Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3156/2025 06.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ona vurduğu zərərin əvəzi olaraq 1300 (min üç yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, o, özünə məxsus olan həyatyanı torpaq sahəsində saxladığı 130 ədəd cücələri xəstələnmişdir. Odur ki, onların müalicəsinə dərman almaq üçün 26 may 2025-ci il tarixdə Şəmkir rayon bazarında yerləşən, baytarlıq aptekinin satıcısı Cavabdeh müraciət etmiş, o, cücənin birini gətirməsini onun əsasında müalicə yazmasını bildirmişdir. O, sonra xəstələnən cücələrindən birini aparıb cavabdehə göstərmiş, o, isə cücələrinin müalicəsi üçün ona 50 (əlli) manat dəyərində tabletka və suya qatmaq üçün dərman və 100 qramlıq 1 şüşə qabda iynə satmışdır. Cavabdehin ona verdiyi tabletkaları və dərmanları suya qataraq xəstələnmiş cücələrinə vermiş, lakin xeyri olmamışdır. Əksinə cavabdehin ona satdığı tabletka və dərmanı verdikdən sonra cücələri tələf olmuşdur. Bununla da ona məlum olub ki, cavabdeh cücələrinin müalicəsi üçün ona satdığı tabletka və dərmanları verməməli olduğu halda verərək onu aldatmışdır. Yəni cavabdehin təqsiri ucbatından cücələrinin tələf olmaları nəticəsində ona 1300 (min üç yüz) manat dəyərində zərər vurulmuşdur. Odur ki, cavabdehin haqqında tədbir görülməsi üçün ərizə ilə Şəmkir rayon Polis şöbəsinə müraciət edib. Ərizəsinə cavab olaraq bildirildi ki, Məhkəmə orqanlarına müraciət etməlidir. Ona görə də məlum iddianı qaldırmalı olmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh ona vurduğu zərərin əvəzi olaraq 1300 (min üç yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən iddia tələblərini əsaslandıran hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin sözlərinə görə, iddiaçının cücələrinin tələf olması cavabdehin satdığı dərmanla deyil, idiaçının həmin dərmanı quşlara səhv tətbiq etməsi ilə bağlı ola bilər. Cavabdeh həmçinin göstərmişdir ki, iddiaçı müvafiq yoxlanış və müayinələrin aparılmasının əvəzinə ona qarşı hədə-qorxu gəlib pul tələb etmiş, buna görə də cavabdeh iddianın əsassız olduğunu hesab edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-13-110-2/2-A-1179/11/25 nömrəli Zəyəm Polis bölməsinin tərəfindən verilmiş məktubdan görünür ki, müraciətinə göstərdiyi xüsusatların polis orqanlarının səlahiyyətində olmadığı müəyyən edilərək tələbinizlə bağlı aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə müvafiqdir olması bildirimişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı iddia edir ki, o, ona məxsus torpaq sahəsində çücələr saxlamış və onlara qulluq etmişdir. Həmin çücələri müalicə etmək məqsədilə o, Əmirslanov Faiqə müraciət etmiş, cavabdeh isə ona dərman satmışdır. Lakin göstərilən dərman təsir göstərməmiş, əksinə mənfi nəticə vermişdir. Bu səbəbdən iddiaçı 1300 (bir min üç yüz) manat məbləğində maddi ziyanın ödənilməsini tələb etmişdir. Lakin məhkəmə bu tələbi əsassız hesab edir. Belə ki, işin məhkəmə araşdırması zamanı iddiaçı ona məxsus olan çüçələrin cavabdehin hərəkətləri nəticəsində tələf olması və ya ona dəymiş 1300 manat məbləğində maddi ziyan faktını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş cavabdehə məxsus atların ona məxsus torpaq sahəsində olan yoncalara ziyan verməsini bildirsə də, həmin halları təsdiq edən sübutlarını təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə təqdim etməsini yoxlamışdır, lakin iddiaçı tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, mübahisənin faktiki halları ilə bağlı yalnız iddiaçı tərəfin izahatlarına əsaslanmaqla iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sənədləri və tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından 800 manat dəyərində maddi ziyanı sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-3156/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3156/2025
06.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver