Məhkəmə qərarları › İş №2(076)-311/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-311/2024

05.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-311/2024 05.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi, İddiaçı X13, Cavabdehlər X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı X13 cavabdehlər X2 və Cavabdeh2 qarşı “maddi ziyan” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı X19 cavabdehlər X2 və Cavabdeh2 qarşı iddia ərizə ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ona dəymiş maddi ziyan olan 12600 manat məbləğində pulun və ödənilmiş 114.90 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Abil qızı iddiaçının qızı, digər Cavabdeh2 isə qızı Cavabdeh1 qayınatasıdır. Aralarında olan münasibətləri yaxşı deyil. Şəmkir Rayon Məhkəməsinin 2(076)-648/2012 saylı 07 may 2012-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 Abil qızının cavabdehlər X18, X15 X7, X8, X16 və X9 qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsindən payın ayrılması və cavabdehlərin həmin sahədən çıxarılması tələbinə dair iddiası iddiası təmin edilmiş və Cavabdeh1 Abil qızının 0.63 ha payının ayrılıb ona verilməsi və cavabdehlərin həmin sahədən çıxarılması qət edilmişdir.Həmin qətnamə qanuni qüvvəsini almış və icra edilməsi icraya yönəldilmişdir. İcra mərhələsində Cavabdeh1 qayınatası Cavabdeh2 da bilavasitə yönəltməsi və iştirakı ilə qətnamədə naturada ayrılaraq ona verilməsi qət edilmiş 0.63 ha torpaq sahəsinin əvəzində iddiaçıdan pul tələb etmiş və həmin pulun müqabilində torpaq sahəsini iddiaçının adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Cavabdeh almış olduğu 3400 (üç min dörd yüz) manat məbləğində pulun müqabilində torpaq sahəsini mənim adıma sənədləşdirməyi öhdəsinə götürmüş olsa da, götürmüş olduğu öhdəliyə) əməl etməmişdir. Hətta bununla bağlı iddiaçı ayrı-ayrı vaxtlarda həm polis şöbəsinə və DƏDRX-nə müraciətlər etsə də, cavabdeh iddiaçıya müsbət cavab verməmişdir. Bunun əksinə cavabdeh həmin mübahisəli 0.63 ha torpaq sahəsini qardaşı X9 bağışlamış, İxtiyar Məmmədov isə həmin torpaq sahəsini sataraq 30000 (otuz min) manat təmiz mənfəət əldə etmişdir. İxtiyar Məmmədovun satmış olduğu torpaq sahəsinin sərhədləri daxilində cavabdehin iddiaçının adına sənədləşdirməyi öhdəsinə götürmüş olduğu 0.63 ha torpaq sahəsi də yerləşir. Bununla da iddiaçıya 12600 (on iki min altı yüz) manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, əgər cavabdeh öhdəliyinə əməl edərək həmin torpaq sahəsini vaxtında iddiaçının adına rəsmiləşdirmiş olsa idi, bu gün iddiaçı ən azından qeyd etdiyi məbləğdə, yəni 12600 (on iki min altı yüz) manat məbləğində qazanc əldə etmiş olardı. Lakin cavabdehin təqsirindən iddiaçıya maddi ziyan dəymişdir. Tərəflərin izahatları: İddiaçı X19 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X10 iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, iddiaçı onun anası olmasına baxmayaraq onun bütün həyatını alt-üst edib. Bu torpağı da o qardaşının deməsinə görə ona etibarnamə verdi. Amma istəyirsə anası onu da götürsün. Onu rahat buraxsınlar. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi və bildirdi ki, o yalnız pulun Nümunəyə verilməsində şahid kimi iştirak edib. Pulun verilməsini görüb. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan: İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 14 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan X22 (Turan Bank ASC) çıxarışından görünür ki, iddiaçə tərəfidnən xx.xx.2022-ci il tarixində Şəmkir Rayon Məmhkəməsinin hesabına 114.90 manat dövlət rüsumu ödəmiş, 0.40 manat komissiya haqqı tutulmuşdur. İş materiallarından olan mədaxil qəbzlərindən görünür ki, X19 tərəfindən Şəmkir rayonu, qapanlı kənd bələdiyyəsinin hesabəna bələdiyyə torpaq vergisi ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Xammal və Əmtəə Brjası "xxxx" MMC tərəfindən verilmiş hesabatdan görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 1 sotunun dəyəri -200 manat təşkil edir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(076)- 648/2012 saylı qətnaməsindən görünür ki, X3 xx.xx.1998-ci il tarixli, JN-505 (Kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Şəmkir Rayonunun Qapanlı kəndi ərazisində yerləşən X17, X13, X4, X5, X14 və X6 ümumi paylı mülkiyyətdə olan kənd təsərüffatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş cəmi 4.41 ha torpaq sahəsindəki payı 1/7 hissədə (0.63+6299.99 kv.m) müəyyən edilmiş, mülkiyyət payına uyöun olaraq 0.63 ha torpaq sahəsi ümumi sahənin cənub hissəsindən cənub qərbdən şimal qərbə doğru istiqamətdə müəyyən edilmiş, həmin torpaq sahəsi naturada ayrılıb iddiaçı X11 təhvil verilməsi, X17, X13, X4, X5, X14 və X6 həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli aktdan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-648/2012 saylı xx.xx.2012-ci il tarixli icra sənədi üzrə tərəflər öz aralarında qarşılıqlı razılaşaraq 0.63 ha torpaq sahəsini 3400 maant pulun müqabilində əvəzləşdirilmiş və tələbkar da həmin 0.63 ha torpaq sahəsindən imtina etmişdir.Tələbkar öz tələbindən imtinasından imtina edərək 0.63 ha torpaq sahəsinin əvəzində 3400 manat pulu götürmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 4.41 ha kınd təsərrüfat təyinatlı torpaq sahəsinə dair Cavabdeh1 Abil qızı və digər ailə üzvlərinin adlarına paylı mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 4Ə-1311 bağışlama müqaviləsi əsasında X12 özünə məxsus 1/7 hissəni X6 adına özgəninkiləşdirmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 8(076)-66/2013 saylı xx.xx.2013-cü il tarixli qərardadından görünür ki, tələbkar X3 icra sənədi üzrə tələbindən imtinası qəbul edilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan JN-505(Kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Şəmkir Rayonunun Qapanlı kəndi ərazisində yerləşən 4.41 ha torpaq sahəsi X18, X15, X7, X8, X16, X11 və X6 ümumi paylı mülkiyyətdə olan kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəlləsnin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-505(Kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Şəmkir Rayonunun Qapanlı kəndi ərazisində yerləşən 4.41 ha torpaq sahəsi X18, X15, X7, X8, X16, X11 və X6 ümumi paylı mülkiyyətdə olan kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(076)-648/2012 saylı qətnaməsindən görünür ki, X3 xx.xx.1998-ci il tarixli, JN-505(Kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Şəmkir Rayonunun Qapanlı kəndi ərazisində yerləşən X17, X13, X4, X5, X14 və X6 ümumi paylı mülkiyyətdə olan kənd təsərüffatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş cəmi 4.41 ha torpaq sahəsindəki payı 1/7 hissədə (0.63+6299.99 kv.m) müəyyən edilmiş, mülkiyyət payına uyğun olaraq 0.63 ha torpaq sahəsi ümumi sahənin cənub hissəsindən cənub qərbdən şimal qərbə doğru istiqamətdə müəyyən edilmiş, həmin torpaq sahəsinin naturada ayrılıb iddiaçı X11 təhvil verilməsi, X17, X13, X4, X5, X14 və X6 həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Sözügedən qətnamənin icrası zamanı Süleymanova (Məmmədova) Nimunə Abil qızı öz tələbindən imtina edərək 0.63 ha torpaq sahəsinin əvəzində 3400 manat pulu götürmüş, pulu götürməsi akt ilə öz təsdiqini tapmış və Şəmir Rayon Məhkəməsinin 8(076)-66/2013 saylı xx.xx.2013-cü il tarixli qərardadı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin sonradan Cavabdeh1 torpaq sahəsinə dair mülkiyyət hüquqlarından imtina etməmiş, əksinə həmin torpaq sahəsini X6 xeyrinə özgəninkiləşdirmişdir. Göründüyü kimi Cavabdeh1 Abil qızı qətnamənin icrası mərhələsində öz üzərinə götürdüyü öhdəliyi pozmuş, bunun nəticəsində isə iddiaçı ödədiyi 3400 manat pulun müqabilində 0.63 ha torpaq sahəsi həddində torpaq sahəsindən mərhum olmuşdur. 3400 manat pulun iddiaçı tərəfindən ödənildiyi və həmin sahənin faktiki olaraq iddiaçı tərəfindən istifadə edildiyi cavabdehin Şəmkir RPŞ Kür PB-nə yazdığı izahatında da öz təsiqini tapmışdır. Halbuki Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Cavabdeh1 Abil qızının hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyməsi aşkardır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçıya dəymiş ziyanın məbləği hazırda 12600 manat təşkil edir. Belə ki, mülki işə əlavə edilmiş rəydən görünür ki, iddiaçı Şəmkir rayonu, Qapanlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir sotunun dəyəri 200 manat təşkil edir. İddiaçı ona çatası 0.63 ha (63 sot) torpaq sahəsindən məhrum olduğundan həmin əmlakın dəyərini, yəni 12600 (63 sot x200=12600) tələb etməkdə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin Cavabdeh2 aid hissəsinə münasibət olaraq bildirir ki, Cavabdeh2 iddiaçı ilə heç bir borc münasibətlərində olmamışdır. Yalnız aktda pulun verilməsində şahid kimi iştirak etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ona aid hissədə iddia təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi də ona münasib olaraq olaraq 114.90 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. 12600 (on iki mi altı yüz ) manat pul vəsaiti və 114.90 (yüz on dörd manat doxsan qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh1 Abil qızından alınaraq iddiaçı X15 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar