Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-336/2023 28.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi ziyana görə 1.500 manat pulun və ödənilmiş 36 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi avtomobil dəmirçisi kimi tanımışdır. xx.xx.2022–ci il tarixdə saat 15 radələrində idarə etdiyi Niva markalı, 21–BJ–228 dövlət qeydiyyat nişanlı avtomobillə qəza törətmiş, bundan sonra avtomobilini cavabdehin yanına aparmışdır. Cavabdeh avtomobilin müəyyən detallarını aldırmış, həmçinin özünə pul istəmişdir. Ümumilikdə avtomobilə 1.600 manat xərc çəkmişdir. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh avtomobilin detallarını düzgün yerləşdirməmiş, onu təmir etməmiş, əksinə avtomobilə zərər vurmuşdur. Bundan sonra cavabdehlə birlikdə avtomobili başqa ustanın yanına aparmış, cavabdeh həmin ustanın pulunu və avtomobilin detallarını özü alacağını bildirmişdir. Lakin cavabdeh ona vurduğu ziyanı ödəməmiş, bu səbəbdən şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Bundan sonra cavabdeh ona cəmi 100 manat pul ödəmişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh qalan 1.500 manat pulu ödəməmişdir. Odur ki, Cavabdeh vurulmuş maddi ziyana görə 1.500 manat pulun və ödənilmiş 36 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx.xx.2022–ci il tarixdə saat 15 radələrində Şəmkir şəhəri Kraz yolu yaşayış massivində idarə etdiyi Niva markalı, 21–BJ–228 dövlət qeydiyyat nişanlı avtomobillə yol–nəqliyyat hadisəsi törətmiş, nəticədə idarə etdiyi avtomobil zədələnmişdir. Bu səbəbdən avtomobili təmir etmək üçün cavabdehin yanına aparmışdır. Cavabdeh avtomobilə baxdıqdan sonra 500 manat müqabilində avtomobilin təmiri ilə bağlı razılaşmış və avtomobili cavabdehə təhvil vermişdir. Bir müddət sonra cavabdeh avtomobilin hazır olmasını demiş, o da sonuncunun yanına gedərək avtomobili götürmək istəmişdir. Lakin avtomobilin tam şəkildə təmir olunmadığını, detalların düzgün durmamasını görmüş, bu səbəbdən cavabdehdən avtomobili yenidən təmir etməsini tələb etmişdir. Cavabdeh isə avtomobili əlavə təmir edə bilməyəcəyini deyərək ona 100 manat pul qaytarmış, bundan sonra avtomobili cavabdehlə birlikdə başqa ustanın yanına aparmışdır. Beləliklə də avtomobilini başqa ustalar təmir etmiş və o, əlavə xərcə düşmüşdür. Ümumilikdə avtomobilin təmir–bərpa işlərinə 1.600 manat xərc çəkmişdir. Hesab edir ki, cavabdehin təqsiri üzündən, yəni cavabdehin onun avtomobilini düzgün təmir etməməsi səbəbindən başqa ustalara pul vermək məcburiyyətində qalmışdır. Cavabdeh puldan 100 manat qaytarsa da, qalan 1.500 manat pulunu qaytarmamış, bununla da ona maddi ziyan vurmuşdur. Ona görə də iddianın təmin edilərək, Cavabdeh vurulmuş maddi ziyana görə 1.500 manat pulun və ödənilmiş 36 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, həqiqətən 2022–ci ilin fevral ayında iddiaçı ona müraciət edərək, Niva markalı, 21–BJ–228 dövlət qeydiyyat nişanlı avtomobillə qəza törətməsini, nəticədə avtomobilin zədələnməsini bildirərək, avtomobili təmir etməsini ondan xahiş etmişdir. Avtomobilə baxış keçirdikdən sonra müəyyən detalların qüsurlu olmasını müəyyən etmiş, bu səbəbdən iddiaçıya həmin detalları almasını demişdir. Lakin iddiaçı onunla razılaşmayaraq, həmin detalları almamış, ona isə yalnız 500 manat əl haqqı vermişdir. Sonradan avtomobili təmir edib iddiaçıya verən zaman sonuncu avtomobili yaxşı təmir etmədiyini bildirmiş, avtomobili başqa ustanın yanına aparmış, ondan isə 100 manat pulu geri almışdır. Sonradan eşitmişdir ki, həmin usta avtomobilin bəzi detallarını dəyişmişdir. Hazırda iddianı əsaslı hesab etmir. Belə ki, baş vermiş yol–nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus avtomobilin bəzi detalları zədələnmiş, lakin iddiaçı həmin detalları almamışdır. Bu səbəbdən avtomobilin qüsurlu hissələrini dəyişə bilməmişdir. Bununla belə o, iddiaçıya məxsus avtomobilə hər hansı ziyan yetirməmişdir. Odur ki, izahatında göstərilənləri nəzərə almaqla, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, avtomobillərin rənglənməsi ilə məşğuldur. İddiaçı ona müraciət edərək Niva markalı, 21–BJ–228 dövlət qeydiyyat nişanlı avtomobili rəngləməsini xahiş etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, avtomobilin bəzi detalları Azər adlı usta tərəfindən dəyişdirilmişdir. O, qeyd olunan avtomobili 350 manat müqabilində rəngləmiş və İddiaçı təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, avtomobil təmiri ilə məşğul olur. Cavabdeh ona müraciət edərək Niva markalı, 21–BJ–228 dövlət qeydiyyat nişanlı avtomobilin yol–nəqliyyat nəticəsində zədələnməsini və bəzi detalların təmir edilməsini bildirmişdir. O həmin avtomobilin təkərini, buferini və qabaq panelini təmir etmişdir. Həmin detalları 130 manata almış, həmçinin 430 manat ona əl haqqı verilmişdir. Həmçinin, şahid X5 məhkəmə iclasında sualları cavablandırarkən göstərmişdir ki, avtomobil əvvəlki ustanın təqsiri ucbatında qüsurlu olmuş, avtomobilin təkərini, buferini və qabaq panelini təmir etmədən həmin qüsurun aradan qaldırılması mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, avtomobil təmiri ilə məşğul olur. Təxminən 2022–ci ilin fevral ayında onu Rövşənin işlədiyi avtomobil təmiri sexinə çağırmışlar və yol–nəqliyyat hadisəsi nəticəsində zədələnmiş Niva markalı avtomobil göstərmişlər. Həmin avtomobilin bəzi detalları Rövşən tərəfindən düzgün yığılmamışdır. Bundan sonra o, avtomobilin qüsurlu hissələrini təmir etmişdir. Ona hansı məbləğdə pul verilməsini isə xatırlamır. İşdə olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 17 iyun 2022–ci il tarixli qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı xx.xx.2022–ci il tarixdə saat 15 radələrində Şəmkir şəhəri Kraz yolu yaşayış massivində idarə etdiyi Niva markalı, 21–BJ–228 dövlət qeydiyyat nişanlı avtomobillə yol–nəqliyyat hadisəsi törətmiş, nəticədə idarə etdiyi avtomobil zədələnmişdir. Bundan sonra iddiaçı həmin avtomobili təmir etmək məqsədilə Cavabdeh vermişdir. Məhkəmə iclası zamanı hər iki tərəf bu halların mövcudluğunu mübahisəsiz qəbul etdiyindən, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin iddiaçı tərəf avtomobilin düzgün təmir edilmədiyini, bununla da cavabdeh tərəfindən maddi ziyana məruz qalmasını iddia etmiş, cavabdeh tərəf isə iddianı qəbul etməmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, məhkəmə ilk öncə iddiaçı tərəfindən dəvət edilərək dindirilmiş şahidlərin ifadəsinə də qiymət verməyi zəruri hesab edir. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər X6 və X1 baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilmişlər. Ona görə də məhkəmə həmin şahid ifadələrini sübut növü kimi qəbul edərək iddianın düzgün həll edilməsi zamanı nəzərə alır. Bununla belə, məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X2 baş vermiş hadisə ilə bağlı avtomobilin bəzi detallarının Rövşən tərəfindən düzgün yığılmamasını, bu səbəbdən avtomobilin qüsurlu hissələrini təmir etməsini göstərmiş, lakin gördüyü işlər nəticəsində ona hansı məbləğdə pul verilməsini xatırlamadığını bildirmişdir. Ona görə də məhkəmə həmin şahid ifadəsini də iddianın düzgün həll edilməsi zamanı nəzərə alır. Məhkəmə işin yuxarıda araşdırılmış hallarına və şahid ifadələrinə əsasən qeyd edir ki, iddiaçıya məxsus Niva markalı, 21–BJ–228 dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən düzgün təmir edilmədiyindən iddiaçı məcbur olub avtomobili başqa ustalara təmir etdirmişdir. Belə olan halda iddiaçı avtomobilin təmiri, eləcə də, ustanın əl haqqı kimi şahid X4 350 manat, X3 isə 130 manat ehtiyyat hissələrinə, 430 manat zəhmət haqqı olmaqla 560 manat pul vermişdir. Bununla da iddiaçı avtomobilin təmir–bərpa işlərinə ümumilikdə 910 manat vəsait xərcləmişdir. Cavabdehin təqsiri üzündən baş vermiş həmin hal nəticəsində iddiaçıya dəymiş maddi zərərin məbləği 910 manat olmuşdur. Azərbaycan Respublikası MPM–in 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə 910 manat maddi ziyan alınıb iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 910 (doqquz yüz on) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş manat dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 36 (otuz altı) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-336/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-336/2023
28.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver