Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3441/2025 20.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Eminbəyli Firuzə Ramiz qızının katibliyi, İddiaçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 4462 (dörd min dörd yüz altmış iki) manat pulun və 67 (altmış yeddi) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Şəmkir şəhərində qeydiyyatda olmaqla ailə üzvlerilə birlikdə Şəmkir şəhərində yaşayır. O 2024-cü ilin sonlarına kimi geyi əşyalarının satışı ilə məşğul olmuşdur. Cavabdeh uzun illərdir tanıyır. Cavabdeh ilə aralarında ailəvi gediş-gəlişləri və münasibətləri olmuşdur. Cavabdeh daim ondan nisyə olaraq geyi əşyaları almış və hissə-hissə pulunu qaytarmışdır. Lakin, cavabdeh hər dəfə nisyə geyim əşyaları götürdükdə maddi imkanı aşağı olduğunu bildirib, həmin malların dəyərindən çox az miqdarda ödəniş etmişdir. Beləliklə cavabdehin ona borcu yaranmışdır. 2021-ci ilin mart ayına kimi cavabdehin ona 1109 manat borcu olmuşdur. Cavabdeh 2021ci ilin mart-aprel ayında 383 manat dəyərində, 2021-ci ilin aprel-iyun aylarında 560 manat dəyərində, 2021-ci ilin iyul-noyabr aylarında 347 manat dəyərində, 2022-ci ilin yanvar ayında 240 manat dəyərində, 2022-ci ilin iyul-dekabr aylarında 1082 manat dəyərində, 2023-cü ilin yanvar-fevral ayında 346 manat dəyərində, 2023-cü ilin mart-iyun aylarında 543 manat dəyərində, 2023-cü ilin avqust ayında 385 manat dəyərində, 2023-cü ilin sentyabr, dekabr aylarında 803 manat dəyərində, 2024-cü ilin mart ayında 93 manat dəyərində, 2024-cü ilin aprel ayında 1038 manat dəyərində, 2024-cü ilin may ayında 800 manat dəyərində geyim və digər əşyaları almışdır. Cavabdeh ondan nisyə aldığı əşyaların pulundan hissə-hissə ödəmişdir. 2024-cü ilin may ayında Rusiya Federasiyasına işləmək üçün getmişdir. O Rusiyaya getdikdən sonra da, ona olan borcundan kart hesabına ödənişlər edirdi. Cavabdeh ona olan borcundan Rusiyada 1828 manat pul göndərmişdir. Əvvəllər də ona ödədiyi pulla bir yerdə cavabdeh ona ümumilikdə borcundan 3267 manat pul qaytarmışdır. Lakin, sonradan cavabdeh ona olan borcunu ödəməkdən imtina etmişdir. Hər dəfə də pulunu tələb etdikcə onun təhqir etmiş və hədə-qorxu gəlmişdir. Hazırda cavabdehin ona 4462 manat borcu vardır. O hətta onun övladlarına da müraciət edərək pulunu tələb etmişdir. Lakin, heç bir nəticəsi olmamışdır. Hətta cavabdehin qızı İlhamə də onu öldürməklə hədələmişdir. O yaşlı xəstə qadındır. Artıq onlarla bacara bilmədi. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müracis etmişdir. O məhkəməyə müraciət etmək üçün 67 (altmış yeddi) manat dövlət rüsumu ödəmişdir. Cavabdehin hərəkətləri nəticəsində o xərcə düşmüşdür. Ona görə də ödədiyi dövlət rüsumunun və vəkil xidmət haqqı olaraq ödədiyi xərcin də cavabdehdən tutulmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdehnun məhkəməyə göndərdiyi etirazdan görünür ki, İddiaçı məhkəməyə ona qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbini qismən qəbul edir. İddia tələbi ilə bağlı bildirir ki, o İddiaçı qonşu kimi tanımışdır. Həmişə də çox yaxın ailəvi münasibətləri olmuşdur. İddiaçı özünə məxsus mağazada cehizlik, geyim və sair əşyaların satışı ilə məşğul olur. O da daim ondan cehiz və geyim əşyaları almışdır. Aldığı malların dəyərini bəzən alan kimi, bəzən də bir neçə ay ərzində ödəmişdir. Sonuncu dəfə 2024-cü ilin aprel ayında İddiaçı oğlunun nişanı üçün nisyə olaraq ailəsi və gəlini üçün geyim əşyaları almışdır. Həmin əşyaların ümumi dəyəri 3500 manat idi. Oğlunun nişan mərasimindən sonra o işləmək üçün Rusiya Federasiyasına getmişdir. Daim oradan iddiaçıya nisyə aldığı məhsulların pulunu göndərmişdir. O həm ona məxsus bank kartına, həm də onunla birlikdə yaşayan və alver edən qızı Pərvin Həsənovaya məxsus bank kartına həmin pulları göndərmişdir. Onun İddiaçı təxmini 500 manat borcu qalmışdır. Həmin göndərdiyi pulların qəbzlərini də ərizəsinə əlavə etmişdir. Lakin, bir neçə qəbz telefonundan silindiyindən tapa bilmir. Lakin, onun iddiaçıya 500 manat borcu qalmışdır. Hazırda iddiaçı ondan əssasız olaraq özündən tutulmuş bir dəftər təqdim edərək, 4462 manat pul tələb edir. Halbuki, həmin dəftərdə onun nə imzası, nə də əlyazısı vardır. İddiaçı hazırda onu şərləyərək, ondan əsassız yerə pul tələb edir. İddiaçı onun 4462 manat borcu olması barədə mötəbər sübutlarını məhkəməyə təqdim etsə yaxşı olardı. İddiaçı məhkəmədə pul tələbinə dair iddia qaldırmaqla yanaşı onun övladlarını belə təhqir edərək, onların ailələrinə müdaxilə etmiş, ona bu qədər pulu ödədiyi halda heç bir qarışacağı olmadığı halda oğlunu polisə şikayət etmişdir. Onun yaşlı qadın olmasına görə hörmətlə yanaşmışlar, lakin iddiaçı bundan həmişə istifadə etmişdir. Onun övladlarına təzyiqi nəticəsində qızı 2 gün koma vəziyyətində qalmışdır. Onun hazırda İddiaçı 500 manat borcu vardır. Həmin pulu da ayda 50 manat olmaqla hissə-hissə ödəyəcəkdir. O iddiaçıya olan borcunu ödəməyi barədə qəbzlərini də etiraz ərizəsinə əlavə etmişdir. Odur ki, iddia tələbinin qismən təmin edilərək, ondan iddiaçının xeyrinə 500 manat pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş qeydlərin surətindən görünür ki, İddiaçı Cavabdeh nisyə geyim əşyaları satmışdır. İş materiallarına əlavə edilmiş CD diskdən görünür ki, İddiaçı Cavabdeh ona olan borcunu tələb etmiş, o isə maddi imkanı olmadığı üçün ödəmədiyini bildirmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçıdan nisyə geyim əşyaları almışdır. Cavabdeh borcundan bir qismini ödəniş etsə də, qalan 4462 manat məbləğində borcunu ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Belə ki, tərəflər arasında şifahi qaydada bağlanmış alqı-satqı müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında tam icra etməmişdir. Cavabdehin iddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllə Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4462 (dörd min dörd yüz altmış iki) manat pul alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 67 (altmış yeddi) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4462 (dörd min dörd yüz altmış iki) manat pul və 67 (altmış yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-3441/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3441/2025
20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver