Məhkəmə qərarları › İş №2(076)-3117/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3117/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3117/2023 20.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məmmədova Şəfəq Ənvər qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ASC Cavabdeh qarşı “borc tələbi barədə” iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şəmkir filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SRLMD-08861 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 27% faiz ödəmək şərtilə 1100 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmiş öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin “Şəmkir” filialı ilə cavabdeh – Cavabdeh arasında xx.xx.2023cü il tarixli SRLMD-08861 saylı saxlanc girov müqaviləsi bağlanaraq aşağıdakı adları çəkilən qızıl-zinət əşyaları girov qoyulmuşdur. Qolbaq-1ədəd, çəkisi-10,1 qr, əyarı-750; üzük-2 ədəd, çəkisi-7,3 qr, əyarı-583; cəmi: 17,4 qr. xx.xx.2023-cü il tarixli SRLMD-08861 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunun (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydadı icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyini icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SRLMD-08861 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olan Kreditin ödəniş cədvəli əsasında hər ayın 13-dən gec olmayaraq hər ay 105,62 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımi qaydada icra etməmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin 5.1. maddəsinə görə, borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydadı icra etməzsə, kredit faizlərini vaxtında ödəməzsə, ödənilməyən kredit üçün əlavə olaraq hər günə 1% həcmində dəbbə pulu hesablanır. 13 sentyabr 2023-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli SRLMD-08861 saylı kredit müqaviləsi üzrə borcunun məbləği 765,42 (yeddi yüz altmış beş manat qırx iki qəpik) manat əsas borc, 66,8 (altmış altı manat səksən qəpik) manat faiz borcu, 176,11 ( yüz yetmiş altı manat11 qəpik) manat cərimə borcu olmaqla, cəmi 1008,33 (min səkkiz manat, 33 qəpik) manat məbləğində təşkil edir. Odur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, SRLMD-08861 saylı kredit müqaviləsi üzrə 765,42 (yeddi yüz altmış beş manat qırx iki qəpik) manat əsas borc, 66,8 (altmış altı manat səksən qəpik) manat faiz borcu, 176,11 (yüz yetmiş altı manat 11 qəpik) manat cərimə borcu olmaqla, cəmi 1008,33 (min səkkiz manat, 33 qəpik) manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,09 manat məbləğində vəsaitin İddiaçı ASC-nin xeyrinə tutulmasına, tələblərin xx.xx.2023-cü il tarixli SRLMD-08861 kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçıASC-nin “Şəmkir” filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli SRLMD-08861 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş qolbaq-1ədəd, çəkisi-10,1 qr, əyarı-750, üzük-2 ədəd, çəkisi-7,3 qr, əyarı-583 olan, cəmi 17,4 qr. qızıl-zinət əşyalarına yönəldilməsinə və həmin qızıl-zinət əşyaları açıq hərracda sataraq əldə edilmiş vəsait xx.xx.2023-cü il tarixli SRLMD-08861 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 1008,33 (min səkkiz manat, 33 qəpik) manat məbləğində pulun və 30,09 manat məbləğində dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 20 sentyabr 2023-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SRLMD-08861 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı Bank cavabdehə illik 27% olmaqla 12 ay müddətinə 1100 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SRLMD-08861 saylı saxlanc girov müqaviləsindən görünür ki, qolbaq-1ədəd, çəkisi- 10,1 qr, əyarı-750, üzük-2 ədəd, çəkisi-7,3 qr, əyarı-583, cəmi: 17,4 qr. qızıl-zinət əşyaları girov qoyulmuşdur. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, SRLMD-08861 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi ümumilikdə 1267,4 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, SRLMD-08861 saylı kredit və Bank hesabı müqaviləsi üzrə 765,42 manat əsas borcu, 66,8 manat faiz borcu, 176,11 manat cərimə borcu olmaqla, cəmi 1008,33 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh 27 sentyabr 2023-ci il tarixdə tarixdə məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günündən artıq müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi müəyyənləşdirilmiş vaxt ərzində icra etməyi öhdəsinə götürməsinə baxmayaraq, icra etməmiş, göstərilənlər nəticəsində cavabdehin iddiaçıya cəmi 1008,33 manat borcu yarandığından, cavabdeh isə həmin pulu vaxtında ödəmədiyinə görə iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən kredit müqaviləsinə görə yaranmış 765,42 manat əsas borc, 66,8 manat faiz borcu, 176,11 manat cərimə borcu olmaqla, cəmi 1008,33 (min səkkiz manat otuz üç qəpik) manat məbləğində borc alınıb iddiaçının hesabına ödənilməli, tələblərin xx.xx.2023-cü il tarixli SRLMD-08861 kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçıASC-nin “Şəmkir” filialı ilə Cavabdeh arasında xx.xx.2023cü il tarixli SRLMD-08861 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş qolbaq-1ədəd, çəkisi-10,1 qr, əyarı-750, üzük-2 ədəd, çəkisi-7,3 qr, əyarı-583 olan, cəmi 17,4 qr. qızıl-zinət əşyalarına yönəldilməli və həmin qızıl-zinət əşyaları açıq hərracda sataraq əldə edilmiş vəsait xx.xx.2023-cü il tarixli SRLMD-08861 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 1008,33 (min səkkiz manat, 33 qəpik) manat məbləğində pulun və 30,09 manat məbləğində dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulmalıdır. Ödənilmiş 30,09 (otuz manat doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabde Cavabdeh xx.xx.2023-cü il tarixli, SRLMD-08861 saylı kredit müqaviləsi üzrə 765,42 manat əsas borc, 66,8 manat faiz borcu, 176,11 manat cərimə borcu olmaqla, cəmi 1008,33 (min səkkiz manat otuz üç qəpik) manat məbləğində borc alınıb iddiaçının hesabına ödənilsin. Tələblərin xx.xx.2023-cü il tarixli SRLMD-08861 kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçıASC-nin “Şəmkir” filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli SRLMD-08861 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş qolbaq-1ədəd, çəkisi-10,1 qr, əyarı-750, üzük-2 ədəd, çəkisi-7,3 qr, əyarı- 583 olan, cəmi 17,4 qr. qızıl-zinət əşyalarına yönəldilsin və həmin qızıl-zinət əşyaları açıq hərracda sataraq əldə edilmiş vəsait xx.xx.2023-cü il tarixli SRLMD-08861 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 1008,33 (min səkkiz manat, 33 qəpik) manat məbləğində pulun və 30,09 manat məbləğində dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borc Cavabdeh ümumi qaydada tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar