Məhkəmə qərarları › İş №2(076)-365/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-365/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-365/2024 06.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı oğlunun Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı oğlu Cavabdeh qarşı iddia ərizə ilə müraciət edərək, cavabdehdən 10317 manat pulun, həmçinin məhkəməyə verilmiş iddiaya görə ödənilmiş 121 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıya olan 10.317 manat borcunu ödəmədiyindən və müxtəlif bəhanələrlə ödəməkdən yayındığından iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, iddiaçı, İddiaçı “Sədərək TM”-də ticarətlə (tül-pərdə satışı) məşğuldur. Cavabdeh Şəmkir şəhər sakini Cavabdeh ilə 2015-2016-cı illərdən 2021-ci ilə qədər alver etmişdir. Aybəniz bu münasibətlərdən istifadə etdi və iddiaçını aldadaraq əmlakını ələ keçirdi. Belə ki, 2017-ci ildən etibarən Cavabdeh iddiaçıya maddi durumunun ağır olduğunu bildirmiş və aralarında aldığı malların dəyərini ödəyəcəyinə söz versə də vədinə əməl etməmiş və iddiaçının 10.317 manat dəyərində pulumu ələ keçirmişdir. Dəfələrlə ondan pulumu tələb etməyinə baxmayaraq onu hər də müxtəlif bəhanələrlə aldatmaqla yola vermişdir, hələ də pulunu ödəmir və telefonlarına cavab vermir. 24 sentyabr 2022-ci ildə onunla baş tutmuş axırıncı telefon danışığında o iddiaçıya yenə tutarsız bəhanələr gətirmiş, ondan pulumu israrla tələb etdiyinə görə o, heç bir borcu olmadığını bildirməklə borcunu inkar edəcəyini, yaşlı arvad olmaqla heç bir polisin və ya orqanın onu tutmayacağını bildirdi. Cavabdeh müxtəlif vaxtlarda məndən aldığı malların siyahısını aşağıdakı qaydada təqdim edir: -22 dekabr 2017-ci ildə 8.140 manatlıq mal vermişdir. 12 yanvar 2018-ci ildə malın pulundan qalan həmin borcdan 2.000 manat qaytarmışdır. Daha sonra dəyəri 6.518 manat olan yeni mal götürərək qalıq bocla (6.140 manat) birlikdə 12.658 manat borcu yaranmışdır. -12 fevral 2018-ci ildə cavabdeh ümumi borcdan 2.600 manat qaytarmışdır. Daha sonra dəyəri 1.585 manat olan yeni mal götürərək qalıq borcla (10.058 manat) birlikdə 11.643 manat borcu qalmışdır. -27 fevral 2018-ci ildə cavabdeh iddiaçıdan dəyəri 263 manat dəyərində yeni mal götürmüş yekun borcu 11.906 manat təşkil etmişdir. -23 mart 2018-ci ildə cavabdeh ümumi borcdan 2.000 manat qaytardı. Daha sonra dəyəri 1991 manat olan yeni mal götürərək qalıq borcla( 9.906 manat) birlikdə ümumi borcu 11.897 manat təşkil etmişdir. -30 mart 2018-ci ildə cavabdeh dəyəri 220 manat olan yeni mal götürmüş və ümumi borc 12.117 manat olmuşdur. -4 aprel 2018-ci ildə cavabdeh 60 manat məbləğində yeni mal götürmüş və ümumi borc 12.177 manat olmuşdur. -01 may 2018-ci ildə cavabdeh ümumi borcdan 2500 manat qaytarmış, dəyəri 2627 manat olan yeni mal götürmüş və qalıq borcla (9677 manat) birlikdə ümumi borc 12304 manat olmuşdur. -04 may 2018-ci ildə cavabdeh ümumi borcdan 1.500 manat qaytarmışdır. Nəticədə ümumi borcu 10.804 manat olmuşdur. -28 may 2018-ci ildə cavabdeh dəyəri 117 manat olan yeni mal götürmüşdür. Nəticədə borcu artaraq 10.921 manat olmuşdur. -29 may 2018-ci ildə cavabdeh ümumi borcdan 2.000 manat ödəmiş, dəyəri 1.874 manat olan yeni mal götürmüşdür. Nəticədə cavabdehin qalıq borcla (8.295 manat) birlikdə ümumi borcu 10.795 manat olmuşdur. -06 iyul 2018-ci ildə cavabdeh ümumi borcdan 2.500 manat geri ödəyərək dəyəri 7.860 manat olan yeni mal götürdü. Nəticədə qalıq borcla (8.295 manat) birlikdə ümumi borcu 16.154 manat olmuşdur. -20 iyul 2018-ci ildə cavabdeh mənə ümumi borcdan 2.000 manat qaytardı və nəticədə ümumi borc 14.154 manat təşkil etdi. -03 avqust 2018-ci ildə cavabdeh ümumi borcdan 1.500 manat qaytararaq dəyəri 264 manat olan yeni mal götürmüşdür. Nəticədə qalıq borcla (12.654 manat) birlikdə ümumi borcu 12.918 manat təşkil etmişdir. -28 avqust 2018-ci ildə cavabdeh 4.500 manat ümumi borcdan ödəyərək dəyəri 3924.80 manat olan yeni mal götürmüş və nəticədə qalıq borcla (8.418) birlikdə ümumi borcu 12342.80 manat təşkil etmişdir. -08 oktyabr 2018-ci ildə cavabdeh ümumi borcdan 1.500 manat ödəmişdir. -26 oktyabr 2018-ci ildə cavabdeh ümumi borcdan 1.000 manat ödəmişdir. -25 dekabr 2018-ci ildə cavabdeh ümumi borcdan 2.000 manat ödəmiş və dəyəri 1049.20 manat olan yeni mal götürmüşdür. Bununlada qalıq borcla (7.842 manat) birlikdə cavabdehin ümumi borcu 8.892 manat təşkil etmişdir. -4 yanvar 2019-cu ildə cavabdeh mənə ümumi borcdan 1.000 manat ödəyərək dəyəri 1.004 manat olan yeni mal götürmüşdür. Nəticədə qalıq borcla (7.892 manat) birlikdə ümumi borcu 8.896 manat təşkil etmişdir. -12 aprel 2019-cu ildə cavabdeh ümumi borcsan 1.300 manat ödəyərək dəyəri 934 manat olan yeni mal götürmüşdür.Bununla da qalıq borcla ( 7.596 manat) birlikdə ümumi borcu 8.5.30 manat təşkil etmişdir. -25 may 2019-ci ildə cavabdeh ümumi borcdan 194 manat ödəmişdir.Ümumilikdə borcu 8.336 manat təşkil etmişdir. -26 iyul 2019-cu ildə cavabdeh dəyəri 1.203 manat olan yeni mal götürmüş və ümumi borcu 9.539 manat olmuşdur. Həmin gün cavabdeh 1.500 manat ödəmişdir. Bununla da ümumi borcu 8.039 manat təşkil etmişdir. -01 sentyabr 2019-cu ildə cavabdeh ümumi borcdan 800 manat qaytarmışdır. -27 sentyabr 2019-cu ildə cavabdeh ümumi borcdan 1.560 manat qaytarmış, dəyəri 4.732 manat olan yeni mal götürmüşdür. Nəticədə qalıq borcla ( 5.679 manat) birlikdə ümumi borcu 10.411 manat təşkil etmişdir. -15 oktyabr 2019-cu ildə cavabdeh ümumi borcdan 1.000 manat qaytarmışdır. -29 oktyabr 2019-cu ildə cavabdeh ümumi borcdan 2.200 manat qaytarmışdır. Dəyəri 2.861 manat olan yeni mal götürərək qalıq borcla (7.211 manat) birlikdə ümumi borcu 10.072 manat təşkil etmişdir. -25 noyabr 2019-cu ildə cavabdeh ümumi borcdan 1.000 manat qaytarmışdır. -6 dekabr 2019-cu ildə cavabdeh ümumi borcdan 2.072 manat qaytararaq dəyəri 4.918 manat olan yeni mal götürmüşdür. Nəticədə cavabdehin qalıq borcla (7.000 manat) birlikdə ümumi borcu 11.918 manat təşkil etmişdir. -23 yanvar 2020-ci ildə cavabdeh ümumi borcdan 1.500 manat qaytarmışdır - 16 mart 2020-ci ildə cavabdeh ümumi borcdan 1.500 manat qaytarmışdır. -28 may 2020-c ildə cavabdeh ümumi borcdan 45 manat qaytarmışdır. -05 oktyabr 2020-ci ildə cavabdeh ümumi borcdan 333 manat qaytararaq dəyəri 2.577 manat olan yeni mal götürmüşdür. Bununla da cavabdehin qalıq borcla( 8.540 manat) birlikdə ümumi borcu 11.117 manat təşkil etmişdir. -24 noyabr 2.020-ci ildə cavabdeh ümumi borcdan 160 manat qaytarmışdır. Nəticədə ümumi borcu 10.957 manat təşkil etmişdir. Bundan sonra iddiaçı Cavabdeh ilə razılaşdı ki, borcun qalan məbləğinin ödənilməsini necə daha tezləşdirə bilərik? Və qərara gəldilər ki, Aybəniz hər dəfə iddiaçıdan mal aldıqca malın qiymətindən daha artıq məbləğ ödəsin və bununla da borc daha qısa müddətdə qapanmış olsun. Bu razılaşmadan sonra Aybəniz ümumi borcdan 1.440 manat ödədi. Nəticədə Aybəniz ümumi borcu 9.517 manata endirdi. 12 iyul 2021- 23 yanvar 2021-ci il aralığında cavabdeh dəyəri 13.045 manat olan yeni mal götürmüş, lakin aralarındakı razılaşmaya uyğun hərəkət etməyərək götürdüyü malın məbləğindən daha az məbləği, yəni 12.245 manat ödəmişdir. Nəticədə, bu hesabdan da 800 manat qalığı qalmışdır. Ümumilikdə, köhnə ümumi borcla (9.517 manat) yeni hesablaşmadan qalan qalıq borc (800 manat) cəmi 10.317 manat təşkil etmişdir. Tərəflərin izahatları: İddiaçı və onun nüməyəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iddianı qəbul etməyərək, iddiaçıya bir o qədər borcunun olmadığını, iddiaçıya 1500 manat borclu olduğunu, həmin borcdan da 800 manat və 200 manat qaytardığını, hazırda 500 manat borcu qaldığını bildirmişdir. İş materiallarında olan: İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti mülki xarakter daşıdığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh izahatı almaq mümkün olmamaş, sonuncu ilə ona məxsus ********** saylı mobil telefon ilə əlaqə saxlayan zaman qarşı tərəfə olan borcunu sözlə ifadə etsə də, lakin qarşı tərfə olan borcunun ödəməsi barədə əlində heç bir dəlil və sübut olmadığını bildirmişdir. Cavabdeh ilə olan mobil telefon danışıqları arayış tərtib edilərək, toplanmış materiala əlavə edilmişdir. İş materiallarından görünür ki, iddiaçı Şəmkir rayon Polis şöbəsinə Cavabdeh barəsində şikayət etmiş və araşdırma zamanı cavabdehin izahatı alınmışdır. Həmin izahatda cavabdeh bildirmişdir ki, o, Xaliqi 17-18 ildir ki, tanıyır və onu işçisinə görə tanımışdır. Onun Xaliqə 1500 manat borcu olmuşdur. O Xaliqə bugünə qədər 800 manat bir, 200 manat bir vermişdir. Onun Xaliqə 500 manat borcu qalmışdır. Onu da pulu olanda verəcəkdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 121 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı Sədərək Ticarət Mərkəzində pərdə-tül satışı ilə məşğul olmuş, iddiaçı ilə cavabdeh arasında mütəmadi olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə araşdırması zamanı və polis orqanlarında araşdırma olan zaman cavabdeh iddiaçı ilə aralarında alqı-satqı olduğunu etiraf etmiş, hazırkı borcunun isə 500 manat olduğunu bildirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu F.Şirinovun şikayəti ilə əlaqədar 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd etmişdir ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Hazırkı mülki işin araşdırması zamanı isə cavabdehin 500 manat borcunun qalması işə əlavə edilmiş qaimələr ilə öz təsdiqini tapmır. Odur ki, cavabdehin izahatı məhkəmə tərəfindən qəbul edilməməlidir. Halbuki, mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli qaiməfakturadan görünür ki, cavabdehin köhnə qalıq borcundan 9517 manat və 800 manat borcu vardır. İşdə olan digər qaimələrdə olan ödənişləri tarixləri ilə üst-üstə topladıqda isə xx.xx.2021-ci il tarixli, ******* nömrəli qaimə-fakturadakı borc yaranır. Məhkəmə iclasında cavabdeh tərəfindən isə qaimələrdə göstərilən əşyaların alınmadığını göstərən sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, hazırkı mülki iş üzrə sözügedən qaimələr mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə mülki işə əlavə edilmiş CD diskə münasibət olaraq bildirir ki, həmin diskdə telefon danışığının məhz cavabdehə məxsus nömrə ilə və ya telefon danışığının cavabdeh tərəfindən həyata keçirilməsi cavabdehin məhkəmə iclasında verdiyi izahatda səsin ona məxsus olması öz təsdiqini tapmmışdır. Həmin səs yazısında da iddiaçı tərəfindən verilən suallara cavab olaraq onun iddiaçıya 10000 (on min)-ə yaxın köhnə borcunun olmasını həmçinin 800 manat borcunun olmasını cabvabdehin qəbul etdiyi öz əksini tapmışdır. Odur ki, iddia təmin edilməli və Cavabdeh 10317 manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. 10317 (on min üç yüz on yeddi ) manat məbləğində pul vəsaiti və 121 (yüz iyimi bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar