Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3843/2025 08.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Eminbəyli Firuzə Ramiz qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsini təmin edib Cavabdeh tərəfindən təbiətə dəymiş 252 (iki yüz əlli iki) manat məbləğində ziyanın X4 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 18 oktyabr 2023-cü il tarixdə Cavabdeh tərəfindən Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna qəbirstanlığının yaxınlığında 20 m3 həcmində qarışıq süxurun qanunsuz istifadə edilməsi nəticəsində 252 (iki yüz əlli iki) manat məbləğində təbiətə ziyan vurulmuşdur. Vurulmuş ziyanın qanunvericiliyə əsasən X4 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli 119 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlərinin təsdiq edilməsi haqqında” qərarda qeyd olunan ödəmə normativlərinə əsasən faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən maddi ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Dəymiş ziyan məbləği təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci iltarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 üzrə Dövlət Fondu haqqında Əsasnaməyə uyğun olaraq X4 üzrə Dövlət Fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməlidir. Beləliklə, xx.xx.2023-cü il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılan Cavabdeh tərəfindən 252 (iki yüz əili iki) manat məbləğində ziyanın X4 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməmişdir. Odur ki, iddia ərizəsini təmin edib Cavabdeh tərəfindən təbiətə dəymiş 252 (iki yüz əlli iki) manat məbləğində ziyanın X4 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı xx.xx.2023-cü il tarixli MN№1440764 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq olması, 252 manat təbiətə dəymiş maddi ziyan və İXM-nin 150.13-cü maddəsinə əsasən 360 manat dəbbə pulunun hesablanıb ümumi məbləğin ondan alınaraq X1 hesabına köçürülməsinə dair Şəmkir rayon Məhkəməsinə müraciət etmişdir. Barəsində tərtib olunan inzibati protokolu və həmin protokol üzrə qəbul edilmiş qərarı əsassız və qanunsuz hesab edir. Hazırki iddia tələbini rədd edilməsini istəyir, inzibati xətanı o törətməmiş, ümumiyyətlə həmin vaxtda o iş yerində olmuşdur. Ona heç bir aidiyyatı yoxdur. Qərar ona 2024-cü ildə verilmişdir. Hadisə vaxtı avtomobili başqa adam idarə etmişdir. İddiaçıya məhkəmə baxış iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibatı tənbeh haqqında qərarın surətindən görünür ki, Cavabdeh lisenziya və ya icazə sənədi olmadan qarışıq suxur daşıyaraq Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 82574 saylı aktdan görünür ki, 18 oktyabr 2023-cü il tarixdə Cavabdeh tərəfindən Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna qəbirsanlığının yaxınlığında 60 m3 həcmində qarışıq süxurun qanunsuz istifadə edilməsi aşkar edilmiş, qeyd olunan nəqliyyat vasitəsi ərazidən kənarlaşdırılmış və bu barədə fotoşəkillər çəkilərək akt tərtib edilmişdir. Cavabdeh məhkəməyə göndərdiyi etirazından görünür ki, sözügedən yük maşınına dair 2022-ci ildə onun adına etibarnamə verilsədə o həmin yük maşınını idarə etməmişdir. Etibarnamə sadəcə formal xarakter daşımışdır. Etiraz ərizəsinə əlavə etdiyi ******* saylı xx.xx.2021-ci il tarixli Əmək kitabçasının 6-cı səhifəsindən müəyyən və təsdiq olunur ki, o xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi Bakı şəhəri Qaradağ rayonu ərazisində fəaliyyət göstərən "xxxx" MMC Norm-Sement istehsalı şirkətində işləmişdir. İXM-nin 228-ci maddəsi üzrə inzibati xəta isə Bakı şəhərinin digər rayonu ərazisindəki qəsəbələrin birində KAMAZ markalı **-MK-*** dövlət qeydiyyat nişanlı yük maşınının sahibi və sürücüsü X2 tərafindən törədilmişdir. Əgər inzibati orqan inzibati xəta ilə bağlı inzibati protokol tərtib edən zaman İXM-nin 122-ci maddəsinin tələblərinə əməl etsəydi o zaman əsl cavabdeh müəyyən olunardı. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilimişdir ki, xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibatı tənbeh haqqında qərarı ilə Cavabdeh lisenziya və ya icazə sənədi olmadan qarışıq suxur daşıyaraq Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat cərimə olunmuşdur. 18 oktyabr 2023-cü il tarixdə Cavabdeh tərəfindən Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna qəbirstanlığının yaxınlığında 20 m3 həcmində qarışıq süxurun qanunsuz istifadə edilməsi nəticəsində 252 (iki yüz əlli iki) manat məbləğində təbiətə ziyan vurulmuşdur. Hazırda iddiaçı dəymiş ziyanın X4 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxs (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan)əməldir və (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində hüquqi şəxsin əmlakına vurulmuş zərər, zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. “Yerin təki” haqqında Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli 439-İQ saylı Qanunundan görünür ki: Maddə 46. Qanunun pozulmasına görə məsuliyyət Bu Qanunun pozulmasına görə hüquqi və fiziki şəxslər aşağıdakı hallarda məsuliyyət daşıyırlar: yerin təkindən istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydaları pozularsa; yerin təkindən özbaşına istifadə edilərsə; yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və X4 üzrə standartların (normaların, qaydaların) tələbləri pozularsa; yer təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilərsə; geoloji və digər məlumatlara mülkiyyət hüququ və bu məlumatların məxfiliyi pozularsa; faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işləri aparılarsa; yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığı təmin edilməzsə; yeraltı suların müşahidə quyuları, markşeyder və geodeziya nişanları məhv edilərsə və zədələnərsə; yerin təkindən istifadə edərkən ödəmə qaydaları müntəzəm olaraq pozularsa; ləğv edilən və konservasiya olunan dağ-qazmalarının və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ-qazmaların və buruq quyularının qorunması tələblərinə əməl edilməzsə; yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələri və digər təbiət obyektləri onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməzsə; yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlər dayandırılmazsa və xüsusi razılıq və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməzsə. Yerin təkindən istifadə sahəsində bu Qanuna zidd olan hər hansı fəaliyyət qadağandır. Maddə 47. Mübahisələrin həll edilməsi Yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Maddə 48. Vurulmuş ziyanın ödənilməsi Yer təkinin təbii xassələrini pozmaqda təqsiri olan, yaxud yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti nəticəsində yer təki istifadəsinə vurulmuş ziyan onların vəsaiti hesabına ödənilir. Faydalı qazıntı yataqlarının zəngin sahələrinin seçmə üsulla hasilatını aparan, eləcə də yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan, yaxud yatağın korlanmasına səbəb olan hərəkətlərdə təqsiri olan yer təki istifadəçisinin fəaliyyəti nəticəsində dövlətə vurulmuş ziyan istifadəçinin vəsaiti hesabına ödənilir. Vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Ziyanın ödənilməsi tərəflərin razılığı ilə yer təkinin pozulmuş təbii xassələrinin bərpası üzrə işlərin görülməsi ilə əvəz edilə bilər. Özbaşına yerin təkindən istifadə və faydalı qazıntı yataqları yerləşən sahələrdə aparılmış tikinti işləri çəkilmiş məsrəflər ödənilmədən dayandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə əsasən: I. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. İİİ. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. İş materiallarından görünür ki, 18 oktyabr 2023-cü il tarixdə Cavabdeh tərəfindən Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna qəbirstanlığının yaxınlığında 20 m3 həcmində qarışıq süxurdan qanunsuz istifadə etmiş, Cavabdeh lisenziya və ya icazə sənədi olmadan qarışıq suxur daşıyaraq Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat cərimə olunmuş və nəticədə bu əməlləri ilə 252 manat məbləğində təbiətə ziyan vurmuşdur. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 252 (iki yüz əlli iki) manat məbləğində ziyan tutularaq X4 üzrə Dövlət Fonduna ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 252 (iki yüz əlli iki) manat məbləğində ziyan tutularaq X4 üzrə Dövlət Fonduna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-3843/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3843/2025
08.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver