Məhkəmə qərarları › İş №2(076)-323/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-323/2023

05.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-323/2023 05.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı ASC cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Zamin və Cavabdeh 25 İyul 2019-cu il tarixli, SHTO-6703JKMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1109,02 (bir min bir yüz doqquz manat iki qəpik) manat, faiz borcuna görə 2,46 (iki manat qırx altı qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1111,48 (bir min bir yüz on bir manat qırx səkkiz qəpik) manat məbləğində pulun və 31,12 (otuz bir manat on iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Şəmkir filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 25 iyul 2019-cu il tarixli, SHTO-6703_KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 2242,52 (iki min iki yüz qırx iki tam yüzdə əlli iki ) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1; 2.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 25 İyul 2019-cu il tarixdə İddiaçı ASC-nin Şəmkir filialı ilə digər cavabdeh(lər) Zamin arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 25 İyul 2019-cu il tarixli, SHTO-6703 KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 25 İyul 2019-cu il tarixli, SHTO-6703_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 25 iyul 2019-cu il tarixli, SHTO-6703_KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 25-dən gec olmayaraq hər ay 38,34 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh-nun 25 İyul 2019-cu il tarixli, SHTO-6703_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 1109,02 (bir min bir yüz doqquz manat iki qəpik) manat, faiz borcuna görə 2,46 (iki manat qırx altı qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1111,48 (bir min bir yüz on bir manat qırx səkkiz qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehlər Zamin və Cavabdeh 25 İyul 2019-cu il tarixli, SHTO-6703_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1109,02 (bir min bir yüz doqquz manat iki qəpik) manat, faiz borcuna görə 2,46 (iki manat qırx altı qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1111,48 (bir min bir yüz on bir manat qırx səkkiz qəpik) manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı ASC-nin Şəmkir filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 25 iyul 2019-cu il tarixli, SHTO-6703_KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 2242,52 (iki min iki yüz qırx iki tam yüzdə əlli iki) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1; 2.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 25 İyul 2019-cu il tarixdə İddiaçı ASC-nin Şəmkir filialı ilə digər cavabdeh(lər) Zamin arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 25 İyul 2019-cu il tarixli, SHTO-6703 KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 25 İyul 2019-cu il tarixli, SHTO-6703_KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 25 iyul 2019-cu il tarixli, SHTO-6703_KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 25-dən gec olmayaraq hər ay 38,34 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 25 iyul 2019-cu il tarixli, SHTO-6703_KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 1109,02 (bir min bir yüz doqquz manat iki qəpik) manat, faiz borcuna görə 2,46 (iki manat qırx altı qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1111,48 (bir min bir yüz on bir manat qırx səkkiz qəpik) manat təşkil edir. İşdə olan 25 iyul 2019-cu il tarixli, SHTO-6703 _KMP saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Şəmkir filialı tərəfindən cavabdeh Zamin illik 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 2242,52 (iki min iki yüz qırx iki tam yüzdə əlli iki ) manat məbləğində cavabdehə kredit verilmişdir. İşdə olan 25 iyul 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Şəmkir filialı ilə digər cavabdeh Zamin arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 25 iyul 2019-cu il tarixli, SHTO-6703 _KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği 1109,02 (bir min bir yüz doqquz manat iki qəpik) manat, faiz borcuna görə 2,46 (iki manat qırx altı qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 1111,48 (bir min bir yüz on bir manat qırx səkkiz qəpik) manat müəyyən edilir. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh və Zamin borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə əsas və faiz borc məbləğlərinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdehə (zaminə) münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında hımin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissəicra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2–ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 25 iyul 2019-cu il tarixli, SHTO-6703 _KMP saylı kredit müqaviləsi üzrə 1109,02 manat əsas, 2,46 manat faiz borcu olmaqla, cəmi 1111,48 (bir min bir yüz on bir manat qırx səkkiz qəpik) manat məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 31,12 (otuz bir manat on iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 1109,02 manat əsas, 2,46 manat faiz borcu olmaqla, cəmi 1111,48 (bir min bir yüz on bir manat qırx səkkiz qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 31,12 (otuz bir manat on iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar