Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3586/2024 24.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X5 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (atası) Nümayəndə Cavabdeh: Cavabdeh nümayəndəsi (anası) X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.453 manat pulun və ödənilmiş 34,53 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X3 xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Həmin vaxt ailə başçısının itirilməsinə görə dövlətin aidiyyatı qurumu tərəfindən müvafiq müavinət təyin edilmiş, həmin müavinət "xxxx" ASC tərəfindən onun adına olan kart hesabına köçürülmüşdür. Ərinin ölümü ilə bağlı mərasim davam etdiyi üçün bank kartını götürməsini qayını Cavabdeh xahiş etmiş, bu məqsədlə onun adına etibarnamə vermişdir. Qayını isə kartı götürərək anası Aytənə vermişdir. X9 mərasimi bitdikdən sonra cavabdehin ailə üzvləri onunla kobud davranmış, bu səbəbdən xx.xx.2024-cü il tarixdə azyaşlı uşağını da götürərək atası evinə getmişdir. 2024-cü ilin iyun ayında cavabdehin adına verdiyi etibarnaməni ləğv etdirmiş, həmçinin kartı blok etdirmişdir. Bundan sonra banka müraciət edərək yeni kart almışdır. Həmin vaxt müavinəti çıxarmaq istəmiş, lakin pul vəsaitində çatışmamazlıq olmasını görmüşdür. Bundan sonra bank hesabından çıxarış əldə etmiş və 29 may 2024-cü il tarixdə 3 dəfə olmaqla, cəmi 1.453 manat pulun çıxarılmasını bilmişdir. Bu səbəbdən Şəmkir RPŞ-yə müraciət etmiş, lakin tələbi mülki xarakterli olması səbəbindən ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Dəfələrlə cavabdehdən və anasından pulun tələb etsə də, onlar pulu qaytarmaqdan imtina etmişlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, Cavabdeh 1.453 manat pulun və ödənilmiş 34,53 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (atası) Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, qızı Yamən cavabdehin qardaşı Bayram Qasımovla evlənmiş, birgə nikahdan bir nəfər uşaqları doğulmuşdur. X1 xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Onun vəfatından sonra ailə başçısının itirilməsinə görə dövlətin aidiyyatı qurumu tərəfindən müvafiq müavinət təyin edilmiş, həmin müavinət "xxxx" ASC tərəfindən iddiaçının adına olan kart hesabına köçürülmüşdür. İddiaçı həmin kartın götürülməsinə görə cavabdehin adına etibarnamə vermiş, lakin cavabdeh iddiaçının razılığı olmadan həmin kartı öz anasına vermişdir. Eləcə də, qızının qayınanası onu yola verməmiş, bu səbəbdən qızı xx.xx.2024-cü il tarixdə onların evindən çıxmışdır. Bundan sonra, yəni xx.xx.2024-cü il tarixdə cavabdeh iddiaçıya məxsus bank kartından 1.453 manat pul çıxarmışdır. Bundan sonra təmsil etdiyi şəxs dəfələrlə cavabdehə müraciət edərək həmin pulu tələb etsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən iddiaçı məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, Cavabdeh 1.453 manat pulun və ödənilmiş 34,53 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi (anası) X4 məhkəmə iclası zamanı təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, oğlu Bayram Qasımov xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Onun vəfatından sonra, yəni xx.xx.2024-cü il tarixdə gəlini İddiaçı azyaşlı uşağını da götürüb onların evindən çıxmışdır. Oğlunun ölümündən sonra ailə başçısının itirilməsinə görə müavinət təyin edilmiş, xx.xx.2024-cü il tarixdə həmin müavinətin 1.453 manatını çıxarmışlar. Hazırda iddianı əsassız hesab edir. Belə ki, oğlunun vəfatından sonra onlar 3 ay iddiaçıya baxmış, onun tələbatlarını qarşılamışdır. Belə olan halda həmin məbləğ onlara çatmalıdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İşdə olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Cavabdeh və X2 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı cavabdehin qardaşı Bayram Qasımovla evlənmiş, birgə nikahdan bir nəfər uşaqları doğulmuşdur. X3 xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Bundan sonra ailə başçısının itirilməsinə görə müavinət təyin edilmiş, həmin müavinət "xxxx" ASC tərəfindən iddiaçının adına olan kart hesabına köçürülmüşdür. Cavabdeh iddiaçının verdiyi etibarnamə əsasında həmin kartı götürmüş və anasına vermişdir. Həmçinin, iddiaçı cavabdehin evindən çıxandan sonra, yəni xx.xx.2024-cü il tarixdə cavabdeh iddiaçıya məxsus kartdan 1.453 manat pul çıxarmışdır. Lakin cavabdeh həmin pulu iddiaçıya deyil, sonuncunun razılığı olmadan öz anasına vermişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə işin yuxarıda araşdırılmış hallarına əsasən qeyd edir ki, cavabdeh iddiaçıya məxsus bank kartında olan 1.453 manat pulu çıxarmış və anasına vermişdir. Şəmkir RPŞ-də aparılan araşdırma zamanı da Cavabdeh izahatında həmin halı etiraf etmiş, xx.xx.2024-cü il tarixdə Yamənə məxsus kartdan 1.453 manat pulu çıxarıb anası Aytənə verməsini bildirmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus ələ keçirdiyi 1.453 manat məbləğində pul vəsaitini ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətləri əsaslı olmadığından, o, heç bir hüquqi əsas olmadan əldə etdiyi 1.453 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 1.453 manat pul alınıb iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1.453 (bir min dörd yüz əlli üç) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş manat dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 34,53 (otuz dörd manat əlli üç qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(076)-3586/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3586/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver