Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-358/2023 10.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: X2 Cavabdeh: X4 nümayəndəsi X1 iştirakı ilə İddiaçı X2 cavabdeh X5 qarşı nikahın pozulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı X6 cavabdeh X5 qarşı nikahın pozulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlə 01 noyabr 2012–ci il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı X6 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh X7 ilə faktiki olaraq evlənməklə, 01 noyabr 2012–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan xx.xx.2013–cü il tarixdə Qəzənfər və xx.xx.2015–ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. Evləndikləri ilk illərdə ailə münasibətləri normal olmuş, lakin sonradan münasibətləri pozulmuşdur. Nəticədə faktiki olaraq ayrılmışlar. Hazırda cavabdehlə boşanmaq fikri qətidir. Artıq cavabdehlə arasında ər–arvada məxsus bütün münasibətlər kəsilmiş, nikahları formal xarakter daşıyır. Bundan sonra barışmaları və ailəni yenidən bərpa etmələri mümkün deyildir. Həmçinin, qeyd edir ki, ayrıldıqdan sonra birgə nikahdan doğulmuş uşaqlar onun himayəsində qalmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aliment tələb etmir. Odur ki, vaxt verilmədən cavabdehlə arasında olan nikahın pozulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh X4 nümayəndəsi X3 məhkəmə iclası zamanı təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul edərək və bu barədə yazılı ərizə təqdim edərək izahatında göstərdi ki, həqiqətən iddiaçı ilə təmsil etdiyi şəxs faktiki olaraq evlənməklə, 01 noyabr 2012–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan xx.xx.2013–cü il tarixdə Qəzənfər və xx.xx.2015–ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri evləndikləri ilk vaxtlarda normal olmuş, lakin sonradan xasiyyətləri uyğun gəlməmiş və yola getməmişlər. Nəticədə tərəflər faktiki olaraq ayrılmışlar, hazırda da ayrı yaşayırlar. Bundan sonra tərəflərin barışıb ailəni bərpa etmələri qeyri–mümkündür. Bu səbəbdən boşanmağa razıdır. Əlavə olaraq qeyd edir ki, birgə nikahdan doğulmuş uşaqların iddiaçının himayəsində saxlanılmasına etiraz etmir. Odur ki, izahatında göstərilənlərə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, o cümlədən iş materiallarını əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli və tərəflər arasında bağlanmış rəsmi nikah qeydi pozulmalıdır. Belə ki, işdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X6 arasında 01 noyabr 2012–ci il tarixdə Şəmkir rayon Düzqışlaq kənd İƏD üzrə nümayəndəlikdə rəsmi nikah bağlanmış və həmin nikah 15 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X7 ilə X2 birgə nikahından xx.xx.2013–cü il tarixdə Qəzənfər və xx.xx.2015–ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. İşdə olan xx.xx.2022–ci il tarixli “Mediasiya prosesinə xitam verilməsi barədə protokol”dan görünür ki, mediasiya prosesinə xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər faktiki olaraq evlənməklə, 01 noyabr 2012–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan xx.xx.2013–cü il tarixdə Qəzənfər və xx.xx.2015–ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar, ər– arvad kimi yaşamamaqla birgə təsərrüfatı idarə etmirlər və ayrı yaşayırlar. İddiaçı cavabdehlə aralarında olan nikahın pozulmasına təkid edir. Cavabdeh də iddiaçı ilə boşanmağa razıdır. Həmçinin, cavabdeh birgə nikahdan doğulmuş uşaqların iddiaçının himayəsində saxlanılmasına etiraz etməmiş, iddiaçı da həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aliment tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1–ci maddəsinə əsasən ər–arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri–mümkünlüyü məhkəmə tərəfindən müəyyən edilikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 22.2.1–ci maddəsinin tələblərinə görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Ona görə də məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 22–ci maddəsinə əsasən tərəflərin birgə nikahından olan uşaqların iddiaçı X2 yanında qalması müəyyən edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1– ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019–cu il tarixli Qərarında müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunmuşdur ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, tərəflərə nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. X7 ilə X6 arasında 01 noyabr 2012–ci il tarixdə Şəmkir rayon Düzqışlaq kənd İƏD üzrə nümayəndəlikdə bağlanmış və 15 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulsun. Boşanmadan sonra tərəflərin birgə nikahından xx.xx.2013–cü il tarixdə doğulmuş Qəzənfər və xx.xx.2015–ci il tarixdə doğulmuş Yusif adlı uşaqların iddiaçı X2 yanında qalması müəyyən edilsin. Nikahın pozulması dövlət qeydiyyatına alınarkən tərəflərin hər birindən 10 (on) manat məbləğində dövlət rüsumu tutulsun. Tərəflərə, nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-358/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-358/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver