Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3735/2024 20.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1065 (bir min altmış beş) manat məbləğində pulun və 31 manat rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, o ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Seyfəli kəndi Abbaslı tirəsində yaşayır. Onların özünə məxsus həyətyanı torpaq sahəsində xurma ağacından ibarət bağı vardır. Hər il həmin bağdan xurma məhsullarını yığıb satırlar. Bəzi vaxtlarda meyvə məhsulunu bir neçə ay müddətinə nisyə də satırlar. Cavabdeh ilə həmkəndlidir. Cavabdeh də neçə il onlardan xurma məhsulu alıb-satmışdır. Sonuncu dəfə 2021-ci ilin oktyabr ayında Cavabdeh ondan hər bir yeşiyin dəyəri 4.50 manat olan 459 yeşik xurma məhsulunu nisyə alıb aparmışdır. Cavabdehin aldığı məhsulun dəyəri ümumilikdə 2065 manat etdi. Cavabdeh ondan xurma məhsulunu alarkən pulunu bir neçə aya verəcəyini bildirmişdir. Cavabdeh aldığı məhsulun dəyərindən 1000 manat pul ona ödəsə də qalan 1065 manat pulu verməkdən imtina etmişdir. O və ailə üzvləri dəfələrlə ona borclu olduğu 1065 manat pulu tələb etsələr də cavabdeh ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Hazırda cavabdehin ondan nisyə aldığı xurma məhsuluna görə ona 1065 manat borcu qalmışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən Cavabdeh 1065 (bir min altmış beş) manat məbləğində pulun və 31 manat rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq bildirir ki, cavabdeh xurmaların satışı və təhvil verilməsi əri Atlanla danışılmış, əri tərəfindən xurmalar cavabdehə təhvil verilmiş, pulun bir hissəsi ərinə verilsə də qalan hissə ödənilməmiş qalır. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, mövsümü olaraq məhsulların sahiblərindən alıb satmaqla məşğul olur. İddiaçının əri Əzizlə 281 yeşik xurmanın qiymətini danışıb və təhvil almışdır. 101 yeşik iri şişburun xurma, 180 yeşik isə xırda xurça olub. İri şişburunlar 4 manatdan cəmi 404 manat, xırda isə 2 manat cəmi 360 manat verilməli idi. Bundan əlavə də 190 manat verəcəyi ilə birlikdə 954 manat borc yaranıb, həmin pulu da iddiaçının həyat yoldaşı Atlana vermişdir. Əsl adı Atlan olsa da kənddə Əziz deyilir. Götürdüyü xurmaların pullarını ödəmişdir. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Cavabdeh üç il olar xurma satmışdır. Sonuncu 2021-ci ildə xurmaları nisyə vermişdir. Xurmaların qiymətini özü danışmış və xurmaları özü vermişdir. Xurmalardan qalan borcun yarısını qaytarmış, yarısını qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, İddiaçı onun anasıdır. Cavabdehə uzun müddət xurma satmışdır. Xurmaların yığımında onlara kömək etmişdir. İddiaçı borcunu tələb etdikdə hər dəfə qaytarcağını bildirirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və X5 məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsinə uyğun ifadələr vermişdirlər. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunanlara əsasən müəyyən olunur ki, İddiaçı əri Atlan Alıyevlə Cavabdeh arasında şifahi razılaşmaya əsasən cavabdehə nisyə xurma satılmışdır. İddiaçı həmin xurmaların dəyərinin cəmi 2065 manat olmasını, cavabdeh tərəfindən xurmaların bir hissəsinin pulunun yəni 1000 manat pulun verilməsini, qalan 1065 manat pul borcu qalmasını bildirmişdir. Cavabdeh isə nisyə xurmaları Atlan Alıyevdən almasını, cəmi həmin xurmaların dəyərinin 954 manat olmasını və həmin pulu da Atlan Alıyevə ödəməsini əsas gətirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia edir ki, 2021-ci ildə Cavabdeh ilə ıri Atlan arasında şifahi razılaşmaya əsasən cavabdehə ümumilikdə 2065 manat dəyəri olan xurmaları satmışlar, cavabdeh həmin xurmaların qiymətinin 1000 manat hissəsini ödəmiş, lakin qalan 1065 manat pulu daha sonra ödəməyi öhdəsinə götürsə də, həmin pulu ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər (50.1). İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3). Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə baxışı zamanı İddiaçı tələbini X2 qarşı irəli sürdüyünü israr etməklə, iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinə razılıq verməmişdir. Odur ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən, iddia tələbi də təmin edilə bilməz. Digər tərəfdən isə məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından xurmaların iddiada qeyd edilən miqdarda və qeyd edilən qiymətə nisyə satılması halını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə baxışında müəyyən edildi ki, iddiaçının əri Atlan Alıyev cavabdehə verilən xurmaların 459 yeşik olmasını və hər yeşik üzrə 4.50 manat razılaşmasını nəzərə almaqla cavabdehin cəmi 2065 manat borcu yaranmasını, həmin borcdan 1000 manat ödəməsini, 1065 manat borcu qalmasını qeyd etsə də, bunu sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdeh xurmaların hər bir yeşiyini fərqli qiymətlərlə belə ki, iri şişburunların bir yeşiyini 4 manatdan cəmi 101 yeşik olmaqla 404 manat, xırda xurmaların bir yeşiyini 2 manatdan cəmi 180 yeşik olmaqla 360 manat və 194 manat digər xurmalar üçün borc yaranmış, ümumi olaraq 954 manat borcu yaranmışdır ki, iddiaçıların da qeyd etdiyi kimi həmin 954 manatı Atlan Alıyevə vermişdir. İddiaçı xurmaların məhz onun tərəfindən 459 yeşik olmaqla hər yeşiyi 4.50 manatdan satılmasını və 1065 manat borcun qalmasını sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin, məhkəmə baxışı zamanı iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini yerinə yetirə bilməmiş və cavabdehə 459 yeşik olmaqla hər yeşiyi 4.50 manatdan satılmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən isə iddia tələbini qəbul etməyərək, iddiaçının həyat yoldaşından 2065 manatlıq xurma deyil, 954 manatlıq xurma almasını, həmin məbləği qaytardığını bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-3735/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3735/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver