Məhkəmə qərarları › İş №2(076)-3669/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3669/2024

05.12.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3669/2024 05.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı ölçmə işlərinin aparılmasına maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün ölçmə işlərinin aparılmasına maneənin aradan qaldırılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayon X3 Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 74 №-li iclas protokolunun qərarı ilə onun sahibliyinə və istifadəsinə verilmiş, Zəyəm qəsəbəsinin ərazisində yerləşən, 0,06 ha həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması, vəkil xidmət haqqı kimi ödəmiş olduğu 550 (beş yüz əlli) manat məbləğində xidmət haqqının və 101 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon X3 Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 74 №-li iclas protokolu əsasında Şəmkir rayonu «İnqilab» adına sovxozun ərazisindən ona 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmış və yerində mərzlənərək həmin torpaq sahəsi onun sahibliyinə və istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi hazırda Zəyəm qəsəbəsinin ərazisində yerləşir. O sahibliyinə və istifadəsinə müvafiq hüquqi əsaslarla verilmiş 0,06 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqanın əməkdaşları tərəfindən torpaq sahəsinə baxış keçirilən zaman cavabdeh ölçmə işlərinin aparılmasına mane olmuş və torpaq sahəsinin mübahisəli olmasını bildirmişlər. Cavabdeh qəsdən evinin qapısını bağlayaraq 3-cü şəxsin əməkdaşlarına həmin torpaq sahəsini ölçməyə imkan verməmişdir. Odur ki, məhkəmədən, Şəmkir rayon X3 Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 74 №-li iclas protokolu əsasında Şəmkir rayonu Zəyəm qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsində ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxsə Şəmkir rayon X3 Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 74 №-li iclas protokolu əsasında Şəmkir rayonu «İnqilab» adına sovxozun ərazisindən ona 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmış və yerində mərzlənərək həmin torpaq sahəsi onun sahibliyinə və istifadəsinə verilmişdir. Hazırda həmin torpaq sahəsini adına rəsmiləşdirilməsi üçün Çıxarış almaq zərurəti yaranmış, bu səbəbdən DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, həmin idarənin əməkdaşları isə torpaq sahəsinə baxış keçirməli olduqlarını bildirmişlər. Bundan sonra həmin idarənin əməkdaşları Şəmkir rayonu, Zəyəm qəsəbəsinə getmiş, lakin cavabdeh həmin torpaq sahəsində qanunsuz inşa etdiyi evin qapısını bağlayaraq DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərini aparmağa imkan verməmişdir. Bu səbəbdən DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşları ölçmə işləri apara bilməmişlər. Ona görə də məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində təmsil etdiyi şəxsin konstitusion hüququ pozulmuşdur. Həmçinin, məhkəmədə iddia qaldırmaq üçün 101 manat dövlət rüsumu, 550 manat vəkilə xidmət haqqı ödəmişdir. Odur ki, məhkəmədən, Şəmkir rayon X3 Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 74 №-li iclas protokolu əsasında Şəmkir rayonu «İnqilab» adına sovxozun ərazisindən təmsil etdiyi şəxsə verilmiş Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması, 101 manat dövlət rüsumunun və 550 manat vəkil xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Üçüncü şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq üzürlü səbəb göstərməklə məhkəmə iclasında nümayəndəsinin iştirakı olmadan prosesin keçirilməsini və qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iclasa gəlməyən Cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan “Daşınmaz əmlak üzərində hüququların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yərləşən X4 filialının 13 avqust 2020-ci il tarixli k-1-315 nömrəli arxiv arayışına əsasən İddiaçı ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinə başqa vətəndaşa məxsus 16.0 x 5.0 yaşayış evi və talvar qurğusunun bir hissəsi düşür. Müayinə zamanı tikilinin sahibi evdə olmadığından və torpaq sahəsinin sənədləşməsinə vətəndaşın razılıq sənədi olmadığından ölçmə işlərinin aparılması mümkün olmamışdır. İşdə olan X4 Filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, X5 Filialında mühafizə olunan Şəmkir rayon XDS Rəyasət Heyətinin 16 iyul 1995-ci il tarixli 74 №-li iclas protokolu ilə Zəyəm qəsəbə sakinlərinə "İnqilab" adına sovxozun ərazisindən hər birinə, o cümlədən İddiaçı adına 0.06.ha həyətyanı torpaq sahəsi verilməsi qeyd edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəmkir rayon X3 Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 74 №-li iclas protokolu əsasında Şəmkir rayonu «İnqilab» adına sovxozun ərazisindən İddiaçı adına 0.06 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Hazırda iddiaçı mübahisəli torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd almaq məqsədilə DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmişdir. Nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçının müraciətini həyata keçirməkdən imtina etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdeh iddiaçının mülkiyyət hüququnu pozur, onun mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdeh iddiaçının bu hüququnu həyata keçirməyə mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onların hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh isə onun bu hüququnu həyata keçirməsinə maneçilik yaradır. İnsan Hüquqları və X2 X1 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, cavabdeh tərəfindən iddiaçının mübahisəli əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. Məhkəmə, həmçinin iddianın “550 manat vəkil xidmət haqqının cavabdehdən alınması” hissəsini qismən əsaslı hesab edir. Belə ki, işdə olan “Hüquqi yardımın göstərilməsi haqqında” xx.xx.2024–cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır. İşdə olan ödəmə qəbzindən görünür ki, İddiaçı xx.xx.2024–cü il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 550 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121–ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırki mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehdən vəkil xidmət haqqının əvəzi kimi 200 manat pulun alınıb iddiaçıya verilməsini daha məqsədə müvafiq hesab edir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən, Şəmkir rayon X3 Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli 74 №-li iclas protokolu əsasında Şəmkir rayonu «İnqilab» adına sovxozun ərazisindən İddiaçı ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 101 (bir yüz bir) manat dövlət rüsumu və 200 (iki yüz) manat vəkil xidmət haqqı alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar