Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3458/2024 04.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh hesabından onun nəfinə 620 (altı yüz iyirmi) ABŞ dolları pulun qətnamə icra olunan vaxt Azərbaycan maanatına olan məzənnəsi ilə alınıb verilməsinə, ərizənin yazılması üçün ödədiyi 100 manat vəkil xidmət haqqının, 31- 1 manat dövlət rüsumunun cavabdehdən alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, verdiyi izahatında göstərdi ki, Cavabdeh onun qardaşı oğludur. Təxminən üç ildən artıqdır ki, cavabdehə 1100 ABŞ dolları məbləğində borc pul vermişdir. O, xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən atası evinə gələrək söhbət etmək üçün cavabdehi də ora çağırmışdır. Söhbət əsnasında onların arasında münaqişə baş vermişdir. Bu zaman cavabdeh onu döymüş, sonra isə çıxıb getmişdir. Bundan sonra isə o, DİN-nin 102 xidmətinə zəng vurmuş və Şəmkir Rayon Polis X4 Bölməsinə ərizə ilə müraciət etmişdir. Polis Şöbəsində cavabdehdən pulunun alınmasında ona köməklik göstərmələrini xahiş etmişdir. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları ona tələbinin mülki xarakterli olmasını və məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Sonradan cavabdeh ona olan borcundan 480 ABŞ dolları geri qaytarmışdır. Hazırda cavabdehin ona 620 ABŞ dolları borcu qalmışdır. Cavabdeh ona olan borcunu etiraf etsə də, həmin borcu qaytarmır. Cavabdehin qanunsuz hərəkəti nəticəsində o maddi ziyan çəkmiş, iddia tələbi ilə bağlı olaraq məhkəməyə dövlət rüsumu və ərizənin yazılmasına görə vəkil xidmət haqqı ödəmişdir. Hesab edir ki, cavabdeh ona olan borcunu və çəkmiş olduğu maddi ziyanı ödəməlidir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan 10 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı şikayəti əsasında Şəmkir RPŞ-də aparılmış araşdırma zamanı Cavabdeh İddiaçı 1100 ABŞ dolları borc aldığını, aldığı puldan 800 manatını qaytardığını, İddiaçı 1000 manat borcunun qaldığını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 620 ABŞ dolları məbləğində pulun verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə tərəflərin izahatı və eləcə də iş materiallarının tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, İddiaçı Cavabdeh ümumilikdə 1100 (bir min bir yüz) ABŞ dolları borc pul vermişdir. Cavabdeh isə həmin məbləği iddiaçıdan almış və qaytaracağına dair öhdəlik götürmüşdür. Cavabdeh sonradan iddiaçıya olan borcundan 800 (səkkiz yüz) manat pulu qaytarmışdır. Cavabdeh məhkəmə iclası zamanı İddiaçı 1000 (bir min) manat borcunun qaldığını göstərmiş olsa da, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, cavabdehin hazırda iddiaçıya 620 (altı yüz iyirmi) ABŞ dolları məbləğində borcu qalmışdır. Lakin, cavabdeh iddiaçıya olan qalıq borcunu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətdə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1–ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2–ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdı. Həmin Məcəllənin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi həcmdə, yəni 620 (alıt yüz iyirmi) ABŞ dolları məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı 1100 ABŞ dolları məbləğində borc pul alması, həmin puldan iddiaçıya 620 ABŞ dolları borcunun qalması məhkəmə iclasında araşdırılmış sübutlarla sübuta yetirildiyindən, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası əsaslı hesab edilərək təmin edilməli və Cavabdeh 620 ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə, iddianın “100 manat vəkil xidmət haqqının cavabdehdən alınması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, iş materiallarına İddiaçı tərəfindən Şəmkir Rayon Vəkil Bürosunun vəkili X1 hesabına 100 manat pul ödənilməsi barədə xx.xx.2024-cü il tarixli mədaxil qəbzi əlavə edilmiş olsa da, İddiaçı ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili X3 arasında mülki iş üzrə hüquqi yardım göstərilməsinə dair hər hansı müqavilənin bağlanması iş materialları ilə müəyyən edilməmiş, həmçinin həmin pulun iddiaçı tərəfindən məhz hazırki mülki iş üzrə hüquqi yardım göstərilməsi ilə bağlı ödənilməsi öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “100 manat vəkil xidmət haqqının cavabdehdən alınması” hissəsində təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 620 (altı yüz iyirmi) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 31 (otuz bir) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-3458/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3458/2024
04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver