Məhkəmə qərarları › İş №2(076)-385/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-385/2025

30.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-385/2025 30.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçılar: Məmmədova (Musayeva) Vüsalə Rasim qızının, Qənbərova (Musayeva) Elnarə Rasim qızının, İddiaçı3 nümayəndəsi Nümayəndə Cavabdeh: Cavabdeh nümayəndəsi (vəkili) X2 iştirakları ilə, İddiaçılar, Məmmədova (Musayeva) Vüsalə Rasim qızı, Qənbərova (Musayeva) Elnarə Rasim qızı və İddiaçı3 Cavabdeh qarşı “Mülkiyyətdə olan torpaqdakı tikilinin ölçülərinin götürülməsinə maneənin aradan qaldırılması tələbi”nə və Cavabdeh “Alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi”nə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar, Məmmədova (Musayeva) Vüsalə Rasim qızı, Qənbərova (Musayeva) Elnarə Rasim qızı, İddiaçı3 Cavabdeh qarşı “Mülkiyyətdə olan torpaqdakı tikilinin ölçülərinin götürülməsinə maniənin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən mülkiyyətdə olan torpaqdakı tikilinin ölçülərinin götürülməsinə maniənin aradan qaldırılması və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən xeyrilərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra, Cavabdeh məhkəməyə “Alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi”nə dair məhkəməyə qarşılıqlı iddia ərizəsi qədim edərək qarşılıqlı iddia ərizəsinin icraata götürülməsini, ilkin iddia tələbinin rədd olunmasını, torpağın mülkiyyətə verilməsinə dair JN-262A, KOD-50416018 nömərli şəhadətnmə ilə Məmmədova (Musayeva) Vüsalə Rasim qızına, Qənbərova (Musayeva) Elnarə Rasim qızına, İddiaçı3 və mərhum X1 məxsus olan Şəmkir rayonu Çənlibel kəndində yerləşən 0.23 ha həyatyanı torpaq sahəsinə mərhum X3 ilə üçüncü şəxslər X5 və X4 (valideyinlərim) arasında alqı-satqı müaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar Məmmədova (Musayeva) Vüsalə Rasim qızının, Qənbərova (Musayeva) Elnarə Rasim qızının, İddiaçı3 nümayəndələri Nümayəndə vermiş olduğu izahatında, iddiaçıların yaxın qohumu olduğunu bildirmiş, lakin, buna dair sənədləri ərizəyə əlavə edə bilməmiş, odur ki qeyd etdiklərini nəzərə alaraq iddia tələbini müdafiə edib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) X6, iddiaçıların etibar etdiyi Nümayəndə həmin iş üzrə nümayəndə ola bilməyəcəyini, iddiaçıların iddiasının baxılmamış saxlanılmasını, eləcə də əvvəllər təqdim etmiş olduğu qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə ilkin iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarının 6.1-cı bəndində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq məqsədi ilə yazılı şəkildə ərizə verməklə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi (ərizə,şikayət) müraciət edən şəxsin iradəsini müəyyənləşdirmək üçün şəxsən imza edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizənin şəxsən imzalanmaması ərizənin baxılmamış saxlanılması üçün əsasdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 19-cu maddəsinin qeyd hissəinə əsasən, Bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Həmin Məcəllənin Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iddiaçılar Məmmədova (Musayeva) Vüsalə Rasim qızının, Qənbərova (Musayeva) Elnarə Rasim qızının, İddiaçı3 nümayəndələrinin Nümayəndə olmasının mümkünlüyü ilə əlaqədar iş materiallarına lazımi sübutlar əlavə edilməmişdir ki, (iddiaçılar ilə yaxın qohumluq münasibətlərini təsdiq edən sənəd) bu hal özlüyündə iddia ərizəsinin buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmasını göstərir. Ona görə də, məhkəmə iddia ərizəsinin buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmasına görə, MPM-in 259.0.3-cü maddəsinə əsaslanaraq və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarlarındakı tövsiyələri və qanunvericiliyin sadalanan normalarını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin Cavabdeh nümayəndəsi (vəkili) X6 qarşılıqlı iddia ərizəsinin geri götürülməsini xahiş etmiş və bu barədə ərizə təqdim etmiş, cavabhdeh isə iddiaya mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh nümayəndəsi (vəkili) X2 hazırki mülki iş üzrə təqdim etdiyi qarşılıqlı iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçılar, Məmmədova (Musayeva) Vüsalə Rasim qızı, Qənbərova (Musayeva) Elnarə Rasim qızı və İddiaçı3 Cavabdeh qarşı “Mülkiyyətdə olan torpaqdakı tikilinin ölçülərinin götürülməsinə maneənin aradan qaldırılması tələbi”nə dair mülki iş üzrə ərizəsi baxılmamış saxlanılsın. Cavabdeh nümayəndəsi (vəkili) X6 qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar