Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3474/2024 06.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin dövlət qeydiyyatına alınması üçün ölçmə işlərinin aparılmasına qoyulan maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdeh X4 ilə birgə nikah dövründə əldə etdiyi əmlak olan Şəmkir şəhəri İnşaatçılar küçəsində yerləşən ev-10, 36 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına qoyulan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki evlənməklə 27 fevral 1996-cı ildə nikahı rəsmiləşdirmişlər. Onların birgə nikahdan xx.xx.1996-cı ildə Elvira və xx.xx.1997-ci ildə Elnurə adlı övladları doğulmuşdur. Evləndikdən sonra ilk vaxtlar ailə münasibətləri normal olsa da, sonradan cavabdehin təqsiri ucbatından aralarında narazılıqlar yaranmışdır və faktiki olaraq ayrılmışlar. Cavabdehlə birgə nikahda olduğu müddətdə 18 noyabr 1997-ci ildə birgə vəsaiti hesabına alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən mənzili almışdır. Bundan başqa cavabdehlə birgə nikahda olduğu müddətdə 26 sentyabr 2013-cü ildə birgə qazandığı vəsaiti hesabına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini satın almışlar. Həmçinin, cavabdehlə birgə nikahda olduğu müddətdə qazandığı birgə vəsait hesabına 26 fevral 2018-ci ildə "Mercedes Benz" markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomaşını satın almışdır. Sonradan cavabdehlə aralarında baş vermiş narazılıqlara görə faktiki olaraq ayrılmışdır. Ona görə də o Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və evə köçürülmə tələbinə dair iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1881/2020 saylı, 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 03 dekabr 1997-ci il tarixli Texniki pasport əsasında Cavabdeh adına qeyd edilmiş Şəmkir şəhəri İnşaatçılar küçəsində yerləşən 10 saylı evin 36 saylı mənzil, Seriya RX ******* saylı, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********11-10301 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" əsasında cavabdeh X3 adına qeyd edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi va 16 fevral 2018- ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına qeyd edilmiş "Mercedes Benz C200" markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomaşın birgə nikah dövründə əldə olunan əmlak hesab edilmiş və həmin əmlakların 1/2 hissəsinə onun mülkiyyət hüququ tanınmışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair hər birinin 1/2 hissədə payı olmaqla "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" almışdır. Lakin, Şəmkir şəhəri İnşaatçılar küçəsində yerləşən 10 saylı evin 36 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. O həmin mənzil üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün DƏDRX publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş olsa da mənzillə bağlı cavabdehlə aralarında mübahisə olduğundan DƏDRX publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi onun ərizəsinin icrasından imtina etdi və məhkəməyə müraciət etməyi tövsiyə etdi. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən cavabdeh X4 ilə birgə nikah dövründə əldə etdiyi əmlak olan Şəmkir şəhəri İnşaatçılar küçəsində yerləşən ev-10, 36 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına qoyulan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdənkeçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialarında olan 2(076)-1881/2020 saylı, xx.xx.2024-cü il tarixli qətnamənin surətindən görünür ki, 03 dekabr 1997-ci il tarixli Texniki pasport əsasında Cavabdeh adına qeyd edilmiş Şəmkir şəhəri, İnşaatçılar küçəsində yerləşən 10 saylı evin 36 saylı mənzil, seriya RX ******* saylı, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********11-10301 reyestr nömrəli “Hüsquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında Cavabdeh adına qeyd edilmiş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 16 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına qeyd edilmiş “Mercedes Benz C200” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomaşın birgə nikah dövründə əldə olunan əmlak hesab edilməsi və həmin əmlakların ½ hissəsinə İddiaçı mülkiyyət hüququ tanınması qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-4038/2024 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X5 11 Saylı Şəmkir Ərazi İdarəsinin tərəfindən verilmiş məktubundan görünür ki, Şəmkir şəhərində yerləşən mənzil üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə 11 saylı Şəmkir Ərazi İdarəsində baxılmışdır. Mütəxəssis tərəfindən işin icraatına uyğun olaraq, təqdim etdiyiniz sənədlərdə qeyd olunan ünvanda yerləşən mənzilin yerində müayinə olunaraq ölçülməsi zərurəti yaranmışdır. Bununla əlaqədar bildiririk ki, sözügedən mənzildə mübahisəli hal aşkarlanmışdır və qeyd olunan mübahisə səbəbindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Odur ki, qeyd olunan mübahisəni nəzərə alaraq, təqdim olunmuş sənədlərdə göstərilən mənzilin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Beləliklə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-1881/2020 nömrəli qətnaməsinə əsasən ünvan 4 ünvanında yerləşən əmlak İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə olunan əmlakı hesab edilmiş və həmin əmlakın ½ hissəsinə İddiaçı mülkiyyət hüququ tanınmışdır. İddiaçı həmin mənzilə hüquq müəyyənedici sənəd almaq məqsədilə DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmişdir. Nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçıların müraciətini həyata keçirməkdən imtina etmişdir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdeh iddiaçının mülkiyyət hüququnu pozur, onun mülkiyyət hüququnu həyata keçirməyə maneə olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdanist ifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdeh iddiaçının bu hüququnu həyata keçirməyə mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onun hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh isə onun bu hüququnu həyata keçirməsinə maneçilik yaradır. İnsan Hüquqları və X2 X1 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququnatəminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququda əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, cavabdehlər tərəfindən iddiaçının mübahisəli əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınınəsası kimi istinadetdiyi halları sübut etməlidir Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. ünvan 5 ünvanında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri X5 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-3474/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3474/2024
06.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver