Məhkəmə qərarları › İş №2(076)-3583/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3583/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3583/2024 09.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğində pulun və 33 (otuz üç) manat dövlət rüsumunun cavabdehdən alınması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ondan onun xəstəliyilə əlaqədər əvvəllər aldığı əllik təqaüdünü bərpa etdirməyə köməklik göstərəcəyinə dair yalandan vəd verərək 14 və 16 noyabr 2022-ci il tarixində Şəmkir rayonu, 20 yanvar küçəsində yerləşən "xxxx" MMC-yə məxsuz ödəmə terminalı vasitəsi ilə 416973******6553 nömrəli kart hesabına 2000 (iki min) və 500 (beş yüz) manat köçürülmə yolu ilə nəğd pul almışdır. Sonradan isə 200 (iki yüz) manat əlavə alaraq, cəmi 2700 (iki min yedi yüz) manat almışdır. Sonradan cavabdeh 1400 (min dörd yüz) manatını qaytarmışdır. Cavabdeh ondan və başqa şəxslərdən aldığı pulu qaytarmadığına görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət məhsuliyyətinə cəlb edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli l(076)-31/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. O Cavabdeh qalan 1300 (min üç yüz) manat pulu qaytarmasını tələb etsə də, Cavabdeh müxtəlif bahanələrlə qaytarmalı olduğu 1300 (min üç yüz) manat pulu qaytarmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Odur ki, Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğində pulun və 33 (otuz üç) manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh ona vurduğu zərərin əvəzini qaytarmaqdan imtina etmişdir. Halbuki, cavabdehin onu dələduzluq yolu ilə aldadaraq pulunu ələ keçirməsi öz təsdiqini tapmış və o, məhkəmənin müvafiq hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdehin qanunsuz hərəkəti nəticəsində əlverişsiz vəziyyətə düşmüş və ona maddi zərər dəymişdir. Cavabdeh ona dəymiş maddi ziyanı ödəməmiş, ona görə də məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğində pulun və 33 (otuz üç) manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasına gətirilməsi təmin edilməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, qanuni qüvvəyə minmiş məhkəmə hökmünü, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli l(076)-31/2024 saylı hökmündən görünür ki, Cavabdeh təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə arvadı Şəlalə Hacıyevanın qohumu Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan İddiaçı ürək xəstəliyi ilə bağlı əvvəllər aldığı əlillik təqaüdünü bərpa etdirməyə köməklik göstərəcəyinə dair yalandan vəd verərək onu aldadıb qəsdən vahid niyyətlə 14 və 16 noyabr 2022-ci il tarixlərində Şəmkir rayonu, 20 Yanvar küçəsində yerləşən "xxxx" MMC-yə məxsus ödəmə terminalı vasitəsilə onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus “416973******6553” nömrəli kart hesabına müvafiq olaraq 2000 (iki min) və 500 (beş yüz) manat köçürülməsi yolu ilə və 2023-cü ilin yanvar ayında istintaqa məlum olmayan tarixdə Şəmkir rayonunun ərazisində görüşüb sonuncudan 200 (iki yüz) manat nəğd pul alıb, İddiaçı məxsus ümumilikdə 2700 (iki min yeddi yüz) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmiş, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh tamah məqsədilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə İddiaçı aldadıb 14 və 16 noyabr 2022-ci il tarixlərində Şəmkir rayonu, 20 Yanvar küçəsində yerləşən "xxxx" MMC-yə məxsus ödəmə terminalı vasitəsilə onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus “416973******6553” nömrəli kart hesabına müvafiq olaraq 2000 (iki min) və 500 (beş yüz) manat köçürülməsi yolu ilə və 2023-cü ilin yanvar ayında istintaqa məlum olmayan tarixdə Şəmkir rayonunun ərazisində görüşüb sonuncudan 200 (iki yüz) manat nəğd pul alıb, İddiaçı məxsus ümumilikdə 2700 (iki min yeddi yüz) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Cavabdeh həmin əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmuş və Şəmkir Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli l(076)-31/2024 saylı hökmü əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CPM–in 65.4–cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub–olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası MPM–in 82.4–cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub–olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh cinayət hadisəsi nəticəsində iddiaçıya qarşı dələduzluq etməklə onun pulunu ələ keçirdiyinə görə təqsirli bilinərək cinayət məsuliyyətə cəlb olunmuşdur. Eləcə də, iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya qarşı dələduzluq etməklə aldadıb ələ keçirdiyi 1300 manat məbləğində pul vəsaitini ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətləri əsaslı olmadığından, həmçinin məhkəmənin qanuni qüvvədə olan hökmü ilə təqsirli hesab edildiyindən, heç bir hüquqi əsas olmadan əldə etdiyi 1300 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 1300 (bir min üç yüz) manat məbləğində pul və 33 (otuz üç) manat dövlət rüsumu alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 33 (otuz üç) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar