Məhkəmə qərarları › İş №2(076)-315/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-315/2023

06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-315/2023 06.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən APPLE WATCH SE markalı saat üçün 1038 (min otuz səkkiz) manat ödənilməmiş hissə, 103 (yüz üç) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən ASUS markalı kompüter üçün 505 (beş yüz beş) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********17006 olan XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 392.4 (üç yüz doxsan iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 39.6 (otuz doqquz manat altmış qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********27745 olan XİAOMİ REDMİ NOTE 9S markalı telefon üçün 325 (üç yüz iyirmi beş) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********01365 olan BLACKVİEW A80 markalı telefon üçün 19 (on doqquz) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə; ümumilikdə 2505 manat borc və 45.05 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, APPLE WATCH SE markalı saat, ASUS markalı kompüter, İMEİ kodu **********17006 olan X1AOMİ REDM1 NOTE 9 markalı telefon, İMEİ kodu **********27745 olan XİAOMİ REDMİ NOTE 9S markalı telefon, İMEİ kodu **********01365 olan BLACK VİEW A80 markalı telefon almış və nəticədə 2505 (iki min beş yüz beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1058.04 (min əlli səkkiz manat dörd qəpik) manat (18 ay x 58.78 manat + 0 manat ilkin ödəniş) olan APPLE WATCH SE markalı saat üçün 1141 (min yüz qırx bir) manat olmaqla ondan 1038 (min otuz səkkiz) manat ödənilməmiş hissə, 103 (yüz üç) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 802.8 (səkkiz yüz iki manat səksən qəpik) manat (12 ay x 66.9 manat + 0 manat ilkin ödəniş) olan ASUS markalı kompüter üçün 551 (bir yüz əlli beş) manat olmaqla ondan 501 (bir yüz beş) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 460.8 (Dörd yüz altmış manat səksən qəpik) (12 ay x 38.4 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********17006 olan XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 432 (dördyiiz otuz iki) manat olmaqla ondan 392.4 (üç yüz doxsan iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 39.6 (otuz doqquz manat altmış qəpik) manat cərimə pulu; xx.xx.2020ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 712.8 (yeddi yüz on iki manat səksən qəpik) manat (18 ay x 39.6 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********27745 olan XİAOMİ REDMİ NOTE 9S markalı telefon üçün 357 (üç yüz əlli yeddi) manat olmaqla ondan 325 (üç yüz iyirmi beş) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 240 (iki yiiz qırx) manat (12 ay x 20 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********01365 olan BLACKVİEW A80 markalı telefon üçün 20 (iyirmi) manat olmaqla ondan 19 (on doqquz) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 995.04 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il,xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərindəki müqavilələrdən görünür ki, APPLE WATCH SE markalı saat, ASUS markalı kompüter, İMEİ kodu **********17006 olan X1AOMİ REDM1 NOTE 9 markalı telefon, İMEİ kodu **********27745 olan XİAOMİ REDMİ NOTE 9S markalı telefon, İMEİ kodu **********01365 olan BLACK VİEW A80 markalı telefon almış və nəticədə 2505 (iki min beş yüz beş) manat borc yaranmışdır. xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən APPLE WATCH SE markalı saat üçün 1038 (min otuz səkkiz) manat ödənilməmiş hissə, 103 (yüz üç) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən ASUS markalı kompüter üçün 505 (beş yüz beş) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********17006 olan XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 392.4 (üç yüz doxsan iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 39.6 (otuz doqquz manat altmış qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********27745 olan XİAOMİ REDMİ NOTE 9S markalı telefon üçün 325 (üç yüz iyirmi beş) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********01365 olan BLACKVİEW A80 markalı telefon üçün 19 (on doqquz) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə; ümumilikdə 2505 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən APPLE WATCH SE markalı saat üçün 1038 (min otuz səkkiz) manat ödənilməmiş hissə, 103 (yüz üç) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən ASUS markalı kompüter üçün 505 (beş yüz beş) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********17006 olan XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 392.4 (üç yüz doxsan iki manat qırx qəpik) manat ödənilməmiş hissə, 39.6 (otuz doqquz manat altmış qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********27745 olan XİAOMİ REDMİ NOTE 9S markalı telefon üçün 325 (üç yüz iyirmi beş) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********01365 olan BLACKVİEW A80 markalı telefon üçün 19 (on doqquz) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə; ümumilikdə 2505 manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 45.05 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 2279.4 manat əsas borcdan ödənilməmiş hissə, 225.6 manat cərimə borcu olmaqla; ümumilikdə 2505 (iki min beş yüz beş) manat borc məbləği və məhkəmə xərci qismində 45.05 (qırx beş manat beş qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar