Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3098/2025 22.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Yusifli Seymur Mübariz oğlu İddiaçı Cavabdeh qarşı “Kredit müqviləsi üzrə borcun qaytarılması tələbi”nə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “Kredit müqviləsi üzrə borcun qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 10734 saylı və xx.xx.2021-ci il tarixli 10768 saylı müqavilələr üzrə cəmi 16056.53 manat pulun və dövlət rüsumu kimi ödənilmiş vəsaitin cavabdehdən alınmasına və onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi mübahisənin bu kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuş məcburi mediasiya prosesində iştirak tələbinə riayət edilmədən verildiyi üçün məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində Şəmkir Rayon Məhkəməsinə aid olan ödədiyi dövlət rüsumunun qəbzini əlavə etdiyini göstərsə də iddia ərizəsində dövlət rüsumunun ödədiyi barədə dəqiq rəsmi sənəd əlavə etməmişdir. İş materiallarına xx.xx.2025-ci il tarixli və xx.xx.2022-ci il tarixli qəbzlərin surəti əlavə edilsə də, həmin sənədlər iddia ərizəsinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi halını əks etdirmir. Halbuki, Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. “X1” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrinin verilməsi zamanı dövlət rüsumu tutulur. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “Kredit müqviləsi üzrə borcun qaytarılması tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Seymur Yusifli
Məhkəmə qərarları › İş №2(076)-3098/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3098/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver