Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-331/2023 19.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən 15.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ildə özünə məxsus istilikxananı sökdürəndə cavabdehlər ondan 46 ədəd fermanı 15.000 manat müqabilində istəmiş və yaxın zamanda pulunu qaytaracaqlarını demişlər. O da cavabdehlərə 46 ədəd ferma vermişdir. Lakin cavabdehlər müxtəlif bəhanələrlə onun pulunu verməkdən boyun qaçırmışlar. Hazırda ona məxsus materialları cavabdehlərə məxsus fərdi yaşayış evlərinin talvarındadır. Bu səbəbdən məhkəməyə müraciət etmiş və cavabdehlərdən 15.000 manat məbləğində pulunu istəyir. Odur ki, cavabdehlərdən 15.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs 2020-ci ildə özünə məxsus istilikxananı sökdürəndə cavabdehlər ondan 46 ədəd fermanı 15.000 manat müqabilində istəmiş və yaxın zamanda pulunu qaytaracaqlarını demişlər. Cavabdehlər iddiaçının həmkəndliləri olduğundan onlara etibar etmiş və 15.000 manat dəyərində 46 ədəd fermanı cavabdehlərə nisyə vermişdir. Lakin cavabdehlər vədlərinə əməl etməmiş və təmsil etdiyi şəxsin pulunu qaytarmaqdan yayınmışlar. Dəfələrlə iddiaçı borcunu tələb etsə də, cavabdehlər müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırmışlar. Bu hal da onu göstərir ki, cavabdehlər iddiaçının etibarından sui– istifadə edərək, onu əlverişsiz vəziyyətə salmış, pulunu mənimsəyərək qaytarmamışlar. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, cavabdehlərdən 15.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, 2020-ci ildə iddiaçıya məxsus istilikxananı sökmüş, iddiaçı isə əmək haqqı əvəzinə ona 36 ədəd ferma və 11 ədəd 6 metrlik 100-lük turba vermişdir. Hazırda iddiaçı əsassız şəkildə ona qarşı iddia qaldırmışdır. Belə ki, iddiaçı ona hər hansı material satmamış, qeyd etdiyi materialları isə istilikxanada işləməsinə görə verəcəyi əmək haqqı əvəzinə vermişdir. Hesab edir ki, iddiaçı heç bir sübuta əsaslanmadan ona qarşı iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 iştirak etdiyi məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı ona heç bir ferma verməmiş, ümumiyyətlə onlar arasında belə bir hal, söhbət baş verməmişdir. Cavabdeh1la iddiaçının arasında nə baş verməsindən, ferma ilə bağlı aralarında hansı hadisənin olmasından heç bir məlumatı yoxdur. Hazırda iddiaçının ona qarşı hansı əsasla iddia qaldırması anlamamışdır. Hesab edir ki, iddiaçı heç bir sübuta əsaslanmadan ona qarşı iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 iyun 2023-cü il tarixli 9/2086 saylı ekspert rəyindən görünür ki, 1 ədəd fermanın dəyəri 100 manat, 6 metrlik 100-lük turbanın bir metri 10 manat, ümumilikdə 60 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehlərə 15.000 manat məbləğində 46 fermanın nisyə verilməsini, həmin pulun cavabdehlər tərəfindən qaytarılmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatının təhlili nəticəsi ilə müəyyən etdi ki, iddiaçı Cavabdeh1 nisyə ferma vermiş, cavabdeh isə həmin pulu qısa zamanda qaytaracağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh pulu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Lakin həmin fermanın cavabdehə əmək haqqı əvəzinə verilməsi, eləcə də Cavabdeh2 da nisyə ferma verilməsi ilə bağlı tərəflərin izahatları ziddiyətli olmuşdur. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində, nümayəndəsi isə məhkəmə iclası zamanı cavabdehlərə 15.000 manat dəyərində 46 ədəd fermanı nisyə verməsi faktını sübut edə bilməmiş və bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə borc məbləğini iddiaçının tələb etdiyi həcmdə, yəni 15.000 manat deyil, yalnız Cavabdeh1 etiraf etdiyi və işin müəyyən edilmiş halları ilə təsdiq olunmuş miqdarda, yəni 36 ədəd ferma və 11 ədəd 6 metrlik 100-lük turbanın dəyəri miqdarında və Cavabdeh1 münasibətdə qismən əsaslı hesab edir. Həmçinin, məhkəmə qeyd edir ki, Cavabdeh1 mübahisəli fermanın və turbanın ona əmək haqqı müqabilində verilməsini iddia etsə də, həmin halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizə şəklində həmin materialların ona əmək haqqısının əvəzində verilməsini bildirmişdir. Eləcə də, iddiaçı digər Cavabdeh2 nisyə ferma verməsini iddia etsə də, həmin halla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin cavabdeh iddiaya cavab verməli olan şəxs deyil və ona münasibətdə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı–satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı 36 ədəd fermanı və 11 ədəd 6 metrlik 100-lük turbanı Cavabdeh1 mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcunu iddiaçıya ödəməmişdir. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567–ci maddəsində göstərilmişdir ki, alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bununla belə məhkəmə hesab edir ki, iddia tələbi qismən, yəni 4.260 manat məbləğində təmin edilməlidir. Belə ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 iyun 2023-cü il tarixli 9/2086 saylı ekspert rəyi ilə 1 ədəd fermanın dəyəri 100 manat, 6 metrlik 100-lük turbanın bir metri 10 manat, ümumilikdə 60 manat müəyyən edilmişdir. Belə olan halda 36 ədəd fermanın və 11 ədəd 6 metrlik 100-lük turbanın ümumi dəyəri 4.260 manat təşkil edir və məhkəmə iddianı həmin miqdarda və Cavabdeh1 münasibətdə qismən əsaslı hesab edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 4.260 manat məbləğində 36 ədəd fermanı və 11 ədəd 6 metrlik 100-lük turbanı İddiaçı nisyə alması, lakin həmin pulu qaytarmaması sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən əsaslı hesab edilərək qismən təmin edilməli, Cavabdeh1 4.260 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, cavabdehin vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 4.260 (dörd min iki yüz altmış) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh1 135 (bir yüz otuz beş) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilnməsin. Cavabdeh1 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-331/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-331/2023
19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver