Məhkəmə qərarları › İş №2(076)-3464/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3464/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3464/2024 17.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X15 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış əmlakın dəyərinin alınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış əmlakın dəyərinin alınması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, birgə vəsait hesabına əldə edilmiş Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 30.000 manat pulun yarısı, yəni 15.000 manat məbləğində pulun, ödənilmiş 50 manat mediasiya xidmət haqqının və 85 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəməyə “iddia tələbinin azaldılması barədə” əlavə ərizə təqdim edərək, birgə vəsait hesabına əldə edilmiş Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 26.500 manat pulun yarısı, yəni 13.250 manat məbləğində pulun, ödənilmiş 50 manat mediasiya xidmət haqqının və 85 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh təmsil etdiyi şəxsin keçmiş əridir. Belə ki, iddiaçı Cavabdeh ilə xx.xx.2014–cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan 09 avqust 2016–cı il tarixdə Davud adlı uşaqları doğulmuşdur. Tərəflər birgə nikah dövründə mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən 54 saylı mənzili və 01 iyun 2022–ci ildə Cavabdeh adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı avtomaşını satın almışlar. Aralarında baş vermiş narazılıqlara görə tərəflər ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin 2(076)–632/2023 saylı, xx.xx.2023–cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə iddiaçının arasında olan xx.xx.2014–cü il tarixli, 1884 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2016–cı il təvəllüdlü X9 iddiaçının yanında saxlanılmış, həmin uşağın saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment müəyyən edilmiş, həmçinin mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilin və 01 iyun 2022–ci ildə Cavabdeh adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı avtomaşının 1/2 (ikidə bir) hissəsinə Cavabdeh payı və 1/2 (ikidə bir) hissəsinə iddiaçının payı müəyyən edilmişdir. Soradan təmsil etdiyi şəxsə məlum olmuşdur ki, Cavabdeh birgə mülkiyyətdə olan avtomobili X3. X12 isə həmin avtomobili X1. Ona görə də iddiaçı məhkəmədə cavabdehlər Cavabdeh, X11 və X6 (üçüncü şəxs Azərbaycan Respublikasının Daxili işlər Nazirliyin Baş Dövlət Yol Polis İdarəsi) qarşı “xx.xx.2023–cü il tarixli alqı–satqı müqaviləsinin etibarsız hesab olunması, xx.xx.2023–cü il tarixli alqı–satqı müqaviləsinin ləğv olunması, avtomaşının açıq hərracdan satışa çıxarılması, avtomaşının satışından əldə olunmuş dəyərin 1/2 hissəsinin ona verilməsi” tələbinə dair iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsinin 2(076)–983/2024 saylı, 13 may 2024–cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə Cavabdeh ilə X12 arasında xx.xx.2023– cü ildə bağlanmış alqı–satqı müqaviləsi etibarsız hesab edilmiş, Kia Optima markalı 10– EZ–057 dövlət qeydiyyat nişanlı avtomobilin sonuncu satıldığı şəxs X8 vicdanlı əldə edən olduğundan iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmçinin, həmin qətnamə ilə iddiaçıya Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı avtomaşına müəyyən edilmiş 1/2 hissədə payına uyğun olaraq vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı avtomaşının 1/2 hissəsinə görə iddiaçının payına düşən pulu ödəmədiyinə görə təmsil etdiyi şəxs Mediasiya Təşkilatına müraciət etmiş, lakin Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyinə görə xx.xx.2024–cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Həmçinin, qeyd edir ki, Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş məlumata əsasən Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı avtomaşının xx.xx.2023–cü il tarixli alqı–satqı müqaviləsi əsasında 26.500 manata satılması müəyyən edilmişdir. Belə olan halda hesab edir ki, Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı avtomaşın birgə nikah dövründə birgə vəsait hesabına əldə edildiyinə görə həmin məbləğin yarısı, yəni 13.250 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Odur ki, birgə nikah dövründə əldə edilmiş Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 26.500 manat pulun yarısı, yəni 13.250 manat məbləğində pulun, ödənilmiş 50 manat mediasiya xidmət haqqının və 85 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri, digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli, 2(076)– 632/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan xx.xx.2014– cü il tarixli, 1884 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2016–cı il təvəllüdlü X7 İddiaçı himayəsində saxlanılması, həmin uşağın saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilin və 01 iyun 2022–ci ildə Cavabdeh adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı avtomaşının 1/2 (ikidə bir) hissəsinə Cavabdeh payı və 1/2 (ikidə bir) hissəsinə iddiaçının payının müəyyən edilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 13 may 2024–cü il tarixli, 2(076)–983/2024 saylı qətnaməsindən görünür ki, Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə Cavabdeh ilə X12 arasında xx.xx.2023–cü ildə bağlanmış alqı– satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ–nin Tovuz RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli məktubdan görünür ki, Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2022–ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2023–cü il tarixdə onun adından qeydiyyatdan çıxarılaraq, X10 adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ–nin Tovuz RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli məktubdan görünür ki, Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2022–ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2023–cü il tarixdə onun adından qeydiyyatdan çıxarılaraq, X10 adına qeydiyyata alınmış, xx.xx.2023–cü il tarixdə sonuncunun adından çıxarılaraq, X5 adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2023–cü il tarixli “Nəqliyyat vasitəsinin alqı–satqı müqaviləsi”ndən görünür ki, Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh tərəfindən 26.500 manata X2. Beləliklə, məhkəmə təqdim olunmuş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh xx.xx.2014–cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan 09 avqust 2016–cı il tarixdə Davud adlı uşaqları doğulmuşdur. Tərəflər birgə nikah dövründə, yəni 01 iyun 2022–ci ildə Cavabdeh adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı avtomaşını əldə etmişlər. Şəmkir Rayon Məhkəməsinin 2(076)–632/2023 saylı, xx.xx.2023–cü il tarixli qətnaməsi ilə aralarında olan xx.xx.2014–cü il tarixli nikah pozulmuş, həmçinin 01 iyun 2022–ci ildə Cavabdeh adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı avtomaşının 1/2 hissəsinə Cavabdeh payı və 1/2 hissəsinə iddiaçının payı müəyyən edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, Cavabdeh birgə mülkiyyətdə olan avtomobili X11, sonuncu isə X1. Ona görə də iddiaçı məhkəmədə cavabdehlər Cavabdeh, X11 və X6 qarşı “xx.xx.2023–cü il tarixli alqı–satqı müqaviləsinin etibarsız hesab olunması, xx.xx.2023–cü il tarixli alqı–satqı müqaviləsinin ləğv olunması, avtomaşının açıq hərracdan satışa çıxarılması, avtomaşının satışından əldə olunmuş dəyərin 1/2 hissəsinin ona verilməsi” tələbinə dair iddia qaldırmış, Şəmkir Rayon Məhkəməsinin 2(076)– 983/2024 saylı, 13 may 2024–cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə Cavabdeh ilə X12 arasında xx.xx.2023–cü ildə bağlanmış alqı–satqı müqaviləsi etibarsız hesab edilmiş, Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı avtomobilin sonuncu satıldığı şəxs X8 vicdanlı əldə edən olduğundan iddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə işin araşdırılmış hallarına əsasən hesab edir ki, Kia Optima markalı 10– EZ–057 dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə əldə edilmiş və xx.xx.2022–ci il tarixdə cavabdehin adına qeydiyyata alındığına, eləcə də qüvvədə olan məhkəmə qətnaməsinə əsasən avtomobilin 1/2 hissəsinə iddiaçının payı müəyyən edildiyinə görə həmin avtomobilin dəyərinin yarısı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1–ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər–arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2–ci maddəsinə görə ər–arvadın ümumi birgə mülkiyyətinə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər–arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər–arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər–arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1–ci maddəsinə əsasən ər–arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər–arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3–cü maddəsinə əsasən mübahisə olduqda, ər–arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər–arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, tərəflər birgə nikah dövründə qazandıqları vəsait hesabına Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Həmin avtomobil rəsmi reyestrdə cavabdehin adına qeydə alınsa da, ümumi birgə mülkiyyət olmuşdur. İddiaçı da cavabdehlə bərabər ümumi mülkiyyətçi olmasına baxmayaraq, tərəflər faktiki olaraq ayrıldıqdan sonra cavabdeh idiaçının razılığı olmadan mübahisəli avtomobili satmış və pulunu tam şəkildə özündə saxlamışdır. Hazırda da avtomaşın üçüncü şəxsin istifadəsindədir. İddiaçı birgə mülkiyyətdə olan avtomaşından payına düşən hissənin verilməsini tələb edir. Ona görə də iddiaçı tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1–ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3–cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Eləcə də, həmin Məcəllənin 157.1–ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Məhkəmə təqdim edilmiş sübutların təqiqi nəticəsində müəyyən etdi ki, mübahisəli avtomobil əldə edilərkən, yəni xx.xx.2022–ci il tarixdə tərəflər ər–arvad kimi rəsmi nikahda olmuşlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4–cü maddəsinə əsasən ər–arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Həmin Məcəllənin 23.1–ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. İşin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçı ilə cavabdeh xx.xx.2014–cü il tarixdə rəsmi nikah qeyd etdirmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qətnaməsi əsasında nikahları pozulmuşdur. İş materialları ilə müəyyən olunur ki, tərəflər birgə nikah dövründə Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişlər, lakin mübahisəli avtomaşın alındığı vaxdan cavabdehin istifadəsində olmuşdur. Cavabdeh hüquqdan sui–istifadə edərək, iddiaçının razılığı olmadan xx.xx.2023–cü il tarixdə həmin avtomobili üçüncü şəxsə satmışdır. Ondan başqa, cavabdeh avtomaşının dəyərinin yarısını iddiaçıya verməli olduğu halda, onu da etməmişdir. Bununla da cavabdeh əsassız gəlir əldə etmiş və iddiaçının qanunla qorunan birgə mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlir ki, mübahisəli avtomobil birgə nikah dövründə qazanılmış vəsait hesabına cavabdehin adına əldə edilmiş, lakin ailə münasibətləri faktiki pozulduqdan sonra iddiaçının razılığı alınmadan cavabdeh tərəfindən üçüncü şəxsə satılmış avtomobilin hazırkı bazar dəyərinin yarısı iddiaçıya verilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, cavabdeh birgə nikah dövründə əldə edilmiş mübahisəli avtomobili satarkən iddiaçının razılığını almamışdır. İddiaçı isə iddia tələbində avtomobilin dəyərinin yarısını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2–ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 222.3–cü maddəsinə əsasə birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Bundan başqa məhkəmə avtomobilin dəyəri ilə bağlı qeyd edir ki, iş materiallarında olan xx.xx.2023–cü il tarixli “Nəqliyyat vasitəsinin alqı–satqı müqaviləsi” ilə Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən 26.500 manata X4 müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Kia Optima markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı, yəni 13.250 manat məbləğində pul iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin, iddianın “ödənilmiş 50 manat mediasiya xidmət haqqının cavabdehdən tutulması” hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 36.5–ci maddəsinə əsasən mediasiyaya dair qeyd–şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtləniə zidd olaraq mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Ödənilmiş dövlət rüsumu caavbdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. “Kia Optima” markalı 10–EZ–057 dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı olan 13.250 (on üç min iki yüz əlli) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xidmət haqqı və 85 (səksən beş) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar