Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3172/2024 14.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “Alimentin məbləğinin artırılması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı, cavabdeh X4 qarşı alimentin məbləğinin artırılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, 18 noyabr 2006-cı il təvəllüdlü X9 və 27 mart 2009-cu il təvəllüdlü X10 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün, Şəmkir Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(076)-1980/2018 saylı qətnaməsi ilə hər ay, hər uşaq üçün müəyyən edilmiş 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq hər ay, hər uşağa görə 250 (iki yüz əlli) manat məbləğində alimentin cavabdeh X2 tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 17 may 2018ci il tarixli, 2(076)-1980/2018 saylı qətnaməsi ilə hər ay, hər uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir, həmin vəsaitlə uşağın maddi ehtiyaclarını ödəyə bilmir, geyimlərini, qidalarını ödəməyə çətinlik çəkir, uşaq məktəblidir. Cavabdeh fərdi əməklə məşğul olur, bir neçə yerdə işləyir kifayət qədər imkana malikdir. Ona görə iddia ərizəsi ilə məhkəməyə müraciət edib alimentin miqdarının artırılmasını istəyir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlə 2006-cı ildə evlənmişlər. Cavabdehlə aralarında baş vermiş narazılıqlara görə sonradan ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(076)-1980/2018 saylı qətnaməsi ilə cavabdeh X2, uşaqların saxlanması üçün, hər ay 120 manat sabit pul məbləğində aliment tutulması qət edilsə də, hazırda həmin məbləğ azyaşlı uşaqları saxlamaq üçün yetərli deyildir. Belə ki, onun hər hansı gəliri və ya gəlir gətirən əmlakı yoxdur. Azyaşlı uşaqlar orta məktəbdə təhsil alır. Onların təhsil və geyim xərlcəri günü-gündən çoxalır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği azyaşlı uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh isə fərdi əməklə məşğuldur. Əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentlə azyaşlı uşaqların saxlanması mümkün deyil. Mövcud vəziyyətdə uşaqları tək başına saxlaya bilmir. Odur ki iddianın təmin edilərək, 18 noyabr 2006-cı il təvəllüdlü X9 və 27 mart 2009-cu il təvəllüdlü X10 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 250 manat sabit pul məbləğində alimentin tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh X5 məhkəmə iclası zamanı izahatında göstərdi ki, iddiaçı ilə 2006-cı ildə evlənmişdir, bu evlilikdən iki uşaqları doğulmuşdur, iddiaçının valideynlərinin təkidi ilə aralarındakı nikah pozulmuşdur. Boşandıqdan sonra o, torpaq sahəsi alaraq iddiaçının və uşaqlarının yaşaması üçün ev tikdirmişdir və onu normal vəziyyətdə təmir etdirmişdir, Şəmkir Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(076)-1980/2018 saylı qətnaməsi ilə ondan uşaqların saxlanması üçün, hər ay 120 manat tutulur. 18 noyabr 2006-cı il təvəllüdlü Nurcan adlı uşağı artıq yetkinlik yaşına çatmışdır, digər uşağı Gülcan üçün isə hər ay 150 manat məbləğində aliment ödəyə bilər. Hazırda heç yerdə işləmir, imkanı yoxdur və yeni ailə qurmuşdur. Odur ki hazırkı iddia ərizəsinə etiraz etdiyini bildirərək, məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X5 ilə İddiaçı birgə nikahda olduqları zaman 18 noyabr 2006-cı il təvəllüdlü X9 və 27 mart 2009-cu il təvəllüdlü X10 olmaqla iki uşaqları doğulmuşdur. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(076)-1980/2018 saylı qətnaməsinin surətindən görünür ki, 18 noyabr 2006-cı il təvəllüdlü X9 və 27 mart 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2, hər ay, hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh X5 tərəflər arasında mediasiya prosesində iştirak etməmişdir. İşdə olan cavabdeh X5 tərəfindən iddiaya qarşı verilmiş etirazdan görünür ki, cavbdeh 18 noyabr 2006-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatmasını bildirərək habelə hazırda 150 manat aliment ödəmək imkanın olduğunu bildirmiş və 27 mart 2009-cu il təvəllüdlü X1 üçün lazımi şəraitin yaratdığını bildirmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahda olduqları zaman 18 noyabr 2006-cı il təvəllüdlü X9 və 27 mart 2009-cu il təvəllüdlü X10 olmaqla iki uşaqları doğulmuşdur. Ailədaxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Şəmkir Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(076)- 1980/2018 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X2 hər ay, hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından doğulmuş 18 noyabr 2006-cı il təvəllüdlü X7 18 noyabr 2024-cü il tarixdə 18 yaşı tamam olur. Bu səbəbdən məhkəmə hazırkı məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək Nurcan adlı uşağın yetkinlik yaşına çatacağını nəzərə alaraq hesab edir ki, ona münasibətdə təyin edilmiş alimentin məbləğinin artırılmasının heç bir əhəmiyyəti qalmır, bu səbəbdən həmin hissədə iddia tələbi təmin edilməməlidir, həmçinin 27 mart 2009-cu il təvəllüdlü X8 münasibətdə isə iddia tələbi qismən əsaslə olduğundan, qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, 27 mart 2009-cu il təvəllüdlü X8 münasibətdə ödənilən alimentin miqdarının artırılaraq hər ay 200 manat sabit pul məbləği həddində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, uşaq ananın yanında yaşayır və onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, hazırda iddiaçının uşağına ödənilən alimentin miqdarı, uşaq üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay uşaq üçün 120 manat miqdarında aliment müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır və uşağın maddi tələbatlarını təmin etmədiyi açıq–aşkardır. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi azyaşlı uşağın mənafelərinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh X3 yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası MPM–in 112.1.3–cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 27 mart 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018–ci il tarixli 2(076)–1980/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləği həddində müəyyən edilsin və cavabdeh X2 alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh X2 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-3172/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3172/2024
14.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver