Məhkəmə qərarları › İş №2(076)-3168/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3168/2024

16.09.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3168/2024 16.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçılar: İddiaçı1, İddiaçı2 Cavabdeh: Cavabdeh nümayəndəsi (atası) X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı uşaqla ünsiyyətə qoyulan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə işə açıq mhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı uşaqla ünsiyyətə qoyulan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 08 iyul 2024–cü il tarixli qərarı ilə müəyyən edilmiş 13 sentyabr 2020–ci il təvəllüdlü Raul adlı nəvələri ilə hər həftənin şənbə günləri saat 12:00– dan saat 16:00–dək görüşüb ünsiyyətdə olmalarına cavabdeh tərəfindən qoyulan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh onların X7la evlənmiş, birgə nikahdan 13 sentyabr 2020–ci il tarixdə Raul adlı uşaqları doğulmuşdur. Bayram Qasımov xx.xx.2024–cü il tarixdə avtoqəza nəticəsində vəfat etmiş, onun vəfatından bir müddət sonra cavabdeh azyaşlı nəvələrini də götürərək valideynlərinin yanına getmişdir. Cavabdeh onların evindən getdiyi vaxtdan nəvələri ilə görüşmələrinə icazə verməmişdir. Bundan sonra nəvələri ilə görüşmək üçün Şəmkir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, həmin Komissiyanın 08 iyul 2024–cü il tarixli qərarı ilə onların 13 sentyabr 2020–ci il təvəllüdlü Raul adlı nəvələri ilə hər həftənin şənbə günləri saat 12:00–dan saat 16:00–dək görüşüb ünsiyyətdə olmaları qərara alınmışdır. Lakin cavabdeh həmin qərarın icrasına maneçilik yaratmış və onların nəvələri ilə görüşməsinə imkan verməmişdir. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışlar. Odur ki, Şəmkir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 08 iyul 2024–cü il tarixli qərarı ilə müəyyən edilmiş 13 sentyabr 2020–ci il təvəllüdlü Raul adlı nəvələri ilə hər həftənin şənbə günləri saat 12:00–dan saat 16:00–dək görüşüb ünsiyyətdə olmalarına cavabdeh tərəfindən qoyulan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun X7la evlənmiş, birgə nikahdan 13 sentyabr 2020–ci il tarixdə Raul adlı uşaqları doğulmuşdur. X7 xx.xx.2024–cü il tarixdə avtoqəza nəticəsində vəfat etmiş, onun vəfatından bir müddət sonra cavabdeh azyaşlı nəvələrini də götürərək valideynlərinin yanına getmişdir. Həmin müddətdən sonra cavabdeh onların azyaşlı nəvələri ilə ünsiyyət yaratmasına mane olmuş, bu səbəbdən Şəmkir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişlər. Həmin Komissiyanın 08 iyul 2024–cü il tarixli qərarı ilə onların 13 sentyabr 2020–ci il təvəllüdlü Raul adlı nəvələri ilə hər həftənin şənbə günləri saat 12:00–dan saat 16:00–dək görüşüb ünsiyyətdə olmaları qərara alınmışdır. Lakin buna baxmayaraq, cavabdeh yenə də onların nəvələri ilə görüşməsinə imkan vermir. Onlar doğma nəvələri ilə ünsiyyət yarada bilmir, onun tərbiyəsi ilə məşğul ola bilmir və bu baxımdan hüquqlarının həyata keçirilməsinə məhdudiyyət yaranır. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsi onlara nəvələri ilə ünsiyyət yaratmaq hüququ vermişdir. Cavabdeh isə onların həmin hüququnu məhdudlaşdırmışdır. Dəfələrlə azyaşlı nəvələri ilə görüşmək və onun qayğısına qalmaq üçün cəhd etsələr də, cavabdeh nəvələri ilə görüşmələrinə imkan verməmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışlar. Odur ki, iddianın təmin edilərək, Şəmkir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 08 iyul 2024–cü il tarixli qərarı ilə müəyyən edilmiş 13 sentyabr 2020–ci il təvəllüdlü Raul adlı nəvələri ilə hər həftənin şənbə günləri saat 12:00–dan saat 16:00–dək görüşüb ünsiyyətdə olmalarına cavabdeh tərəfindən qoyulan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi (atası) X2 məhkəmə iclası zamanı təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, həqiqətən təmsil etdiyi şəxs iddiaçıların X7la evlənmiş, birgə nikahdan 13 sentyabr 2020–ci il tarixdə Raul adlı uşaqları doğulmuşdur. X5 yol–nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş, bundan sonra cavabdeh 27 may 2024–cü il tarixdə iddiaçıların evindən çıxmışdır. Hazırda iddiaçıların nəvələri ilə görüşüb ünsiyyətdə olmalarına razı deyildir. Belə ki, təmsil etdiyi şəxs 4 aya yaxındır ki, iddiaçıların evindən çıxmış, ötən müddət ərzində isə iddiaçılar nəvələri ilə maraqlanmamışlar. Raul adlı uşağın bütün tələbatları onlar tərəfindən qarşılanmış, iddiaçılar isə nəvələrinin heç bir ehtiyaclarını qarşılamamışlar. Belə olan halda iddiaçıların nəvələri ilə görüşməsini məqdəsə müvafiq hesab etmir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışdan görünür ki, X3 atası İddiaçı1, anası İddiaçı2 olmaqla, xx.xx.1993–cü il tarixdə Şəmkir rayonunda doğulmuşdur. İşdə olan doğum haqqında arayışdan görünür ki, X3 ilə Cavabdeh birgə nikahından 13 sentyabr 2020–ci il tarixdə Raul adlı uşaqları doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2024–cü il tarixdə vəfat etmişdir. İşdə olan Şəmkir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024–cü il tarixli, 5–76/2–Q–60–099/2024 saylı qərarından görünür ki, Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 Raul adlı nəvələri ilə hər ayın hər həftəsinin şənbə günləri saat 12:00– dan saat 16:00–dək görüşmələri qərara alınmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddiaçıların öz nəvələri ilə görüşmələri, onunla ünsiyyətdə olmaları və uşağın tərbiyəsi ilə məşğul olmaları Azərbaycan Respublikasının Ailə qanunvericiliyi ilə nənə kimi onlara məxsus hüquqlarını təşkil edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62.1–ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.3–cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Ona görə də məhkəmə sadalanan hüquq normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddiaçıların nəvələri ilə ünsiyyət yaratmaq, nəvələrinin tərbiyəsi ilə məşğul olmaq istəyinə dair iddiası əsaslıdır. İş materiallarından görünür ki, Şəmkir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası iddiaçılarıın nəvələri ilə hər həftənin şənbə günləri saat 12:00–dan saat 16:00–dək görüşməsini qərara almışdır. Məhkəmə hesab edir ki, iddiaçıların qərarda göstərilən qaydada nəvələri ilə görüşmələri həm iddiaçıların, həm cavabdehin, həm də uşağın mənafeləri baxımından uyğundur. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011–ci il tarixli 6/2011 saylı qərarının 4–cü bəndində göstərilmişdir ki, qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir. Həmin qərarın 10–cu bəndində göstərilmişdir ki, valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Odur ki, məhkəmə tərəflərin izahatlarını, uşağın yaşayış şəraitini, yaşını, istirahət vaxtını və xüsusən uşağın mənafelərini, o cümlədən onun qidalanma rejimini, asudə vaxtını, tərəflərdən hər birinə olan bağlılığını nəzərə alaraq hesab edir ki, Şəmkir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 08 iyul 2024–cü il tarixli qərarı ilə müəyyən edilmiş 13 sentyabr 2020–ci il təvəllüdlü Raul adlı nəvələri ilə hər həftənin şənbə günləri saat 12:00– dan saat 16:00–dək iddiaçıların görüşüb ünsiyyətdə olmalarına cavabdeh tərəfindən qoyulan maneə aradan qaldırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Şəmkir Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 08 iyul 2024–cü il tarixli qərarı ilə müəyyən edilmiş, 13 sentyabr 2020–ci il təvəllüdlü Raul adlı nəvələri ilə hər həftənin şənbə günləri saat 12:00– dan saat 16:00–dək iddiaçılar İddiaçı1 və İddiaçı2 görüşüb ünsiyyətdə olmalarına Cavabdeh tərəfindən qoyulan maneə aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar