Məhkəmə qərarları › İş №2(076)-355/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-355/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-355/2024 20.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1900 (bir min doqquz yüz) manat məbləğində pulun və ödənilmiş 39 (otuz doqquz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 01 aprel 2021-ci ildə aralarında olan razılaşmaya əsasən cavabdeh ona məxsus olan 8 baş keçilərə qulluq etməsi üçün 20 ədəd ot presi, 50 kq arpa yemi, 30 oboy yemi və 200 manat zəhmət haqqı vermişdir. Sonradan öyrənmişdir ki, cavabdeh ona məxsus olan keçilərdən 7 başını Motux ləqəbli qonşusuna satmışdır. Cavabdehlə keçilərin saxlanılmasında X1 vasitəçi olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ümumilikdə 1900 (bir min doqquz yüz) manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh ondan saxlamaq üçün almış olduğu keçiləri və ya onun dəyərini dəfələrlə tələb etsə də heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh 1900 (bir min doqquz yüz) manat məbləğində pulun və ödənilmiş 39 (otuz doqquz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək 1900 manat pulun və ödədiyi 39 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında iştirak edən şahid X1 öz ifadəsində bildirdi ki, tərəfləri tanıyır və onları o tanış etmişdir, belə ki, vasitəçi olmuşdur. İddiaçı ona keçirləi saxlaya bilməyəcəyini və bunun üçün ona bir nəfər məsləhət bilməsini istəmiş, o da onu Cavabdehla tanış etmişdir. Bundan sonra onlar aralarında danışaraq 8 baş keçi və ot presi, arpa yemi vermiş, Cavabdeh isə iddiaçıdan eyni zamanda 200 manat uşağının xeyir işi üçün pul istəmiş, iddiaçı da borc olaraq həmin pulu vermişdir. İş materiallarında olan 17 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. İddiaçı tanıyır. Elxan ilə Nəriman vasitəsi tanış olmuşdur. Elxan ona 8 baş keçisinin olduğunu, şəraiti olmadığı üçün saxlıya bilmədiyini bildirmişdir. O da Elxan ilə heyvanın birinə aylıq 3 manat olmaqla ümumilikdə 24 manata aylığını danışaraq razılaşmışdır. O təxminən 1 ilə yaxın Elxanın heyvanlarını otarmışdır. O Elxanla razılığa gəlmişdir ki, onun keçilərini birini yol haqqı olmaqla 6 baş yaşlı qoyuna dəyişsin. Həmin 6 baş qoyunu qış fəslində otarmaq üçün əlverişli şərait olmadığından heyvanlara baxa bilməmişdir. O bu barədə Elxana bildirsə də, Elxana ona otarmaq üçün yerinin olmadığını, heyvanların onda qalmasını bildirmişdir. O heyvanları otara bilmədiyinə və imkanı olmadığına görə ot bağlaması ala bilmədiyi üçün heyvanlar tələf olmuşdurlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-34-78/2-18/2024 nömrəli stastistika komitəsi Şəmkir rayon stasitika idarəsi tərəfindən verilmiş məktubundan görünür ki, 01 yanvar 2024-cü il tarixə 1 baş keçinin ( diri çəki 30-35 kq) orta bazar qiyməti 195-220 manat, 1 kq arpanın 0.45 manat və 1 ədəd yonca bağlamasının satış 5.50-6.0 manat olmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.3-cü maddəsinə əsasən əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, tərəflər arasında şifahi formada 8 baş keçinin saxlanılması ilə bağlı tapşırıq müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçının tapşırığı əsasında 8 baş keçiyə baxmalı, iddiaçı isə ona müəyyən məbləğdə pul ödəməli idi. Cavabdeh öhdəliyini şərtləşdirilmiş qaydada icra etməmiş, belə ki, 8 baş keçinin saxlamamış, 8 baş keçinin saxlanılması üçün verdiyi ot presini, arpa yemini geri, eyni zamanda 8 baş keçini geri qaytarmamışdır. Odur ki, Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı müqavilənin icrasından imtina edərək 8 baş keçinin, 20 ədəd ot presini, 50 kq arpa yemini və 30 kəpək yemininin pulunu ondan tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən olundu ki, xx.xx.2024-cü il tarixinə 1 baş keçinin orta satış bazar dəyəri 195-220 manat (220x8=1760), 1 ədəd yonca bağlamasının qiyməti 5,50-6 manat (20x6=120), 1 kq arpanın qiyməti 0,45 manatdır (0,45x 50=22,5). Cəmi 8 baş keçinin, 20 ədəd or presinin və 50 kq arpanın qiyməti 1902,5 manatdır. İddiaçının tələbi 1900 manat olduğundan iddia tam təmin edilməli, Cavabdeh 1900 (bir min doqquz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi 39 (otuz doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1900 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 39 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1900 (bir min doqquz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi 39 (otuz doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar