Məhkəmə qərarları › İş №2(076)-3096/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3096/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3096/2024 07.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 3150 (üç min bir yüz əlli) manat məbləğində pulun və 55 (əlli beş) manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o 2024-cü ilin yanvar ayında minik avtomobili almaq üçün Gəncə şəhərində yerləşən maşın bazarında satdıqda olan VAZ-21063 markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobili satıcı Cavabdeh 3150 manata razılaşıb almış və həmin vaxtda cavabdeh ona sürmək üçün etibarnamə vermişdir. O avtomobil aldıqdan 3 ay sonra Şəmkir Rayon Polis Şöbəsindən ona zəng edilərək avtomobili şöbəyə gətirilməsi bildirilmiş və avtomobili polisə aparmışdır. Şöbədə avtomobili onun iddiaçıdan alaraq duracağa qoymuşlar. Səbəb kimi ona verilmiş etibarnamə ləğv ediləsi qeyd edilmişdir. Cavabdeh avtomobili satdığa qoymuşdur. İddiaçı ona zəng etdib səbəbini soruşduqda cavab verməmiş və pulunu tələb etdikdə isə qaytarmaqdan imtina etmişdir. Ona görə də, iddiaçı Cavabdeh 3150 (üç min bir yüz əlli) manat məbləğində pulun və 55 (əlli beş) manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və cavabdehdən 3150 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirir ki, VAZ- 21063 markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobili X2 etibarnmə əsasında almış, özü adına rəsmiləşdirməmişdir. Daha sonra maddi vəziyyəti ilə əlaqədar iddiaçıya VAZ- 21063 markalı avtomobili 3150 manata cavabdehə etibarnamə əsasında satmışdır. X1 adına qalmışdır. Avtomobilin mülkiyyətçisi X6 etibarnamələri ləğv etdirmiş və onunla heç bir əlaqəsi olmamışdır. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 ifadə verərək bildirdi ki, İddiaçı atasıdır. 2024-cü ilin yanvar ayında atası İddiaçıla birlikdə Gəncə şəhərində yerləşən maşın bazarında Niyaz adlı şəxsdən 3150 manata VAZ-21063 markalı avtomobili almışdır. Aldıqdan sonra atasına avtomobil üçün etibarnamə vermişdir. Bir müddətdən sonra məlumatı olmuşdur ki, avtomobil polis tərəfindən atasından alınmışdır. Səbəb kimidə atasına verilmiş etibarnamə ləğv edilmişdir. Məhkəmə tərəflərin və şahidin izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ƏN_İX seriyalı 155222 nömrəli Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, VAZ-21063 markalı, 57BH288 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçi X6 adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi Cavabdeh tərəfindən İddiaçı idarə etmək, bağışlamaq, ipoketa qoymaq, sərəncam vermək və digər hərəkətlər səlahiyyəti üzrə etibarnamə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməliidarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə,qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqlabağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya buMəcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki,hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cürvarlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrumolanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Hazırki mülki iş üzrə İddiaçı Cavabdeh 3150 manat məbləğində pulu VAZ-21063 markalı avtomobilin əvəzində verməsi, cavabdehin iddiaçının adına avtomobilə dair etibarnamə verməsi və həmin etibarnamənin avtomobilin əsas mülkiyyətçisi tərəfindən ləğv edilməsi və VAZ-21063 markalı avtomobilin avtomobilin mülkiyyətçisi X5 qaytarılması işin mübahisəsiz halıdır. Bununla da iddiaçı avtomobilin əvəzində verilmiş 3150 manat pulun geri qaytarılmasını tələb edir. Cavabdeh isə etirazında etibarnamənin onun tərəfindən deyil, mülkiyyətçi tərəfindən ləğv edildiyini əsas gətirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı VAZ-21063 markalı avtomobili almaq məqsədilə Cavabdeh 3150 manat pul vermiş, Cavabdeh VAZ- 21063 markalı avtomobili iddiaçının istifadəsinə vermişdir. Avtomobilin əsas mülkiyyətçisi X6 cavabdehə verdiyi etibarnamə ləğv etdirərək avtomobili təkrar öz istifadə və sahibliyinə geri qaytarmışdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh 3150 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pulun və ya onun bir hissəsinin qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 3150 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 55 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3150 (üç min bir yüz əlli) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 55 (əlli beş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar