Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3749/2025 04.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Məsail oğlunun sədrliyi Rzazadə Leyla Elçin qızının katibliyi ilə İddiaçı: İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı, Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı, Cavabdeh qarşı “Pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 avqust 2025-ci il tarixdə hər birinin dəyəri 4.50 (dörd manat əlli qəpik) olmaqla məndən aldığı 578 baş toyuq cücəsinə görə borclu qaldığı 2600 (iki min altı yüz) manatın, əldən çıxmış mənfəətə görə 1000 (bir min) manatın və dövlət rüsumu olaraq ödənilmiş 56 (əlli altı) manatın- cəmi 3656 (üç min altı vüz əlli altı) manat pulun məcburi qaydada alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o uzun illərdir ki, yaşadığı rayonun Məmmədqasımlı kəndi ərazisində sahibkarıq fəaliyyəti ilə məşğul olur və əsas fəaliyyəti isə quş təsərrüfatı ilə bağlıdır. Belə ki, yüksək keyfiyyətli quşların sayının artırılması məqsədi ilə xırda cücələrin bəslənməsi ilə məşğuldur. Körpə cücələrin bəslənməsi həm xeyli vəsait, onların düzgün yemlənməsi, onların yem vahidində mineral maddələr və vitaminlərin nəzərə alınması və sair bu kimi hallar isə xeyli əmək və səbr tələb edilir. Bildirir ki, hazırki iş üzrə Cavabdeh bir müddətdir ki, tanıyır, onun əvvəllər də kənd təsərrüfatı təyinatlı məhsulların alqı-satqısı ilə bağlı mənə müraciətləri olmuş və hər dəfə məndən almış olduğu malın dəyərini vaxtında ödəmişdir. Bu ilin avqust ayının 2-də isə cavabdeh mənə müraciət edərək çoxda böyük olmayan toyuq cücələri lazım olduğunu bildirdi və o isə öz növbəsində cavabdehə inanaraq ona hər birinin dəyəri 4.50 (dörd manat əlli qəpik) olmaqla 2600 (iki min altı yüz) manat dəyərində 578 ədəd cücə satmışdır. Cavabdeh xeyli sayda və xeyli miqdar təşkil edən cücələri ondan alıb apararkən apardığı cücələrin pulunu 10 (on) gün müddətində ödəyəcəyinə söz vermişdir. Cavabdehin verdiyi vaxt bitdikdən sonra o ona istifadəsində olan ***-***-**-** nömrəyə və ***-***-**-** Whatsapp No-sinə çoxsaylı zənglər etmişdir. Lakin cavabdeh hər dəfə ona bəzən pulunun olmadığını və ya bəzən isə pulu tez bir vaxtda qaytaracağına söz versə də, lakin hazırki vaxta kimi vədinə əməl etməyərək ona borclu qaldığı pulu ödəməmişdir. Cavabdehin ona borclu olduğu pulu ödəməməsi səbəbindən məcburiyyət qarşısında qalaraq onun vaşadığı ərazi üzrə Şəmkir rayon polis şöbəsinə rəsmi olaraq ərizə ilə müraciət etmişdir, müraciəti üzrə şöbədə araşdırma aparılsa da, lakin cavabdeh yenə də pulu ödəməmiş olaraqqalmışdır. Məhkəmə prosesi müddətində dediklərimin doğru olduğunu təsdiq etmək ücün Şəmkir Rayon Polis Şöbəsinə sorğu belə verilə bilinər. Bildiyiniz kimi Sahibkar xidmət, ticarət və ya istehsal şəklində qazanc əldə etmək məqsədilə bir iş sahibi olan şəxsdir. Sahibkar mənfəət əldə etmək üçün bütün məsuliyyəti öz üzərinə götürüb, bütün gücünü sərf etməklə sahibkarlıq fəaliyyətini həyata keçirir. O isə bir sahibkar olaraq əldə olan malların satısından mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürür. Əldə olan mənfəətdən bir sahibkar olaraq üzərimə düşən vergiləri ödəyirəm, mənfəətin digər bir hissəsini yenidən dövriyyəyə buraxmaqla mal əldə edərək həmin malların yenidən satışını təşkil edir. Göründüyü kimi Cavabdeh ondan almış olduğu mala (cücəyə) görə olan borcunu vaxtında qaytarmamaqla ziyan vurmaqla yanaşı, o, həmdə bu hərəkətləri ilə əmlakımdan məhrum etməklə əldə olunacaq mənfəətin əldən çıxmasına da səbəb olmuşdur ki, bu da 1000 (bir min) manat təşkil edir. Göründüyü kimi keçən müddət ərzində cavabdehin 2025-ci ilin avqust ayının məndən hər birinin dəyəri 4.50 (dörd manat əlli qəpik) olmaqla 2600 (iki min altı yüz) manat dəyərində 578 baş aldığı cücənin pulunu, nə də borclu olduğu pulu vaxtında ödəməməsi səbəbindən əldən çıxmış mənfəətə görə olan 1000 (bir min) manat pulu könüllü olaraq ödəmir. Odur ki, Cavabdeh 02 avqust 2025-ci il tarixdə hər birinin dəyəri 4.50 (dörd manat əlli qəpik) olmaqla məndən aldığı 578 baş toyuq cücəsinə görə borclu qaldığı 2600 (iki min altı yüz) manatın, əldən çıxmış mənfəətə görə 1000 (bir min) manatın və dövlət rüsumu olaraq ödənilmiş 56 (əlli altı) manatın- cəmi 3656 (üç min altı vüz əlli altı) manat pulun məcburi qaydada cavabdehdən alınaraq mənə ödənilməsi ilə bağlı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, Şəmkir rayonu Könüllü kəndində yaşayır əvvəllər polis orqanlarında çalışıb, hazırki iş ilə əlaqədar xidmətdən xaric edilib, iddiaçıya 2600 manat borcunun olması ilə razılaşdığını, həmin borcu isə İddiaçı almasa belə 2600 manat borclu olduğunu bildirdi. İş materiallarında olan telefon danışıqlarına dair səsyazmaların yazıldığı DVD diskin tədqiqindən görünür ki, Cavabdeh bildirir ki, “İntiqam kişi, axsamın xeyir. İmkanın var mənə 150 manat pul göndərəsən? Mənim bir yaxın dostumun toydu, inanırsan, pul dərdindən mən ora gedə bilməmişəm. Elə indi işdən çıxıram, məcburam nəsə salmalıyam, bir qəpik də pulum yoxdur. Üç-dörd günə 150 manatı göndərəcəm. İnşallah isdəyib, yavaş-yavaş 2600 manatı da verəcəm. Yenə də, sənə deyirəme, and ola Allaha, o malı satıb pul qazanmış olsaydım, o malın pulunu çoxdan sənə vermişdim pulunu. O, mal satılmadı, qırıldı. İndidə əziyyət çəkirəm. Satıb hardansa mal gətirih bes-üç manat qazanım, səninlə də, halallaşım” İş materiallarında olan X1 tərəfindən verilmiş izahatda qeyd edilir ki, “Mən, X1, Zərdab rayonunun Məmmədqasımlı kəndində yaşayıram və həmin ünvanda qeydiyyatdayam. Bildirirəm ki, İddiaçı həqiqətən də Cavabdeh adlı şəxsə 2024-cü ilin avqust ayının 2-də toyuq və cücə satışı ilə bağlı müraciət etmişdi. Həmin tarixdə Pərvin bizə gələrək cücə və toyuq almaq istədiyini bildirdi. Biz də ona inanaraq hər birinin dəyəri 4 manat 50 qəpik olmaqla ümumilikdə 2600 (iki min altı yüz) manat dəyərində 578 ədəd cücə satdıq. Satış zamanı mən özüm də iştirak etmişəm. Qeyd etmək istəyirəm ki, Pərvin bundan əvvəl də bir neçə dəfə bizdən cücə almış və ödənişi nağd şəkildə vaxtında etmişdi. Lakin bu dəfə həmin razılaşmadan sonra vəziyyət dəyişdi. Pərvin çox sayda cücəni mənim və atamın iştirakı ilə aparmış və bizə 10 gün ərzində borcunu ödəyəcəyinə söz vermişdi. O, həmçinin Şəmkir Rayon PPX-də (polis bölməsində) işlədiyini bildirmişdi. Lakin 10 gün keçdikdən sonra mən və atam dəfələrlə ona zəng etdik, lakin Pərvin müxtəlif bəhanələrlə pulunun oimadığını bildirərək ödənişi gecikdirdi. Hər dəfə yaxın zamanda borcunu qaytaracağına söz versə də, bu günədək verdiyi vədə əməl etməmiş və atama borclu qaldığı məbləği ödəməmişdir. Yuxarıda qeyd olunanları məhkəmənin diqqətinə çatdırır və ədalətli qərar qəbul ediləcəyinə inanıram” Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 614.1-ci maddəsinə əsasən Pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Maddə 614.3-cü maddəsinə əsasən Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğısatqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. Maddə 615-ci maddəsinə əsasən Əgər pərakəndə alğı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə alğı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, telefon danışıqlarına dair səsyazmaların yazıldığı DVD diskin tədqiqinə əsasən iddiaçı tərəfindən cavabdehə nisyə heyvanlar satılmışdır və cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyini tam icra etməyərək borcun ödənilməsi tam təmin edilməmişdir. Beləliklə, Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək aldığı əşyanın dəyərinin tam olaraq ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdehin icra edilməmiş öhdəliyi yaranmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, ümumilikdə 2600 manat borc məbləği Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 56 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh nisyə alqı-satqı müqaviləsinə əsasən 2600 (iki min altı yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 56 (əlli altı) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2(076)-3749/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3749/2025
04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver