Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-359/2024 05.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbi haqqında dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Attenei” mobil nəzarət qurğusuna vurduğu ziyanın dəyəri 2277,40 manat məbləğdə vəsaitin alınıb Ədliyyə Nazirliyin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Rzayev X1 Rayon Məhkəməsinin 1(076)-161/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-cü il tarixdə məhkum Cavabdeh yaşadığı ünvanda ayağına 078CE07059 seriyalı sadə elektron qolbağ bağlanılaraq, bir ədəd "Attenti" markalı 35627378 seriyalı mobil nəzarət qurğusu və onun adapteri məhkuma təhvil verilmiş, və bu barədə tərəflər arasında olan müvafiq protokol tertib edilərək məhkum Cavabdeh elektron nəzarət vasitələrinin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları izah edilməklə, sonuncuya qaydaları özündə əks etdirən yaddaş kitabçası verilmişdir. Habelə elektron nəzarət vasitələrinin dəyəri elan olunmuş, həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yarasız vəziyyətə salacağı halda dəyərinin Cavabdeh tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkum Cavabdeh qeyd olunan sonuncu protokolla ona təhvil verilmiş elektron nəzarət vasitəsinə xidmət etməyərək, onu yaşadığı evdə yandırmışdır. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı tərəfindən vurulmuş maddi ziyanın qaytarılması tələbi ilə xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 2(076)-2456/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə sadə elektron qolbağın dəyəri 2277,40 manat təşkil edir. Cavabdeh tərəfindən ümumilikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 2277,40 manat maddi ziyan vurulmuşdur. Cavabdeh vurduğu maddi ziyanın dəyərini ödəməsi təklif olunaraq izahatı alınmış, izahatında məhkum Cavabdeh maddi imkanının olmadığı üçün vurulmuş ziyanın dəyərini könüllü ödəməkdən imtina etdiyini bildirmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2020–ci il tarixli, 1(076)– 161/2020 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum, üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00–dan səhər saat 07:00–dək Şəmkir rayon, Aşağı Seyfəli kəndində yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İşdə olan xx.xx.2021–ci il tarixli protokoldan görünür ki, Cavabdeh ayağına 1 ədəd 07059 attenti elektron qolbağ bağlanıldı, 1 ədəd 35627378 nömrəli attenti mobil nəzarət qurğusu və adapter məhkuma təhvil verilmişdir. Məkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vzəiyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, ona yaddaş kitabçası verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli protokoldan məlum olur ki, Cavabdeh elektron nəzarət vasitələrinin dəyəri elan edilmiş, sadə elektron qolbağ mobil nəzarət qurğusu (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla)-2277,4 manat qeyd edilmişdir. Həmçinin həmin elektron nəzarət vasitələrini itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı Cavabdeh elan edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Cavabdeh cəza müddəti ərzində tətbiq edilən 35627378 saylı “Attenti” elektron qolbağı ayağından kəsilərək açılmışdır. Mobil qurğu və enerji yığma adapter məhkumun evində yanğın baş vermə nəticəsində yanmışdır. İşdə olan xx.xx.2021–ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə xəbərdarlıq edilərək mobil nəzarət qurğusunun dəyərinin ödənilməsi tələb olunmuşdur. İşdə olan xx.xx.2021-ci il tarirxli D-8/131 nömrəli məktubundan görünür ki, “Attenti” sadə elektron qolbağı mobil nəzarət qurğusunun 1 dəstinin dəyəri 2277,40 manat təşkil edir. Beləliklə, məhkəmə müəyyən etdi ki, Rzayev X1 Rayon Məhkəməsinin 29 sentyabr 2020–ci il tarixli, 1(076)–161/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 22:00–dan səhər saat 07:00–dək Şəmkir rayon, Aşağı Seyfəli kəndində yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və hökmün icrası barədə göstəriş icra edilməsi üçün İddiaçınə daxil olmuşdur. Məhkum Şöbəyə dəvət edilərək qeydiyyata alınmış, həmçinin ona hüquq və vəzifələri, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək qaydaları, hər hansı müdaxilənin və ya cihazın çıxarılmasının yolverilməzliyi, habelə həmin qolbağı yararsız hala saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, bu barədə müvafiq protokol tərtib olunmuş, eləcə də məhkumun ayağına xx.xx.2021–ci il tarixdə “Attenti” elektron qolbağ bağlanmış, həmin vasitəni üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə məhkuma xəbərdarlıq edilmişdir. Lakin cavabdeh cəza çəkdiyi müddətdə ona təhvil verilmiş mobil nəzarət qurğusunu yarasız vəziyyətə salmışdır. Cavabdehin təqsiri üzündən baş vermiş həmin hal nəticəsində dövlətə dəymiş maddi zərərin məbləği 2.277,40 manat olmuşdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Bu Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan qanunvercilik normalarından və məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən göründüyü kimi, cavabdehin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq və s. öhdəliklər qoyulmuşdur. Eyni zamanda ona elektron nəzarət vasitəsitələrinin zədələnməsi, yararsız hala salınması, eləcə də itirilməsi zamanı dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ona təhvil verilmiş mobil nəzarət qurğusunu kifayət qədər məsuliyyətlə mühafizə etməmiş, nəticədə kobud ehtiyatsızlıq edərək maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə 2.277,40 manat maddi ziyan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ : İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 2.277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-359/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-359/2024
05.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver