Məhkəmə qərarları › İş №2(076)-324/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-324/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-324/2023 17.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə İddiaçı "xxxx" MMC–nin cavabdeh X4 qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 18 iyul 2021–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 209 manat, cərimə borcu üzrə 31,30 manat olmaqla, cəmi 240,30 manat məbləğində pulun, 09 yanvar 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 1.049,90 manat, cərimə borcu üzrə 157,40 manat olmaqla, cəmi 1.207,30 manat məbləğində pulun və 34,48 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 18 iyul 2021–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən "xxxx" MMC–dən 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 419 manat olan 1 ədəd “Xiaomi” markalı mobil telefonu nisyə almışdır. Cavabdeh borcunu müqavilə üzrə hər ay 35 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa cavabdeh X5 09 yanvar 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən "xxxx" MMC–dən 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 1.049,90 manat olan 1 ədəd “Xiaomi” markalı mobil telefonu nisyə almışdır. Cavabdeh borcunu müqavilə üzrə hər ay 88 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh aldığı məhsullara görə ödəniş etməkdən boyun qaçırmışdır. Nəticədə onun 18 iyul 2021–ci il tarixli ********* saylı müqavilə üzrə ödənilməmiş 209 manat əsas borcu, 09 yanvar 2022–ci il tarixli ********* saylı müqavilə üzrə ödənilməmiş 1.049,90 manat əsas borcu qalmışdır. Eləcə də, nisyə alqı–satqı müqavilələrinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə dəbbə pulu hesablanmış və cavabdehin hər iki müqavilə üzrə 1.887 manat cərimə borcu yaranmışdır. Bununla belə həmin cərimənin 90 faizi güzəşt edilmiş və cavabdeh tərəfindən cərimənin yalnız 10 faizi, yəni 188,70 manat ödənilməsi tələb edilir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qalıq borcunu ödəməmişdir. Odur ki, cavabdeh X2 18 iyul 2021–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 209 manat, cərimə borcu üzrə 31,30 manat olmaqla, cəmi 240,30 manat məbləğində pulun, 09 yanvar 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 1.049,90 manat, cərimə borcu üzrə 157,40 manat olmaqla, cəmi 1.207,30 manat məbləğində pulun və iddia ərizəsi üçün ödənilmiş 34,48 manat dövlət rüsumunun alınıb "xxxx" MMC–nin xeyrinə ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC–yə və cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan 18 iyul 2021–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsindən görünür ki, alıcı adlanan cavabdeh X1 adlanan "xxxx" MMC–dən dəyəri 419 manat olan 1 ədəd “Xiaomi” markalı mobil telefonu nisyə almışdır. Həmin nisyə alqı–satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq alıcı gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə dəbbə pulu ödəyir. İşdə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh X5 18 iyul 2021–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsi üzrə xx.xx.2021–xx.xx.2022–ci il ərzində hər ay 35 manat məbləğində pulu iddiaçı "xxxx" MMC–yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 09 yanvar 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsindən görünür ki, alıcı adlanan cavabdeh X1 adlanan "xxxx" MMC–dən dəyəri 1.049,90 manat olan 1 ədəd “Xiaomi” markalı mobil telefonu nisyə almışdır. Həmin nisyə alqı–satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq alıcı gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 % dərəcəsi ilə dəbbə pulu ödəyir. İşdə olan ödəniş cədvəlindən görünür ki, cavabdeh X5 09 yanvar 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsi üzrə xx.xx.2022–xx.xx.2023–cü il ərzində hər ay 88 manat məbləğində pulu iddiaçı "xxxx" MMC–yə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, cəmiyyətə olan borcu cavabdehə xatırladılaraq ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, cavabdeh X3 xx.xx.2022–ci il tarixədək 18 iyul 2021–ci il tarixli ********* saylı nisyə alqı–satqı müqaviləsi üzrə 209 manat əsas borc, 313 manat cərimə borcu olmlaqla, cəmi 522 manat məbləğində, 09 yanvar 2022–ci il tarixli ********* saylı nisyə alqı–satqı müqaviləsi üzrə 1.049,90 manat əsas borc, 1.574 manat cərimə borcu olmlaqla, cəmi 2.623,90 manat məbləğində borcu vardır. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh X5 18 iyul 2021–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən "xxxx" MMC–dən 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 419 manat olan 1 ədəd “Xiaomi” markalı mobil telefonu nisyə almışdır. Cavabdeh borcunu müqavilə üzrə hər ay 35 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa cavabdeh X5 09 yanvar 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən "xxxx" MMC–dən 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 1.049,90 manat olan 1 ədəd “Xiaomi” markalı mobil telefonu nisyə almışdır. Cavabdeh borcunu müqavilə üzrə hər ay 88 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh aldığı məhsullara görə ödəniş etməkdən boyun qaçırmışdır. Nəticədə onun 18 iyul 2021–ci il tarixli ********* saylı müqavilə üzrə ödənilməmiş 209 manat əsas borcu, 09 yanvar 2022–ci il tarixli ********* saylı müqavilə üzrə ödənilməmiş 1.049,90 manat əsas borcu qalmışdır. Həmçinin, cavabdeh öhdəliyini vaxtında icra etmədiyinə görə ona hər iki müqavilə üzrə cəmi 188,70 manat həcmində dəbbə pulu tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, hər iki müqavilə üzrə əsas borc tam şəkildə cavabdehdən alınıb iddiaçı cəmiyyətə verilməlidir. Bununla belə məhkəmə hesab edir ki, hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, 18 iyul 2021–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsi üzrə cərimə məbləğinin 5 manat, 09 yanvar 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsi üzrə cərimə məbləğinin 10 manat müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 18 iyul 2021–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 209 manat, cərimə borcu üzrə 5 manat olmaqla, cəmi 214 manat məbləğində pul, 09 yanvar 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsinə əsasən əsas borc üzrə 1.049,90 manat, cərimə borcu üzrə 10 manat olmaqla, cəmi 1.059,90 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. Ödənilmiş 34,48 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1–ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 18 iyul 2021–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsi üzrə 209 manat əsas borc, 5 manat cərimə borcu olmaqla, cəmi 214 (iki yüz on dörd) manat, 09 yanvar 2022–ci il tarixli ********* saylı müddətli (nisyə) alqı–satqı müqaviləsi üzrə 1.049,90 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, cəmi 1.059,90 (bir min əlli doqquz manat doxsan qəpik) manat məbləğində pul alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh X2 34,48 (otuz dörd manat qırx səkkiz qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar