Məhkəmə qərarları › İş №2(076)-3258/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3258/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3258/2025 05.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızı, İddiaçı Şəmkir Rayon X1 İstismarı İdarəsinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı Şəmkir Rayon X1 İstismarı İdarəsi Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinə qanunla müəyyən olunmuş dövlət rüsumunun iddiaçı tərəfindən ödənilmədiyi üçün iş məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçı qismində Şəmkir rayon X1 İstismarı İdarəsi tərəfindən verilsədə iddia ərizəsinin sonuncu səhifəsində Şəmkir X1 İstismarı İdarəsinin rəisi Alim Abbasovun və Hüquq və İnsan resursları şöbəsinin məsləhətçisi Aqşin Nəsibovun imzalarının təsdiq olunduğu möhürdə X2 idarəsi Publik Hüquqi şəxsinin rekvizitləri mövcuddur bu halda Şəmkir rayon X1 İstismarı İdarəsinin X2 İdarəsi Publik Hüquqi şəxsinin tabeçiliyində olması müəyyən edilir. X3 Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr məhkəməyə iddia ərizəsiylə müraciət edərkən dövlət rüsumunu ödəməkdən azaddır. Normanın məzmunundandan göründüyü kimi dövlət rüsumunu ödəməkdən büdçə təşkilatları və bələdiyyələr azaddır həmin normada xüsusi olaraq Publik Hüquqi şəxslər və onlara tabe qurumların adı qeyd edilməmişdir. Publik Hüquqi şəxslər Haqqında qanun 2.2-ci maddəsinə əsasən Publik hüquqi şəxs - dövlət və bələdiyyə adından yaradılan, ümumdövlətvə (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Qeyd olunan maddənin məzmunundan aydın olur ki, Publik Hüquqi şəxslər dövlət orqanı və ya bələdiyyə statusuna malik deyilər Publik Hüquqi şəxs dövlət və ya bələdiyyə adından yaradılsada dövlət büdcəsindən maliyyələşmirlər. Publik Hüquqi şəxslər haqqında qanun 7.2-ci maddəsinə əsasən Publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər. Nəzərə alınmalıdır ki, sözügedən normada Publik Hüquqi şəxslərin maliyyəşməsi dövlət və ya yerli büdcədən ayrılan vəsait hesabına formalaşa bilər ifadəsi nəzərdə tutulsa da, bu norma Publik Hüquqi şəxsləri dövlət büdçəsindən maliyyələşən orqan statusu vermir belə ki, həmin maddədə Publik Hüquqi şəxslərin büdcə təşkilatı olması birbaşa qeyd olunmamışdır eyni zamanda dövlət büdcəsindən vəsait almaq hüququ qurumun hüquqi statusunu dəyişmir Publik Hüquqi şəxslər yenədə dövlət orqanı və ya büdcə təşkilatı deyi sadəcə büdcə vəsaiti alan hüquqi şəxsdir habelə qeyd edilən normanın imperativ deyi dispozitiv xarakterli olması onu dəməyə əsas verirki Publik Hüquqi şəxslərə büdçə vəsaiti bəzi hallarda ayrıla bilər bu isə ona dəlalət edir ki Publik Hüquqi şəxslər birbaşa olaraq büdçədən maliyyələşən büdçə təşkilatı deyilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki,iddiaçı Şəmkir X1 istismarı İdarəsi X3 Qanunun 9.1.14-cü maddəsinin təsir dairəsinə düşə bilməz. Azərbaycan Respublikası MPM-in 108.1.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. “X3” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrinin verilməsi zamanı dövlət rüsumu tutulur. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 267, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Şəmkir Rayon X1 İstismarı İdarəsinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar