Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3357/2025 06.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Eminbəyli Firuzə Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh onun xeyrinə 7000 manat məbləğində pulun, 3000 manat mənəvi ziyanın və 120 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun əmək qabiliyyəti olmadığına görə o 2-ci qrup əlilidir. xx.xx.2024-cü il tarixdə Toyota Prius maşını axtarırdı. İllərlə əziyyətlə pul yığmışdı. Özünə Tukson markalı maşın almışdır. Vəli ona Tuksonunu məcburi qaydada satdırdı ki, ona ekonom Toyota maşını getirəcəkdir. Dəfələrlə ona Toyota maşını göstərmiş, çox yararasız vəziyyətdə olduğundan gördüklərini bəyənməmişdir. Ona yaxşi vəziyyətdə Toyota maşın gətirəcəyinə söz vermişdir. Sonra onda olan Kia Serento minik markalı 77PX036 nömrə nişanlı maşını ona müvəqqəti sürməyə vermişdir. Çünki ondan Toyotaya gətirəcəyinə görə 7.000 manat pul almışdır. O sabahsı günü xx.xx.2024-cü il tarixdə maşınan çox pis səs küy gəldiyini eşidərək maşını usdalara göstərmişdir. Etibarnamə bir neçə günlük sürmək üçün vermişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Ayın 19-da maşını Babəkdə Şəhriyar adlı ustaya göstərmişdir. Dedi 8 dənə səhvi var. Həmin an Vəliyə zəng etmiş və Vəli ona maşının yaxşı vəziyyətdə olmasını demişdir. O, ustadan sonra ayın 20-də “555 Servizdə” Şirin adlı ustanın köməkçisi və özü baxmışdır. Maşının mator və karopkası çox yararsız veziyyətdə olduğunu demişlər. Yağı saxlamir axidir demişlər. Ordanda Vəliyə telefonla zəng edib onun pulunu təcili qaytarmasını tələb etmişdir. Belə ki, maşın yararsız olduğundan o sürməyə qorxmuşdur. Bütün ustalar maşının nasaz və sürülməsi təhlükəli olduğunu ona bildirmişlər. Bu halları o dəfələrlə zəng edib Vəliyə demişdir. Həmin ustalar telefonla Vəli ilə danışıb problemləri ona demişlər, lakin Vəli maşınının matorunun 20 gün öncə vurduğunu və ona yenidən mator qoydurduğunu demişdir. Maşının nasaz olduğunu dəfələrlə Vəliyə demişdir. Vəli onun əlində pul olduğundan və etibarından sui istifadə edərək onu aldadaraq əvəzində Toyota Prius gətirəcəyini deyərək pulları onu aldadaraq, yalan vədlər verərək almışdır. Təxminən bir neçə gün sonra o maşınla getdiyi yerdə körpünün üstündə maşın söndü, ustalara zeng edib maşının söndüyünü demiş yanan təhlükəli işiqların yandığını bildirərər yolda qaldığını demişdir. Bildirir ki, o Ağır gedişli ASMA bronxit və eyni zamanda başqa xəstəliklərdən illərdir əziyyət çəkən 2-ci qrup əlilidir. Ona əsəb, stres, gərginlik, qorxu bu kimi hallar olmaz. Yolda rolda qalan bir Tənha qadın kimi çox psixoloji sarsıntı keçirmiş, yolun ortasında qalmış, bir neçə saat həyatı təhlükədə olmuşdur. Maşın heç bir hərəkət etməmişdir. Digər maşınların gedişatına təhlükələr yaratmış və özüdə pis qorxudan təhlükəli vəziyyətdə qalmışdır. Bir təhər zülmlə maşını Vəliyə yaxın ünvana aparmış, açarı Vəlinin oğluna vermişdir. Maşın yararsız və heç bir hərəkət etmir deyə Vəlinin oğlu Röyala maşının açarını vermişdir. Maşını təmir etmələrini demişdir. Üstünən bir gün keçəndən sonra gəlmiş, maşının ustaya göstərilmədiyini görmüş və maşının içərisində ona məxsus əşyalarını tapmamışdır. Sonunda onun əşyaları tapılmamış və aldadaraq alınan pulu geri qaytarılmamışdır. O Vəlidən dəfələrlə pulunu istədikdə onun başına təhlükəli oyunlar açacaq deyərək onu hədələmişdir. Açıq aydın onu təhqirlər edərək onu və övladlarını hədələmişdir, nalayiq ifadələr söyüşlər işlətmişdir. O bu təhdidlərdən qorxaraq 18 saylı polis bölməsinə gedərək ərizə yazıb şikayət etmişdir. Təyyar müəllim ərizəni almış, qısa zamanda məsələ həll olacaq deyərək onu inandırmışdır. Bir neçə gün sonra sahə müvəkkili Ruslan onu yığaraq onu hədələmişdir. Vəlidən pul istəsə ona cinayət işi açaçağını bildirmişdir. Onu təhqir və təhdid etmişdir. O Vəliyə dəfələrlə zəng etsə də onu kobud sözlərlə söyüb təhqir etdiyindən onun səhhətində əsəb və stresdən ciddi problemlər yaranmışdır. Buna sübut olaraq 2 saylı Sumqayıt Klinik Xəstəxanasına ağır vəziyyətdə kəskin boğulmaları tutmuşdur. Bildirir ki, onun sağlamlığına qəsdən ziyan vurmuşlar. O 5 gün ağır travmalar almışdır. Bu barədə sübutları iddia ərizəsinə əlavə etmişdir. Nə qədər müalicələrə xərci çıxmışdır. Taksilərə, yol maşınlarına, iynə dərmanlara o çox miqdarda pul sərf etmişdir. Həmin məbləğ onun dolanışıq və maddi vəziyyətinə görə 2 əlil usaqlı ana üçün yetərincə çox məbləğdir. O və övladları bu hallardan çox pis sarsıntılar çəkmişlər. İddiaçının nümayəndəsi (vəkil) Nümayəndə EMİS vasitəsilə məktub göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək əlavə sübutların toplanılması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5–ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş portal çıxarışından görünür ki, İddiaçı əmək qabiliyyəti olmadığına görə 2-ci qrup əlilidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yaşayan İddiaçı 18-ci PŞ-nə ərizə ilə müraciət edərək, «Toyota Prius» markalı avtomobilin sifarişi üçün Cavabdeh 7000 manat pul verdiyini, Cavabdeh ona «Toyota prius» markalı avtomobilin əvəzinə «KİA Sorento» markalı avtomobil gətirib, təhvil veridiyini, o, avtomobili 2 gün idarə etdikdən sonra, mühərrikində problem yaranması səbəbilə avtomobili Cavabdeh qaytardığını və buna baxmayaraq Cavabdeh ondan almış olduğu 7000 manat pulunu geri qaytarmadığını bildirmişdir. Qararın təsviri hissəsində göstərilənlər nəzərə alınaraq ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş məktubdan görünür ki, “RAİ AVTO LİZİNQ“ MMC-yə məxsus olan buraxılış BB477457 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Kia Sorento minik, Tip - Universal, Rəngi Qara, Buraxılış ili - 2009, BAN-5XYKTCA1XBG002375 olan markalı ** PX *** nömrə nişanlı minik avtomobilini xx.xx.2023-cü il tarixli N-022 saylı daxili lizinq müqaviləsi əsasında “RAİ AVTO LİZİNQ“ MMC ilə Cavabdeh AZE 07683326 arasında müqavilə imzalanmışdır. Aylıq ödənişləri qrafiq üzrə ayda 733 (yeddi yüz otuz üç) manat xx.xx.2024-cü il tarixinədək ödəmişdir. İş materiallarına əlavə edilmiş CD diskdən görünür ki, İddiaçı Cavabdeh ondan aldığı 7000 manatı tələb etmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 106.4. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olduğu halda, borc müqaviləsinin yazılı formada bağlanılması imperativ şəkildə göstərilmişdir. Cavabdehin iddiaçıya aldığı pul vəsaitlərini qaytaracağına dair hər hansı bir öhdəlik götürməsi barədə işdə heç bir sübut yoxdur. Onlar arasında öhdəlik və ya borc münasibətləri yaranmamışdır. Ona görə iddiaçının cavabdehdən pul vəsaitinin qaytarılması ilə bağlı iddiaya borc münasibətləri çərçivəsində baxılması yolverilməzdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092-ci maddələri təşkil edir. Məhkəmə iddia tələbinin mənəvi ziyana görə kompensasiya tutulması hissəsini də aşağıda qeyd olunanlar baxımından əsaslı hesab etmir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi,bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Odur ki, iddia tələbi mənəvi ziyan hissəsində əsassız olduğundan iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş ki, İddiaçı Cavabdeh “Toyota Prius” markalı avtomobili almaq üçün əvvəlcədən 7000 manat pul vermiş, sonradan Vəli Abdullayev ona müəyyən olunmuş avtomobili satmamış, İddiaçı isə verdiyi pulu tələb etsə də, pulu qaytarmqadan imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 7000 manat pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pulun və ya onun bir hissəsinin qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia qismən təmin edilməli, 7000 (yeddi min) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumunun 90 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul və 90 (doxsan) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-3357/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3357/2025
06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver