Məhkəmə qərarları › İş №2(076)-3295/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3295/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3295/2025 30.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 890 manat məbləğində pulun alınması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2014–cü ilin noyabr ayında həmkəndlisi Cavabdeh və onun həyat yoldaşı X1 ona müraciət edərək kredit götürmək istədiklərini, onun zamin durmasını xahiş etmişlər. O, razılaşmış və xx.xx.2014–cü il tarixdə Accessbankdan cavabdehin adına 4.000 manat kredit götürülmüşdür. Cavabdeh və əri bank qarşısında öhdəliklərini yerinə yetirəcəklərini bildirmişlər. 2020–ci ilin iyul ayında o, özünə kredit götürmək istəmiş, lakin onun zamin kimi öhdəliyi olduğundan ona kredit verilməmişdir. Bundan sonra cavabdehə müraciət edərək bu barədə onlara demiş və qalan 1.000 manat borcu bağlamasını xahiş etmişdir. Lakin cavabdeh və əri ondan xahiş etmişdir ki, həmin pulu o, ödəsin və tez zamanda onun borcunu qaytarmağa söz vermişlər. Bu barədə cavabdeh və əri Rasim Nəsirov yazılı iltizam yazmışlar. Bundan sonra cavabdehin 1.000 manat kredit borcunu xx.xx.2020–ci il tarixdə ödəmişdir. Lakin cavabdeh 5 il müddətində ona cəmi 110 manat pul qaytarmış, qalan 890 manatı dəfələrlə tələb etsə də, qaytarmaqdan yayınmışdır. Odur ki, Cavabdeh 890 manat pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı məhkəmə iclası zamanı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə Accessbank arasında bağlanmış xx.xx.2014–cü il tarixli kredit müqaviləsinin təminatı kimi zamin durmuşdur. Lakin cavabdeh öhdəliyinə əməl etməmiş və bankın borcunu ödəməmişdir. 2020–ci ilin iyul ayında o, özünə kredit götürmək istəmiş, lakin onun zamin kimi öhdəliyi olduğundan ona kredit verilməmişdir. Bu səbəbdən cavabdehə müraciət etmiş, sonuncu isə maddi imkanının olmadığını, qalıq qalmış 1.000 manat borcun onun tərəfindən ödənilməsini xahiş edərək, qısa zamanda borcu qaytaracağına dair söz vermişdir. Bundan sonra o, cavabdehin banka olan 1.000 manat borcunu ödəmişdir. Cavabdeh və əri Rasim Nəsirov yazılı iltizam verərək 1.000 manat pulu ödəyəcəklərini bildirsələr də, bugünədək cəmi 110 manat ödəmiş, qalan 890 manatı ödəməkdən boyun qaçırmışlar. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh 890 manat pulun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC–yə məxsus mədaxil orderindən görünür ki, müştəri Cavabdeh 1.000 manat kredit məbləği xx.xx.2020–ci il tarixdə ödənilmişdir. İşdə olan və "xxxx" ASC tərəfindən xx.xx.2020–ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2014–cü il tarixdə 4.000 manat məbləğində kredit verilmiş, İddiaçı zamin qismində çıxış etmişdir. Hazırda onun "xxxx" ASC qarşısında heç bir öhdəliyi yoxdur. İşdə olan, Cavabdeh və X1 tərəfindən xx.xx.2025–ci il tarixdə yazılmış iltizamdan görünür ki, Cavabdeh xx.xx.2014–cü il tarixdə "xxxx" ASC–dən 4.000 manat məbləğində kredit götürmüş, İddiaçı zamin tutaraq ona 1.000 manat ziyan vurmuşlar. Həmin 1.000 manat pulu İddiaçı öz vəsaiti hesabına ödəmişdir. Bugünədək Mahirə 110 manat pul vermişlər, qalan 890 manatı 2025–ci ilin mart ayından başlayaraq hər ay 200 manat ödəməyi öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə işdə olan sənədlərin müqayisəli təhlili nəticəsi ilə müəyyən etdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2014–cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 4.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi İddiaçı ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və o, zamin durmuşdur. Lakin borclu Cavabdeh öhdəliyinə lazımınca əməl etməmiş və banka olan borcunu tam şəkildə ödəməmiş, nəticədə cavabdehin banka borcu yaranmışdır. Cavabdeh banka olan borcunu ödəmədiyindən iddiaçı zamin kimi banka 1.000 manat pul ödəmişdir. Cavabdeh həmin pulun bir hissəsini iddiaçıya qaytarsa da, qalan 890 manatı qaytarmamışdır. Nəticədə iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1–ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2–ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə, yəni 890 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki–Prosessual Məcəlləsinin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki–Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin yaranmış borcunu zamin qismində banka ödəməsi sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası əsaslı hesab edilərək təmin edilməli və Cavabdeh 890 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki–Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki–Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 890 (səkkiz yüz doxsan) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar