Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3490/2023 02.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir rayon məhkəməsinin hakimi Şəfəq Ənvər qızı Məmmədova, İddiaçı vurulmuş 3000 manat maddi dəyən ziyan tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ona məxsus olan elektrik əşyalarının kondidioner-1500 manat dəyərində (kondisionerin beyni yanıb işləyir, dayanmır), kameralar- 350 manat (yaddaş beyni), qaz peçi və elektrik şünurları 500 manat, qidrafon yanıb-150 manat, fen-100 manat, Samsung markalı telefon 250 manat, mikro dalğalı soba (mikrovalnovka peçi) 150 manat maddi ziyan pulunun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri şərtlərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən olundu ki, cavabdeh "xxxx" ASC Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsində qeydiyyatıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsində qeydiyyatda olduğundan hazırki ərizəyə də ərazi aidiyyəti qaydalarına uyğun olaraq qeyd olunan məhkəmələrdə baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan qanunvericilik normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyan tələbinə dair ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı vurulmuş 3000 manat maddi dəyən ziyan dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddianı vermiş şəxsə hazırki tələblə Bakı şəhər Nəsimi rayon Məhkəməsində iddia qaldırmaq hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-3490/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3490/2023
02.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver