Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3113/2025 23.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Yusifli Seymur Mübariz oğlu İddiaçı Şəmkir rayon X1 istismarı idarəsinin Cavabdeh qarşı “borcun qaytarılması tələbi”nə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyənetdi: İddiaçı Şəmkir rayon X1 istismarı idarəsi Cavabdeh qarşı “borcun qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 818.11 manat pulun, xidmətin dayandırılmasına çəkilmiş xərclərin və məhkəmə xərclərinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinə qanunla müəyyən olunmuş dövlət rüsumunun iddiaçı tərəfindən ödənilmədiyi üçün iş məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçı qismində Şəmkir rayon X1 İstismarı İdarəsi tərəfindən verilsədə iddia ərizəsinin sonuncu səhifəsində Şəmkir X1 İstismarı İdarəsinin rəisi Alim Abbasovun və Hüquq və İnsan resursları şöbəsinin məsləhətçisi Aqşin Nəsibovun imzalarının təsdiq olunduğu möhürdə X2 İdarəsi Publik Hüquqi şəxsinin rekvizitləri mövcuddur bu halda Şəmkir rayon X1 İstismarı İdarəsinin X2 İdarəsi Publik Hüquqi şəxsinin tabeçiliyində olması müəyyən edilir. Dövlət X3 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr məhkəməyə iddia ərizəsiylə müraciət edərkən dövlət rüsumunu ödəməkdən azaddır. Normanın məzmunundandan göründüyü kimi dövlət rüsumunu ödəməkdən büdçə təşkilatları və bələdiyyələr azaddır həmin normada xüsusi olaraq Publik Hüquqi şəxslər və onlara tabe qurumların adı qeyd edilməmişdir Publik Hüquqi şəxslər Haqqında qanun 2.2-ci maddəsinə əsasən Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Qeyd olunan maddənin məzmunundan aydın olur ki,Publik Hüquqi şəxslər dövlət orqanı və ya bələdiyyə statusuna malik deyllər Publik Hüquqi şəxs dövlət və ya bələdiyyə adından yaradılsada dövlət büdcəsindən maliyyələşmirlər. Publik Hüquqi şəxslər haqqında qanun 7.2-ci maddəsinə əsasən Publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər. Nəzərə alınmalıdır ki,sözügedən normada Publik Hüquqi şəxslərin maliyyəşməsi dövlət və ya yerli büdcədən ayrılan vəsait hesabına formalaşa bilər ifadəsi nəzərdə tutulsa da, bu norma Publik Hüquqi şəxsləri dövlət büdçəsindən maliyyələşən orqan statusu vermir belə ki, həmin maddədə Publik Hüquqi şəxslərin büdcə təşkilatı olması birbaşa qeyd olunmamışdır eyni zamanda dövlət büdcəsindən vəsait almaq hüququ qurumun hüquqi statusunu dəyişmir Publik Hüquqi şəxslər yenədə dövlət orqanı və ya büdcə təşkilatı deyl sadəcə büdcə vəsaiti alan hüquqi şəxsdir habelə qeyd edilən normanın imperativ deyl dispozitiv xarakterli olması onu dəməyə əsas verirki Publik Hüquqi şəxslərə büdçə vəsaiti bəzi hallarda ayrıla bilər bu isə ona dəlalət edir ki Publik Hüquqi şəxslər birbaşa olaraq büdçədən maliyyələşən büdçə təşkilatı deyllər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki,iddiaçı Şəmkir X1 İstismarı İdarəsi Dövlət X3 9.1.14-cü maddəsinin təsir dairəsinə düşə bilməz. Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. “X4” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrinin verilməsi zamanı dövlət rüsumu tutulur. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Şəmkir rayon X1 istismarı idarəsinin Cavabdeh qarşı “borcun qaytarılması tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Seymur Yusifli
Məhkəmə qərarları › İş №2(076)-3113/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3113/2025
23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver