Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-362/2025 04.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Gəncə rayonu Mənzil İstismar Hissəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Gəncə rayonu Mənzil İstismar Hissəsinin Cavabdeh qarşı kommunal xidmətlərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Gəncə rayonu Mənzil İstismar Hissəsi Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən mənzil üzrə kommunal xidmətlərə görə 290.60 manat məbləğində debitor borcun ödənilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Gəncə rayonu Mənzil İstismar Hissəsinin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddianı müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq təmsil etdiyi hüquqi şəxsin adından göstərdi ki, ünvan 1 ünvanında yerləşən mənzili Müdafiə Nazirliyinin mənzil fonduna aiddir və Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil İstismar Hissəsinin balansındadır. Həmin hərbi şəhərciyə isə bütün növ kommunal xidmətlər üzrə Gəncə rayon Mənzil İstismar Hissəsinin tabeçiliyində olan 3 nömrəli Mənzil İstisimar Sahəsi tərəfindən xidmət göstərilir. Lakin həmin mənzildə yaşayan, iş üzrə Cavabdeh qanunun tələblərinə riayət etməyərək, mənzilə göstərilən kommunal xidmətlərə görə xərclərin ödənilməsindən qəsdən boyun qaçırmış və nəticədə onun 290.60 manat debitor borcu yaranmışdır. 3 nömrəli Mənzil İstismar sahəsi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh heç bir ödəniş etməmişdir. Eləcə də, cavabdehə qanun çərçivəsində əhəmiyyətli şəkildə güzəştlər təklif olunsa da, heç bir nəticə olmamışdır. Cavabdeh daima inadkarlıq nümayiş etdirərək kommunal xərcləri ödəməkdən imtina etmişdir. Bu da təmsil etdiyi hüquqi şəxsi çətin maliyyə vəziyyətinə salmışdır. Çünki kommunal xidmətlərin haqqı ödənilmədikdə, təmsil etdiyi hüquqi şəxsin iqtisadi mövcudluğu sarsılmağa başlayır. Ona görə də təmsil etdiyi hüquqi şəxs məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh mənzilə göstərilən kommunal xidmətlərə görə bütün xərcləri ödəməyə borcludur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənərək, hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2000–ci il tarixli 44 nömrəli Orderin surətindən görünür ki, Cavabdeh ailə üzvüləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən, 19.2 kv.m yaşayış sahəsi olan mənzildə yaşamağa icazə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayonu Mənzil İstismar Hissəsi 3 saylı Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh 290.60 manat məbləğində kommunal xidmətlərə görə borcu vardır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayonu Mənzil İstismar Hissəsi 3 saylı Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli arayışdan görünür ki, ünvan 1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə izahat və iş materiallarına əlavə edilmiş sənədlərin müqayisəli tədqiqi nəticəsində müəyyən etdi ki, Cavabdeh mənzilə göstərilən kommunal xidmətləri, yəni istifadə etdiyi suya, kanalzasiya xidmətinə, zibil daşınmasına və mənzil haqqına görə müəyyən edilmiş aylıq ödənişləri ödəmədiyi üçün onun 290.60 manat məbləğində kommunal xidmətlərə görə borcu yaranmışdır. İddiaçı hüquqi şəxs tərəfindən dəfələrlə xəbərdar edilsə də, cavabdeh kommunal xərcləri ödəməmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, cavabdeh iddiaçı hüquqi şəxsin tərkibində olan 3 saylı Mənzil-İstismar Sahəsi tərəfindən cavabdehin yaşadığı mənzilə kommunal xidmətlər göstərilsə də, cavabdeh həmin xidmətlərə görə heç bir haqq ödəməmiş, nəticədə iddiaçı maddi zərərə məruz qalmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, cavabdehə həmin yaşayış sahəsi оrder əsasında xx.xx.2000-ci ildə verildiyinə görə tərəflər arasında öhdəlik hüquq münasibəti həmin tarixdən yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Hazırkı iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətləri də xx.xx.2000-ci il tarixdən yaranmışdır. Ona görə də hazırkı iş üzrə mübahisəli hüquq münasibətlərinə həmin vaxt qüvvədə olan 1964-cü il redaksiyalı köhnə Mənzil Məcəlləsinə istinad etməklə, qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsinin orderi əsasında, kirayədarlamənzil-istisimar təşkilatı ilə icarədar-adına order verilmiş vətəndaş arasında bağlanır. Həmin Məcəllənin 56-cı maddəsinə əsasən mənzil haqqından əlavə, müəyyən edilmiş qaydada təsdiq olunmuş tariflər (su təchizatı, qaz, elektrik enerjisi, istilik enerjisi və başqa xidmətlər) üçün haqq alınır. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən icarədar mənzil və kommunal xidmətlər haqqını vaxtında ödəməlidir. İcarədar hər ayın mənzil haqqını sonrakı ayın 10-dan gec olmayaraq ödəməlidir. Eləcə də, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.1–ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün–belə müqavilə bağlandığı andan yaranmış hesab edilir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdaklardan ibarətdir. Həmin Məcəllənin 136.1.1-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı); Həmin Məcəllənin 136.1.2-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması və cari təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının əsaslı təmiri yaşayış fondunun mülkiyyətçisinin hesabına həyata keçirilir. Həmin Məcəllənin 136.1.3-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqq; Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə haqlar daxildir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin, yaşayış sahəsini yararlı vəziyyətdə saxlamaq, yaşayış sahəsinin cari təmirini aparmaq, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında ödəmək vəzifələri vardır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən mənzil qanunvericili və yaşayış sahəsinin sosial kirayə müqaviləsi ilə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməyən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Məhkəmə, sadalanan hüquq normalarının tələbləri baxımından hesab edir ki, cavabdeh zəruri ehtiyaclarını təmin etmək üçün iddiaçı hüquqi şəxs tərəfindən göstərilən kommunal xidmətlərdən istifadə etməsinə baxmayaraq, mənzilə göstərilən kommunal xidmətlərə görə xərclərin ödənilməsindən qəsdən boyun qaçırmış və nəticədə onun 290.60 manat debitor borcu yaranmışdır. Ona görə də iddiaçı hüquqi şəxs maddi zərərə məruz qalmışdır. O səbəbdən də iddiaçının cavabdehə qarşı ziyanın ödənilməsini tələb etmək hüququ, cavabdehin isə iddiaçıya dəymiş zərəri ödəmək öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddiaçı hüquqi şəxslə cavabdeh arasında etibarlı şəkildə icarə müqaviləsi (sosial kirayə müqaviləsi) bağlandığından, cavabdehin isə həmin müqavilə üzrə kirayəçi kimi yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında ödəmək vəzifəsi olduğuna görə iddia tələbi iddiaçı hüquqi şəxsin tələb etdiyi həcmdə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzil üzrə kommunal xidmətlərə görə 290.60 manat məbləğində pul tutulub iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Gəncə rayonu Mənzil İstismar Hissəsinin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzil üzrə kommunal xidmətlərə görə 290.60 (iki yüz doxsan manat altmış qəpik) manat məbləğində pul tutulub iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Gəncə rayonu Mənzil İstismar Hissəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-362/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-362/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver