Məhkəmə qərarları › İş №2(076)-3585/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3585/2024

20.11.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3585/2024 20.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölçmə işlərinə qoyulan maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X7 cavabdeh X10 qarşı Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən, mərhum X13 və X8 adına verilmiş JN-533A, KOD 50400098 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə 0.38 ha torpaq sahəsində ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qoyulan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası və anasından həyətyanı torpaq sahəsi miras qalmışdır. O hazırda həmin torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evində yaşayır. O həmin torpaq sahəsindən payına düşən torpaq sahəsini sənədləşdirmək məqsədi ilə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarədən ona rəsmi məktubla cavabdehlər tərəfindən ölçmə işlərinə maneə yaradıldığı üçün sənəd verilməsindən imtina edilmişdir. Ona görə də, hazır ki iddia ilə məhkəəyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən, mərhum X13 və X8 adına verilmiş JN-533A, KOD 50400098 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə 0.38 ha torpaq sahəsində ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qoyulan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasıda cavabdehlər Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı onun qardaşıdır. Ata və analarından qalmış miras əmlakda onların da payı var. Bu səbəbdən də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını mçəhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X14 Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialarında olan AZ-İİ seryalı 360522 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 20 may 2007-ci il tarixdə Şəmkir rayonu Sabirkənd kəndində ölmüşdür. İş materiallarında olan AZ-İİ seryalı 380965 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 05 aprel 1967-ci il tarixdə Şəmkir rayonunda ölmüşdür. İş materiallarında olan JN-533A KOD 50400098 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayon X2 31 iyul 1998-ci il tarixli 53 saylı qərarı ilə Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən 0.38 ha torpaq sahəsi X5, X11 və Cavabdeh1 mülkiyyətinə verilmişdir. İş materialında olan 290760-2097/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, JN-533A KOD 50400098 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin mərhum X12 məxsus olması faktı müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1745 saylı Şəmkir rayon notariat ofisinin məktubundan görünür ki, xx.xx.1967-ci ildə vəfat etmiş X6 qalmış miras əmlaka dair xx.xx.2023-cü il tarixdə 811 saylı vərəsəlik işi açılmış mərhumun vərəsəsi İddiaçı, Cavabdeh1 və Cavabdeh2 müəyyənləşdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-4693/2024 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X17 11 Saylı Şəmkir Ərazi İdarəsinin tərəfindən verilmiş məktubundan görünür ki, Şəmkir şəhərində yerləşən mənzil üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə 11 saylı Şəmkir Ərazi İdarəsində baxılmışdır. Mütəxəssis tərəfindən işin icraatına uyğun olaraq, təqdim etdiyiniz sənədlərdə qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin yerində müayinə olunaraq ölçülməsi zərurəti yaranmışdır. Bununla əlaqədar bildiririk ki, sözügedən mənzildə mübahisəli hal aşkarlanmışdır və qeyd olunan mübahisə səbəbindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Odur ki, qeyd olunan mübahisəni nəzərə alaraq, təqdim olunmuş sənədlərdə göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Beləliklə, Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən torpaq sahəsi X13, X8 və Cavabdeh1 mülkiyyətindədir. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 mərhum X8 vərəsələri müəyyən edilmişdir. İddiaçı həmin torpaq sahəsinin hüquq müəyyənedici sənəd almaq məqsədilə DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdehlər həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmişdir. Nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçıların müraciətini həyata keçirməkdən imtina etmişdir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdehlər iddiaçının mülkiyyət hüququnu pozur, onun mülkiyyət hüququnu həyata keçirməyə maneə olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdeh iddiaçının bu hüququnu həyata keçirməyə mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onun hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh isə onun bu hüququnu həyata keçirməsinə maneçilik yaradır. İnsan Hüquqları və X3 X1 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququnatəminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququda əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, cavabdehlər tərəfindən iddiaçının mübahisəli əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınınəsası kimi istinadetdiyi halları sübut etməlidir Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Şəmkir rayonu, Sabirkənd kəndində yerləşən JN-533A, KOD 50400098 saylı Torpağın Mülkiyətə verilməsinə dair Şəhadətnamə üzrə 0.38 ha torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri X17 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi ölçmə işlərinin aparılmasına cavabdehlər X9 və Cavabdeh2 tərəfindən yaradılan maneə aradan qaldırılsın. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar