcu olmaması barədə ərizə yazaraq şikayətini geri götürmüşdür. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən imzalanmış qəbzlərdən müəyyən olunur ki, Xəlilov X2 Şaban Xıdır oğlu kənd sakini İddiaçı torpaq sahəsinin rüsumlarını və başqa xərclərini ödəmək üçün borc olaraq 8000 manat pul almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Cinayət işi Başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğuna Cavabdeh ondan torpaq sahəsini sənədləşdirmək üçün 8000 manat pul alması barədə ərizə ilə müraciət etmiş, daha sonra xx.xx.2021-ci il tarixdə Cavabdeh İddiaçı olan borcundan 6000 manat pulu İddiaçı oğlu Seymur Xəlilova ödəmiş, N. Xəlilov Cavabdeh heç bir şikayət və tələbi olmaması barədə ərizə təqdim etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2023-cü il tarixdə tərəflər arasında iddiaçıya çatacaq torpaq sahəsinin sənədləşdirilməsi üçün İddiaçı Cavabdeh pul vermiş, bunun qarşılığında cavabdeh tərəfindən qəbz imzalanmış, lakin bundan sonra torpaq sahəsinin sənədləşdirilməsini tamamlaya bilməmişdir. Pulun verilməsi yalnız cavabdehin imzası ilə təsdiq etdiyi əlyazma qəbz ilə rəsmiləşdirilmişdir. Hazırda iddiaçı torpaq sahəsi sənədləşdirilmədiyindən cavabdehə vermiş olduğu pulun ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, qəbzlə təsdiq olunur ki, 8000 manat pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 8000 manat pulun cavabdehə verilməsinə dair yazılı qəbz cavabdeh tərəfindən tərtib edilərək imzalanmışdır. Qəbz həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pulun və ya onun bir hissəsinin qaytarılmasına, torpaq sahəsinin sənədləşdirilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 8000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-3090/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3090/2025
15.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver