Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3267/2024 12.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi zərər tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 5680.79 manat məbləğində maddi zərərin və 77 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Yeni Abad kəndində yaşayır. Cavabdeh əvvəllər tanımamışdır. 23 iyun 2022-ci il tarixdə saat 21 radələrində Gədəbəy rayonu Armudlu kəndindən Şəmkir rayonu Yeni Abad kəndində yaşadıqları evə gələrkən, Şəmkir rayonu Yeni Abad kəndi ərazisində avtomobildən düşüb özünə məxsus çantaları əlinə götürüb yolun solundan sağına doğru əks istiqamətdə yolu keçmək istəyən zaman sonradan adı ona məlum olan Cavabdeh idarə etdiyi “Ford Transit yük” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu vuraraq ona qapalı kəllə-beyin travması, təpə nahiyəsinin və sağ periorbital nahiyənin dərialtı hematoması, sağ maksiyar sinusun ön divarının xətti sınığı, alt dodağın və çənəaltı nahiyənin əzilmiş yaraları, baş beyinin orta dərəcəli əzilməsi, qarının qapalı küt travması, qaraciyərin intraparenximatoz hematoması, qaraciyərin və sağ böyrəyin laserasiyası, daxili qanaxma, sağ bud sümüyünün qapalı, qəlpəli yerini dəyişmiş sınığı, sol əlin arxa səthinin sıyrığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. O, aldığı xəsarətlərə görə dərhal X1 Mərkəzinə yerləşdirilmiş və 12 gün orada müalicə aldıqdan sonra yaşadığı evə müalicəsini davam etdirmək üçün buraxılmışdır. Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib Şəmkir Rayon Məhkəməsinin 1(076)-89/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hadisə nəticəsində o, aldığı ağır bədən xəsarətlərinə görə ilk 12 gün X1 Mərkəzində, daha sonra isə ev şəraitində müalicələr almışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona maddi ziyan dəymişdir. Belə ki, X1 Mərkəzində stasionar və ambulator müalicə olunduğum müddətdə onun müayinə və müalicələri üçün 9064.95 manat məbləğində ödənişlər edərək, xərc çəkmişdir. Həmin ödənişlərdən Cavabdeh tərəfindən 30 iyun 2022-ci il tarixdə 3484.16 manat məbləğində pul X1 Mərkəzinə ödənilmişdir. Qalan məbləğdə ödənişlər, hətta müalicələri üçün alınan dərmanların xərcini onun ailəsi çəkmişdir. Dəfələrlə cavabdehə müraciət etsələr də, cavabdeh onun müalicə və müayinələri üçün artıq xərc çəkməyəcəyini bildirərək, imtina etmişdir. Artıq yol nəqliyyat hadisəsindən iki ildən çox müddət keçməsinə baxmayaraq onun müalicələri hələ də davam edir. 25 iyun 2024-cü il tarixdə isə X2 müayinə olunaraq ümumilikdə 100 manat ödəniş etmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində onun sağlamlığına dəymiş maddi zərərin məbləğindən 5680.79 manat pul cavabdeh tərəfindən ona ödənilməmişdir. Halbuki, o, cavabdehin təqsiri ucbatından baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarətləri alaraq, sağlamlığından məhrum olmuşdur. Lakin, cavabdeh ona vurduğu maddi zərərin 5680.79 manat hissəsini ona ödəməkdən imtina edir. Hesab edir ki, onun ağır bədən xəsarətləri alması nəticəsində sağlamlığına dəymiş maddi zərər bilavasitə cavabdehin hüquqazidd əməlləri nəticəsində vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən, ona dəymiş maddi zərərin əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, Cavabdeh 5680.79 (beş min altı yüz səksən manat yetmiş doqquz qəpik) manat maddi zərərin və 77 (yetmiş yeddi) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, dəfələrlə cavabdehdən ona vurduğu maddi zərəri ödəməsini tələb etsə də, sonuncu ziyanını ödəməkdən imtina etmişdir. Halbuki, cavabdehin cinayət əməli nəticəsində ona maddi zərər vurması öz təsdiqini tapmış və o, məhkəmənin müvafiq hökmü ilə cəzaya məhkum edilmişdir. Cavabdeh hətta ondan ödəniş qəbzlərini götürərək, ona ödəniləcək, sığorta pulunu da mənimsəmişdir. Cavabdeh ona vurduğu maddi ziyanı ödəmədiyinə görə cinayət işinə baxılarkən də ondan şikayətçi olmuşdur. Hesab edir ki, cavabdeh ona vurduğu maddi zərərin ödənilməmiş hissəsi olan 5680.79 manat məbləğində maddi zərəri və 77 manat dövlət rüsumunu ödəməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddianı müdafiə edərək, İddiaçı izahatına uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh iddia tələbini qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, 23 iyun 2022-ci il tarixdə törətdiyi yol nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib Şəmkir Rayon Məhkəməsinin 1(076)-89/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hazırki iş üzrə İddiaçı həmin iş üzrə zərərçəkmiş şəxsdir. İddiaçıya aldığı bədən xəsarətləri nəticəsində dəymiş maddi ziyanı ödəmişdir. Lakin, iddiaçıya dəymiş maddi ziyanın məbləği və iddiaçının müalicə və müayinəsi üçün hansı məbləğdə pul ödəməsini dəqiq xatırlamır, təqdim olunmuş qəbzlərdə həmin məblğ qeyd olunmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, qanuni qüvvəyə minmiş məhkəmə qərarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(076)– 89/2024 saylı hökmündən görünür ki, Cavabdeh 23 iyun 2022-ci il tarixdə, saat 21 radələrində texniki cəhətdən saz vəziyyətdə olan ƏN-V N 859247 nömrəli, xx.xx.2021-ci il tarixli “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə” və AE 344831 nömrəli, xx.xx.2019-cu il tarixdə verilmiş “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Ford tranzit yük” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir-Kür avtomobil yolunun Yeniabad kəndinin ərazisindən keçən hissəsinin 1-ci kilometrliyində, Şəmkir rayonu Kür qəsəbə istiqamətinə saatda 50 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti hhaqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və metroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda Qanununun qeyd olunan tələblərinə riayət etməyərək, həmin vaxt yolu ona tərəf hərəkət zolağında soldan sağa doğru istiqamətdə keçmək istəyən piyada İddiaçı vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş İddiaçı qapalı kəlləbeyin travması, təpə nahiyəsinin və sağ periorbital nahiyənin dərialtı hematoması, sağ maksiyar sinusun ön divarının xətti sınığı, alt dodağın və çənəlatı nahiyənin əzilmiş yaraları, baş beyinin orta dərəcəli əzilməsi, qarının qapalı küt travması, qaraciyərin intraparenximatoz hematoması, qaraciyərin və sağ böyrəyin laserasiyası, daxili qanaxma, sağ bud sümüyünün qapalı, qəlpəli, yerini dəyişmiş sınığı, sol əlin arxa səthinin sıyrığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İşdə olan X1 Mərkəzi tərəfindən verilmiş hesab vərəqələrindən görünür ki, ödənişlə xəstə İddiaçı müayinə və müalicəsi üçün xx.xx.2022-ci ildə 197.80 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 525.00 manat, xx.xx.2022-ci il tarixdə 323.99 manat, xx.xx.2022-ci il tarixdə 25.00 manat, xx.xx.2022-ci il tarixdə 40.00 manat, xx.xx.2022-ci il tarixdə 35.00 manat, xx.xx.2022-ci il tarixdə 4294.00 manat, xx.xx.2022-ci il tarixdə 3484.16 manat xidmət haqqı ödənilməsi qeyd edilmişdir. İşdə olan X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı həkim müayinəsi üçün 40 manat, bud sümüyünün rentgen müayinəsi üçün 60 manat pul ödənilmişdir. İşdə olan X1 Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 444 saylı arayışdan görünür ki, İddiaçı 24 iyun 2022-ci il tarixdən 23 yanvar 2023-cü il tarixədək X1 Mərkəzində müayinə və müalicə olunmuş və həmin müddətdə müayinə və müalicə üçün 9244 (doqquz min iki yüz qırx dörd) manat ödəniş etmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, "xxxx" MMC-nə İddiaçı xidmət göstərilməsi üçün xx.xx.2022-ci ildə 4300 manat, xx.xx.2022-ci ildə 4700 manat, xx.xx.2022-ci ildə 35 manat, xx.xx.2022-ci ildə 25 manat, xx.xx.2022-ci ildə 40 manat və xx.xx.2022-ci ildə 482 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh 23 iyun 2022-ci il tarixdə, saat 21 radələrində texniki cəhətdən saz vəziyyətdə olan ƏN-V N 859247 nömrəli, xx.xx.2021-ci il tarixli “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə” və AE 344831 nömrəli, xx.xx.2019-cu il tarixdə verilmiş “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Ford tranzit yük” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir-Kür avtomobil yolunun Yeniabad kəndinin ərazisindən keçən hissəsinin 1-ci kilometrliyində, Şəmkir rayonu Kür qəsəbə istiqamətinə saatda 50 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti hhaqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, həmin vaxt yolu ona tərəf hərəkət zolağında soldan sağa doğru istiqamətdə keçmək istəyən piyada İddiaçı vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş İddiaçı qapalı kəllə-beyin travması, təpə nahiyəsinin və sağ periorbital nahiyənin dərialtı hematoması, sağ maksiyar sinusun ön divarının xətti sınığı, alt dodağın və çənəlatı nahiyənin əzilmiş yaraları, baş beyinin orta dərəcəli əzilməsi, qarının qapalı küt travması, qaraciyərin intraparenximatoz hematoması, qaraciyərin və sağ böyrəyin laserasiyası, daxili qanaxma, sağ bud sümüyünün qapalı, qəlpəli, yerini dəyişmiş sınığı, sol əlin arxa səthinin sıyrığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh həmin əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmuş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(076)–89/2024 saylı hökmü əsasında Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. Ona görə də hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərə görə “X1 Mərkəzi”ndə 24 iyun 2022-ci il tarixdən 23 yanvar 2023-cü il tarixədək X1 Mərkəzində müayinə və müalicə olunmuş və həmin müddətdə müayinə və müalicə üçün 9244 (doqquz min iki yüz qırx dörd) manat ödəniş etmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək, onun müalicə və müayinəsi üçün çəkdiyi xərclərdən cavabdeh tərəfindən ona 5680.79 manat pulun ödənilmədiyini, hazırda həmin məbləğdə pulu tələb etdiyini, Cavabdeh isə iddiaçıya vurduğu maddi ziyanı ödədiyini bildirmişdir. Azərbaycan Respublikası CPM–in 65.4–cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub–olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası MPM–in 82.4–cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub–olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh cinayət hadisəsi törətməsinə görə təqsirli bilinərək cinayət məsuliyyətə cəlb olunmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Məhkəmə araşdırması zamanı Cavabdeh İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərə görə müalicəsi üçün çəkilmiş xərcləri ödədiyini qeyd edərək, ödəniş qəbzlərini məhkəməyə təqdim etmiş olsa da, həmin qəbzlərdən görünür ki, ödəniş edilməsi ilə bağlı sifarişçi kimi İddiaçı qeyd edilmiş, həmçinin cavabdeh iddiaçıya dəymiş maddi ziyanın məbləği və özünün iddiaçının müalicə və müayinəsi üçün hansı məbləğdə pul ödəməsini dəqiq xatırlamadığını bildirmişdir. Cavabdeh iddiaçıya vurduğu maddi ziyanı tam şəkildə ödəməsi barədə mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə nəzərə alır ki, iddiaçı müalicə və müayinələrə çəkdiyi xərcin bir qisminin cavabdeh tərəfindən ödənilməsini səmimi şəkildə qeyd etmiş, bu isə onu deməyə əsas verir ki, iddiaçı iddiasında haqlıdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 5680.79 manat məbləğində maddi zərər və 77 manat dövlət rüsumu alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh maddi zərərə görə 5680.79 (beş min altı yüz səksən manat yetmiş doqquz qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 77 (yetmiş yeddi) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-3267/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3267/2024
12.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver